Azərbaycanın və Birləşmiş Krallığın Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planı imzalanıb

 

Londonda Azərbaycan ilə Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, danışıqlar zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətləri müzakirə olunub. Yekunda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2016-2017-ci maliyyə ili üzrə hərbi əməkdaşlıq Planı” imzalanıb.

İllik əməkdaşlıq Planı əsasən, təlim-təhsil sahəsindəki ikitərəfli fəaliyyətləri, o cümlədən dil hazırlığı, zabitlərin təkmilləşdirmə kursları və sülhməramlı əməliyyatlara hazırlıq üzrə treninqlər daxil olmaqla Azərbaycanda və Böyük Britaniyada təşkil olunacaq 17 müxtəlif tədbirin icrasını nəzərdə tutur.

 

Azərbaycan. - 2016.- 13 yanvar.- S.4.