Azərbaycan ilə ABŞ arasında sülhməramlı missiyalarda uğurlu əməkdaşlıq məsələləri müzakirə olunub

 

Yanvarın 13-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçan ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti, hərbi təhsil, treninq və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı maraq kəsb edən sahələr üzrə müzakirələr aparılıb.

İkitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunan nazir Azərbaycanı narahat edən problemli məsələləri qonağın diqqətinə çatdırıb. Z.Həsənov Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsini xüsusi vurğulayıb.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da iştirak edib.

 

Azərbaycan. - 2016.- 14 yanvar.- S.4.