EurActiv”: “Qərb Azərbaycan kimi regional tərəfdaşları ruhlandırmalıdır”

 

Belçikanın geniş oxucu kütləsinə malik olanEurActiv” xəbər portalında ukraynalı analitik Taras NazarenkonunUkraynadan sonra Qərb Azərbaycan kimi regional tərəfdaşları ruhlandırmalıdır” sərlövhəli məqaləsi verilib.

Məqalədə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın müdrik qərar qəbul edərək Qərblə daha sıx əlaqələr qurmağa başlaması, Avropanın neftqazla təchiz olunmasına verdiyi töhfələrlə yanaşı, Əfqanıstanda koalisiya qüvvələrinə dəstək üçün yüklərin üçdə bir hissəsinin Azərbaycan ərazisindən keçərək həmin ölkəyə çatdırılması, Kosovo, İraq və Əfqanıstana sülhməramlı qüvvələr göndərməsi və s. bu kimi müsbət və təqdirəlayiq addımların müqabilində Qərbin və Avropanın tənqid hədəfinə tuş gəlməsinin heç də ürəkaçan olmadığı vurğulanır. Həmçinin Azərbaycan hökumətinin göstərdiyi bu səylərin ABŞ və Avropa ictimaiyyəti tərəfindən daha çox tanınmasına nail olmaq istəyinin əvəzində Qərbin ölkədə insan hüquqları və mətbuat azadlığının vəziyyəti ilə bağlı mənfi fikirlər səsləndirməsi ilə üzləşməsindən bəhs olunur. Bu səbəbdən də azərbaycanlıların ölkələrinə qarşı münasibətdə Qərbin ikili standartlar tətbiq etdiyini söylədiklərini vurğulayan müəllif insan hüquqları ilə bağlı Qərbin özündə olan bir çox qüsur və çatışmazlıqlara məhəl qoymadan yalnız Azərbaycanı tənqid etməklə heç də ədalətli yanaşma nümayiş etdirmədiyini bildirir.

 

Vüqar SEYİDOV,

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

 

Azərbaycan. - 2016.-15 yanvar.- S.7.