TANAP-ın bütün iştirakçıları siyasiiqtisadi dividend əldə edəcəklər

 

Nazirlər Kabinetinin iclasında bu layihənin əhəmiyyəti bir daha vurğulanıb

 

Ötən il Transanadolu Qaz Boru Kəməri - TANAP üçün uğurlu olub. Layihəyə aid nəzərdə tutulan bütün tədbirlər yüksək səviyyədə həyata keçirilərək planlaşdırılan işlər vaxtında yerinə yetirilib. Ən başlıcası, kəmərin inşasına start verilib.

Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev TANAP-ın əhəmiyyətini bir daha vurğulayaraq demişdir: “Keçən il TANAP layihəsinin inşası başlanmışdır. Bu, ölkəmiz, region və ümumiyyətlə, Avropa üçün çox əhəmiyyətli layihədir, strateji əhəmiyyət daşıyan bir layihədir. Bu layihə bizə imkan verəcək ki, zəngin qaz resurslarımızı dünya bazarlarına çıxaraq. Avropa isə alternativ qaz mənbəyi əldə edəcək. Tranzit ölkələr, - eyni zamanda, onlar istehlakçı ölkələrdir, - bundan böyük mənfəət götürəcəklər. Yəni, bu layihənin bütün iştirakçıları böyük siyasiiqtisadi dividend əldə edəcəklər”.

TANAP “Cənubqaz dəhlizinin üç əsas seqmentindən ikincisidir. O, dəhlizin ən böyük hissəsidir, uzunluğu 1900 kilometrə yaxın olacaq. Bu kəmər Türkiyənin Gürcüstanla sərhədindəki Ərdəhan vilayətinin Pofos mahalından başlayaraq 21 bölgəsindən keçəcək. Qars, Ərzurum, Gümüşhanə, Ərzincan digər bölgələri arxada qoyaraq Türkiyənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin Upsala qəsəbəsinədək uzanacaq.

TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr olacaq. Nəql edilən qazın 10 milyard kubmetri Avropa, 6 milyard kubmetri Türkiyə üçün nəzərdə tutulub. Kəmərin ötürücülük gücünün 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə 31 milyard kubmetrə çatdırılması gözlənilir.

Xatırladaq ki, TANAP üzrə Hökumətlərarası Sazişi 2012-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin o vaxt Baş naziri, indi Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalamışlar. O vaxtdan bəri layihə ilə bağlı bütün danışıqlar işlər uğurla irəliləyir.

2015-ci il TANAP-ın salnaməsinə bir çox əhəmiyyətli hadisələrlə yazıldı. Fevral ayında BakıdaCənubqaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirildi. Həmin tədbirin iştirakçısı olan Türkiyənin o vaxtkı energetika təbii sərvətlər naziri Taner Yıldız çıxış edərək əsas fikrini dəhlizin ölkəsinin ərazisindən keçəcək hissəsi -

TANAP üzərində cəmləşdirərək dedi: “İndiyə qədər ərsəyə gətirdiyimiz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri digər layihələrimiz kimi son dərəcə əhəmiyyətli olan bu layihənin uğurla reallaşacağına heç kimdə şübhə yoxdur. Artıq bu layihə siyasi, texniki, iqtisadi maliyyə baxımından bütün tərəflərin dəstəyini alıb ortaq faydaya əsaslanan bir layihə halına gəlib”.

Ötən il martın 17-də isə Qars vilayətinin Səlim rayonunda TANAP-ın tikintisinin təməli qoyuldu. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili iştirak etdilər.

Təməlqoymadan sonra  nəzərdə tutulan bütün işlər qrafikə uyğun davam edir. Belə ki, keçən il boruların düzüləcəyi ərazilərdə yolaçma işləri aparıldı, kəmərin marşrutu boyusaxlama sahələriadlanan obyektlərə gətirilən polad borular qaynaq edildi. Borular tikinti sahələrinə daşınaraq xətt boyunca düzüldü digər işlər görüldü. İndiyədək daxil olmuş boruların 20 faizi Çinin, qalanları isə Türkiyə istehsalıdır.

Məlum olduğu kimi, kəmər böyük bir məsafə qət edəcək keçdiyi ərazilərin coğrafi şəraiti müxtəlifdir. Tikinti eyni zamanda texniki cəhətdən mürəkkəbdir. Qazı nəql edən boruların diametri kəmərin ayrı-ayrı hissələrində müxtəlif ölçüdə olacaq. Türkiyənin sərhədləri daxilində biri Əskişəhərdə, digəri Trakyada olmaqla qazın şəbəkəyə qoşulması üçün iki çıxış nöqtəsi inşa ediləcək. Odur ki, inşaatçılar məsuliyyətli mürəkkəb bir yerinə yetirirlər. Lakin bütün bunlara baxmayaraq, kəmərin tikintisinin müvəffəqiyyətlə başa çatacağına şübhə yoxdur.

Xatırladaq ki, TANAP təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyaraq bütün ölkədə sabit tranziti təmin edəcək. Bu boru xəttinin bir ucu  başlanğıcını Azərbaycandan götürən hazırda genişləndirilməkdə olan Cənubi Qafqaz Boru Kəməri, digər ucu isə qazın Avropaya nəqli üçün nəzərdə tutulan  TAP-la (Transadriatik Qaz Boru Kəməri) birləşəcək. TANAP-ın 5 il ərzində reallaşması dəyərinin 10 milyard ABŞ dolları olacağı gözlənilir. Layihə dörd mərhələdə həyata keçiriləcək. İlk mərhələnin 2018-ci ildə başa çatacağı planlaşdırılıb.

Nazirlər Kabinetinin sözügedən iclasında Prezident İlham Əliyev bir daha bu layihənin təşəbbüskarının Azərbaycan olduğunu, əsas iqtisadi yükün bizim üzərimizə düşdüyünü onu tərəfdaş ölkələrlə birgə həyata keçirdiyimizi   vurğulamışdır. Dövlət başçısı

TANAP-da işlərin uğurla davam etdiyini bildirmişdir.

 

Flora SADIQLI,

 

Azərbaycan. - 2016.- 17 yanvar.- S.5.