Azərbaycanda Amerika Ticarət Palatasınıntəşkilatçılığı ilə V Vergi Konfransı keçirilmişdir

 

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Vergilər Nazirliyi ilə birgətəşkil etdiyi konfrans “Vergi sistemində inkişaf və əməletmə” mövzusuna həsr olunmuşdur.

Konfransı giriş sözü ilə açan AmCham-ın prezidenti İlqar Vəliyev qurumla Vergilər Nazirliyi arasındakı əməkdaşlığın səviyyəsindən danışmışdır. Tədbirin əsas məqsədinin ölkənin vergi sistemində aparılan islahatlar, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, vergi ödəyicilərinin vergi öhdəliklərinə əməletmə səviyyəsinin daha da yüksəldilməsi, vergi orqanı ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi, yüksək vergi mədəniyyətinin formalaşdırılması ilə bağlı məsələləri müzakirə etmək olduğunu vurğulayan İ.Vəliyev qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatının hər bir sahəsində fəal olan yüzlərlə xariciyerli şirkəti özündə birləşdirən AmCham ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin olmasında maraqlıdır: “Qurum tərəfindən artıq 5-ci ildir ki, vergi partnyorluğu mövzusunda tədbirlər həyata keçirilir, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür”.

Konfransda çıxış edən Vergilər Nazirliyinin baş idarə rəisi Natiq Şirinov ölkəmizin vergi sistemində aparılan islahatlarbu sahədə əldə olunmuş uğurlar haqqında məlumat vermiş, AmCham və digər ictimai təşkilatlarla mütəmadi olaraq keçirilən işgüzar görüşlərin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Azərbaycanda həyata keçirilən vergi siyasəti ölkədə biznes mühitinin təkmilləşdirilməsinə xidmət edir: “Vergilər Nazirliyi bu mühitin daha da yaxşılaşdırılması istiqamətində ictimai təşkilatlarla müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir. Vergi mühitinin liberallaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması məqsədilə qanunvericiliyə hər hansı dəyişiklik edilərkən Vergilər Nazirliyi ölkədə fəaliyyət göstərən yerlixarici biznes strukturlarının, onların ictimai təşkilatlarının rəyini nəzərə almağa, hər bir təklifə diqqətlə yanaşmağa çalışır”.

Konfransda I panel üzrə Azərbaycan Respublikasında vergi idarəçiliyi və onun təkmilləşdirilməsi istiqamətləri, II panel üzrə isə  Vergi inzibatçılığı və vergi ödəyicisi ilə vergi orqanları arasındakı kommunikasiyanın təkmilləşdirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılmışdır. Tədbirdə həmçinin “Gələcək vergi islahatları və adekvat vergi modelləri”, “Vergi qanunvericiliyinə əməletmə sahəsində nəzarətin gücləndirilməsi”, “Şəffaflığın artırılması istiqamətində innovativ xidmətlər”, “İqtisadi çətinliklər zamanı mümkün vergi islahatları”  s. mövzularda  təqdimatlar dinlənilmiş, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər geniş müzakirə olunmuşdur.

Konfransda Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin, Amerikanın Azərbaycandakı səfirliyinin və AmCham-ın, eləcə də KİV nümayəndələri iştirak etmişlər.

 

Rüstəm KAMAL,

 

Azərbaycan. - 2016.- 19 yanvar.- S.7.