Dövlət indiki şəraitdə yeni iqtisadi siyasət yürüdür

 

Son illər dünyanın əksər regionlarında sosial, iqtisadisiyasi problemlər qabarıq şəkildə özünü büruzə verməkdədir. Bunların arasında dərin iqtisadi və maliyyə böhranı xüsusilə Avrasiya məkanında daha ciddi formalar alıb. İstər Avropada, istərsə də Asiyada makroiqtisadi göstəricilərdə əvvəlki illərlə müqayisədə azalmaya geriləmə müşahidə olunur.

Azərbaycan da bölgənin lideri, beynəlxalq aləmdə söz sahibi olan, dünya iqtisadiyyatına inteqrasiya edən dövlət kimi qlobal miqyasda cərəyan edən bir sıra proseslərdən kənarda deyil. Bu, əsasən özünü maliyyə məsələlərində göstərsə də, ölkəmiz iqtisadi baxımdan 2015-ci ildə də artıma nail oldu. Neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, xarici iqtisadi konyunkturun və digər amillərin dəyişməsi fonunda Azərbaycan iqtisadiyyatı inkişafını davam etdirdi. Bu, daha çox qeyri-neft sektorunun hesabına təmin edildi. Ən mühümü isə ondan ibarətdir ki, qlobal xarakter daşıyan iqtisadi böhranlara, siyasisosial kataklizmlərə baxmayaraq, siyasi-ictimai sabitlik baxımından Azərbaycan dünyanın ən qabaqcıl dövlətlərindən biridir.

2014-cü ilin iyun ayından indiyədək “qara qızıl”ın dünya bazarlarında qiyməti 3 dəfədən çox aşağı düşüb. İqtisadçılar bunu daha çox son dövrlərdə qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, dünya enerji daşıyıcıları bazarlarında təkliflərin tələbi üstələməsi, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan ölkələrdə iqtisadi artımın azalması, habelə digər qlobal amillərlə əlaqələndirirlər. Amma neftin qiymətinin düşməsində əsasən siyasi amillərin rol oynadığı məlum məsələdir. Azərbaycan neft ölkəsidir. Bu mənada neftneft məhsullarının qiymətlərinin ucuzlaşması müvafiq olaraq gəlirlərimizin azalması deməkdir. Belə bir vəziyyət istənilən ölkədə valyuta bazarına ciddi təzyiqlər yaradır. Azərbaycan da qlobal iqtisadiyyata sıx inteqrasiya olunduğundan bütün bu proseslər milli iqtisadiyyatımıza mənfi təsir göstərirdi. Xatırladaq ki, Azərbaycanın yaxın iqtisadi tərəfdaşları olan ölkələr öz pul siyasətlərinə xeyli əvvəldən dəyişikliklər etmək məcburiyyətində qalmış, milli valyutalarında devalvasiya olmuş və üzən məzənnəyə keçmişdilər. Ölkəmizdə manatın məzənnəsinin əvvəlkitək saxlanılması isə daxili istehsala mənfi təsir göstərirdi. Ona görə yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşdırılmasını zəruri edirdi. Sadəcə olaraq Azərbaycan hakimiyyəti əhalinin sosial vəziyyətinə mənfi təsir göstərə biləcək proseslərin qarşısını almağa çalışırdı. Çünki manatın məzənnəsində dəyişikliyin qiymətlərin artımına səbəb olacağı qaçılmaz idi.

Manatın devalvasiyası istehlak bazarında qiymət artımı ilə nəticələndi. Xüsusən xaricdən idxal olunan məhsulların qiymətinin artması təbii qarşılanmalıdır. Lakin təəssüflə qeyd olunmalıdır ki, burada da spekulyasiya və əlavə dividend əldə etmək meyilləri özünü büruzə verirdi. Çünki bəzi işbazlar yaranan vəziyyətdən sui-istifadə edərək qiymətlərin şişirdilməsi hesabına daha çox qazanc götürməyə, möhtəkirliyə çalışırdılar. Xüsusən xarici ölkələrlə bağlılığı olmayan məhsulların qiymətində artım halları yalnız bu vəziyyətdən sui-istifadə edərək əlavə gəlir qazanmağa çalışan işbazların fəaliyyətinin nəticəsidir. Nazirlər Kabinetinin son iclasında bu məsələ ilə bağlı Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda istehsal olunan məhsullarda qiymət artımı olmamalıdır. Dövlət başçısı natəmiz insanlarişbazlar tərəfindən məzənnə məsələsindən sui-istifadə edilməsinə, süni bahalaşmaya son qoyulmasını və bununla bağlı çox ciddi cəza tədbirlərinin görülməsini tələb edərək aidiyyəti dövlət qurumlarına tapşırıqlar verib. Yanvarın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadisosial məsələlərin həlli ilə bağlı müşavirədə dövlət başçısı bu məsələyə toxunaraq deyib: “Süni bahalaşmaya qarşı çox ciddi mübarizə aparılmalıdır və aparılır. Əfsuslar olsun ki, bəzi hallarda natəmiz insanlar, işbazlar bu vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə bahalaşdırmağa çalışırlar. Dövlət orqanları, prokurorluq, istehlak bazarına nəzarət edən orqanlar bu məsələ ilə ciddi məşğuldurlar. Görülən tədbirlər, o cümlədən verilmiş qərarlar nəticəsində çörəyin və unun qiyməti əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Bu da sosial təşəbbüsdür. İlk növbədə, biz bunu çətin vəziyyətdə olan insanların mənafeyini nəzərə alaraq edirik. Çalışmalıyıq ki, gələcəkdə bu sahədə maksimum şəffaflıq olsun. İndiki şəraitdə əgər kimsə bu vəziyyətdən öz şəxsi iqtisadi, yaxud da ki, siyasi maraqları üçün istifadə etmək istəyirsə, o insanlar öz cəzasını alacaqlar. Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılır və cəzalandırılacaqlar”.

Qiymət şişirtmələri nəinki yerli istehlak malları, habelə həssas sahə olan un bazarında da hiss edilirdi. Lakin neftin ucuzlaşması və manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar qabaqlayıcı addımlar atıldı və bu istiqamətdə həyata keçirilən operativ tədbirlər öz nəticəsini verməkdədir. Xüsusilə qeyd etməliyik ki, əhalinin, aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən etibarən əlavə dəyər vergisindən azad olunub. Bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb. Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılır. Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görülür.

Manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təsdiq edilmiş birgə Tədbirlər Planına müvafiq olaraq nəzarət tədbirləri davam etdirilir. Çörəyin qiymətini gizli artırmaq məqsədilə mövcud standartların tələblərinə əməl etməyərək çəkisini azaldan bir neçə şəxs saxlanılıb.

Əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə atılan addımlardan biri də əmək pensiyalarının baza hissəsinin, əməkhaqlarının və müavinətlərin artırılmasıdır. Prezident İlham Əliyevin bununla bağlı yanvarın 16-da imzaladığı sərəncama əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Prezidentin digər sərəncamları ilə məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləği və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği, dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat, mədəniyyət, gənclər və idman, səhiyyə, təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla), elmelmi tədqiqat müəssisə, idarə və təşkilatlarında, Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin, Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiyasu təsərrüfatı, ətraf mühitin mühafizəsi və hidrometerologiya və balıqartırma sahələrində çalışan işçilərin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Dövlət başçısı əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə sosial müavinətlərin məbləğinin 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılması barədə də fərman imzalamışdır. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği də 2016-cı il fevralın 1-dən 10 faiz artırılacaqdır.

İndiki şəraitdə, ilk növbədə, insanların sosial müdafiəsi məsələləri öz həllini tapmalıdır və tapır. Qeyd etməliyəm ki, pensiyaların və əməkhaqlarının 10 faiz qaldırılması bu istiqamətdə atılan önəmli addımdır. Bizim imkanımız hələlik buna çatır. Bir daha demək istəyirəm ki, hər bir dövlət ayağını yorğanına görə uzatmalıdır. Onu da qeyd etmək istəyirəm ki, neftlə zəngin olan ölkələrin böyük əksəriyyətində və bu gün bu neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində buna oxşar addımları biz müşahidə etmirik. Hər halda bu barədə məndə məlumat yoxdur ki, hansısa bir ölkə indiki böhran şəraitində əməkhaqlarını, pensiyaları qaldırsın. Bu, çox ciddi sosial addımdır. Bir daha demək istəyirəm ki, bizim güclü sosial siyasətimizin təzahürüdür. Bu təşəbbüsü reallaşdırmaq üçün dövlət büdcəsindən 100 milyonlarla manat vəsait xərclənəcəkdir. İndiki şəraitdə bu, nə deməkdir, hesab edirəm ki, bunu izah etməyə ehtiyac yoxdur. İstisna edilmir ki, il ərzində bu məsələyə yenidən baxılacaq. Əlbəttə ki, bu, bizim imkanlarımıza bağlı olan məsələdir” -deyə Prezident İlham Əliyev bildirib.

Yanvarın 18-də keçirilən müşavirədə qarşıdakı dövrdə yerinə yetirilməsi vacib olan konkret vəzifələr müəyyən edildi. Bunlar geniş özəlləşdirmə proqramının hazırlanması, həm xarici, həm yerli investorları bu işə cəlb edilməsi, milli valyutamız olan manata etimadın artırılması, bank sektorununvalyuta bazarının tənzimlənməsi, struktur islahatlarının dərinləşdirilməsi, ərzaq təhlükəsinin tam təmin olunması, iqtisadi fəallığın artırılması və bütövlükdə iqtisadi islahatların dərinləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, adamlarına qarşı əsassız tələblərin aradan qaldırılması, ipoteka xətti ilə tikiləcək binaların inşasının sürətləndirilməsi və sairdir. Müşavirədə qeyd olunduğu kimi, bütün iqtisadi və maliyyə sistemi şəffaflaşdırılmalı, bank sektoru inkişaf etməli, biznes mühiti daha da yaxşılaşdırılmalı, adamlarına daha da yaxşı şərait yaradılmalı, bürokratik əngəllər aradan qaldırılmalıdır. Çünki belə olan halda biz tezliklə müsbət dinamikanı sürətləndirə bilərik.

Göründüyü kimi, dövlətin həyata keçirdiyi antiböhraniqtisadi inkişaf tədbirləri sistemli hal alır. Bütün bunlar həm də təsdiq edir ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində iqtisadi inkişafinsan amili dayanır. Qarşıya qoyulan ən ümdə vəzifələrdən biri dövlətin və vətəndaşların baş verən neqativ halların mənfi təsirlərindən qorunmasıdır. Bu məqsədlə qarşıdan gələn dövrdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu, həm Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edəcək, həm də özündə əks-böhran tədbirlərini əks etdirməklə milli iqtisadiyyatı, sosial sferanı neqativ təsirlərdən sığortalayacaq.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan. - 2016.- 20 yanvar.- S.1, 3.