20 Yanvar xalqımızın müstəqillik uğrunda mübarizə salnaməsidir

 

Yanvarın 19-da Azərbaycan Texniki Universitetində (AzTU) 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə universitetin rektoru professor Havar Məmmədov 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəblərindən, ağır mənəvi, psixolojisosial nəticələrindən danışıb. 20 Yanvar tarixinin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğu bildirilib. Vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə  keçən gecə dinc və günahsız insanların sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib. 20 Yanvar hər zaman xalqımızın tarixində həm milli matəm və hüzn günü kimi, həm də qüruriftixar hissi ilə xatırlanacaq.

Digər çıxış edənlər də Azərbaycanın tarixinə Qanlı Yanvar kimi daxil olan hadisədən danışıb, milli azadlıq yolunda canlarından keçən Vətən övladlarının həmin gün öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını bildiriblər. Natiqlər bu tarixin eyni zamanda Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurənin oyanış günü olduğunu diqqətə çatdırıb, gəncləri bu faciəni unutmamağa səsləyiblər.

Tələbələrin hazırladıqları, 20 Yanvar faciəsinə və şəhidlərin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya göstərilib, bədii-sənədli film nümayiş etdirilib.

 

Azərbaycan. - 2016.- 20 yanvar.- S. 11.