Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətinin məlumatı

 

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.

Dövlətimizin başçısı İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran Prezidentinə xalqına təbriklərini çatdırdı uğurlar arzuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub bununla bağlı rəsmi açıqlamalar verib. Azərbaycan Prezidenti sanksiyaların götürülməsindən bir daha məmnunluğunu bildirdi.

İran Prezidenti Həsən Ruhani təbriklərinə xoş sözlərinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını çatdırdı əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı, enerji məsələləri, ölkələrimizin dəmir yollarının birləşdirilməsi, Astara-Astara dəmir yolu xəttinin çəkilişi, investisiya layihələrinin icrası və digər məsələləri müzakirə etdilər.

 

Azərbaycan. - 2016.- 22 yanvar.- S. 1.