The Washington Post” qəzeti Azərbaycan əleyhinə qanun layihəsinin qəbulunun qeyri-mümkünlüyünün səbəblərini açıqlayıb

 

 “The Washington Post” qəzetində Oksford Universitetinin doktorantı Samuel Ramaninin Azərbaycana həsr etdiyi məqaləsi dərs edilib. O, məqalədə konqresmen Kristofer Smitin Azərbaycan əleyhinə sanksiyalar üzrə qanun layihəsinin qəbul edilməyəcəyinin səbəblərini açıqlayıb. Müəllif yazır ki, Azərbaycan Mərkəzi Asiya Avropanı birləşdirən mühüm enerji tranziti qovşağıdır, Prezident İlham Əliyev Gürcüstan Ukrayna da daxil olmaqla ölkələrin suverenliyini ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycan terrorizmə islam radikalizminə qarşı mübarizədə Birləşmiş Ştatlarla həmrəydir.

S.Ramani qeyd edir ki, Bakı dünyada ikinci nəhəng neft kəmərinin başlanğıcını götürdüyü, Azərbaycan neftini Gürcüstan vasitəsilə Türkiyəyə nəql edən əsas məntəqədir. Amerika şirkətləri Xəzər dənizində neft-qaz sənayesinin işlənməsinə əsaslı töhfələr veriblər, Buş Obama administrasiyaları ABŞ-ın geosiyasi maraqlarını nəzərə alaraq regiondan enerji ehtiyatları axınını genişləndiriblər. Müəllif yazır: “2008-ci ildə Respublikaçılar partiyasından keçmiş senator ABŞ Senatının xarici işlər komitəsinin rəhbəri Riçard Luqar Azərbaycanı Xəzər regionunda Amerikanın yeganə dostu, ABŞ-ın müttəfiqlərinə neft tədarükçüsü adlandırıb”. Əgər Türkmənistan Trans-Xəzər qaz kəmərini tikə bilsə, dünya enerji ehtiyatları ticarətində Azərbaycanın əhəmiyyəti artacaq. Bu, öz növbəsində dünyada təbii qaz ehtiyatlarına görə dördüncü yeri tutan Türkmənistanı Avropa İttifaqı ilə bağlayacaq, Bakını tranzit enerji şəbəkəsinin mərkəzi edəcək.

Azərbaycan müstəqilliyinin bütün illərində beynəlxalq hüquq normalarını dəstəkləyib. Odur ki, o, Ukrayna Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir bununla da Birləşmiş Ştatlar ilə eyni mövqe nümayiş etdirir. Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü ölkənin Dağlıq Qarabağ regionunu işğal edən Ermənistan tərəfindən pozulub.

Müəllif xüsusilə 2001-ci ildə ABŞ-a edilmiş terror hücumundan sonra Azərbaycanın terrorizmə qarşı mübarizədə mühümlüyünü qeyd edir. Azərbaycan öz hava məkanını Amerika təyyarələrinin üçün açıb tranzit qovşağı kimi xidmət göstərir. Buradan Əfqanıstana Amerika ordusu üçün yükün üçdə bir hissəsi (yanacaq, ərzaq ehtiyatı geyim daxil olmaqla) daşınır. Bundan başqa, Azərbaycan islam radikalizminə qarşı mübarizədə mühüm tərəfdaşdır.

Sonda Ramani yazır ki, ABŞ-ın geosiyasi maraqlarına uyğun olan bütün bu səbəbləri nəzərə alaraq, konqresmen Smitin belə demək mümkünsəDemokratiyayq dəstək aktı”nın ABŞ Konqresində müzakirə zamanı uğur qazanacağına inanmaq çətindir.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan. - 2016.- 22 yanvar.- S. 4.