TOTAL şirkətinin baş icraçı direktoru ilə görüş

 

Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 21-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə TOTAL şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi. Söhbət zamanı “Abşeronqaz yatağının işlənilməsi və digər layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

 

AZƏRTAC

 

Azərbaycan. - 2016.- 23 yanvar.- S. 1.