Azərbaycan Prezidenti İlham Əliyevin Norveçin xarici işlər naziri ilə görüşü

 

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Norveçin xarici işlər naziri Borge Brende ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi bildirildi, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

 

AZƏRTAC

 

Azərbaycan. - 2016.- 23 yanvar.- S. 1.