Paytaxtımızda sabitlik, əmin-amanlıq, insan və vətəndaş hüquq və azadlıqları etibarlı şəkildə qorunur

Bakı Şəhər Baş Polis İdarəsində 2015-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

 

Yanvarın 22-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2015-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirəndə çıxış edən Ramil Usubov Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı surətdə aparılan genişmiqyaslı islahatların, ictimai münasibətləri tənzimləyən mexanizmlərin təkmilləşdirilməsinin hesabat ilində bütövlükdə cinayətkarlıqla mübarizəyə, o cümlədən paytaxt polisinin fəaliyyətinə də öz müsbət təsirini göstərdiyini qeyd edib. Vurğulanıb ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əvvəlki illərdə olduğu kimi, ötən il də paytaxtımızda sabitlik, əmin-amanlıq, insan və vətəndaş hüquq və azadlıqları etibarlı şəkildə qorunub. Bu isə öz növbəsində ümumilikdə ölkəmizdəki mövcud əlverişli kriminogen durumu, cinayətkarlıqla uğurlu mübarizəni şərtləndirən həlledici amillərdən biri olub.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

M.Seyidov deyib ki, hesabat dövründə Bakı şəhəri, eləcə də onun ayrı-ayrı rayonları üzrə əməliyyat şəraiti kompleks təhlil edilib, cinayətkarlığın dinamikasında əsas təmayüllərin, neqativ proseslərin və dəyişikliklərin öyrənilməsi əsasında qarşılıqlı əlaqələrin təkmilləşməsinə, əməliyyat-xidməti fəaliyyətin səmərəsinin artırılmasına dair təkliflər hazırlanaraq icraya yönəldilib. Paytaxtda Daxili İşlər Nazirliyiprokurorluq üzrə 11 min 753 cinayət qeydə alınıb ki, onların da 81,5 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 18,5 faizi isə ağır və xüsusilə ağır cinayətlər olub. 2014-cü illə müqayisədə ötən il qəsdən adam öldürmələr 16,5 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 19 faiz azalıb.

Cinayətlərin 75,2 faizinin, ağır növlərinin 76,7 faizinin, qeyri-aşkar şəraitdə baş verənlərin 62,7 faizinin açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1817 cinayətdən 94 faizi, o cümlədən qəsdən adam öldürmələrin 98,7 faizi, adam öldürməyə cəhdlərin 96,7 faizi açılıb.

Müqayisə edilən dövrə nisbətdə ümumi cinayətlərin açılması 3,5 faiz, onların ağır və xüsusilə ağır növlərinin açılması 1,8 faiz, şəxsiyyət əleyhinə olanların açılması 2,1 faiz, o cümlədən qəsdən adam öldürmələrin açılması 7,4 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 6,6 faiz, avtonəqliyyatın qaçırılması faktlarının açılması 7 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması 2,5 faiz yaxşılaşıb.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqi böyük səmərə verib. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 2 min 661 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 274 bağlı cinayət açılıb.

Təqsirləndirilən şəxs qismində axtarışda olanların 72,4 faizi, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60 faizi tutulub.

Bununla yanaşı, 96 soyğunçuluqquldurluq cinayəti törətmiş 129 nəfərdən ibarət 59, eləcə də mənzillərdən 123 oğurluq törətmiş 105 nəfərlik 43 cinayətkar qrup ifşa olunub.

Aşkar edilmiş 1254 fakt üzrə qanunsuz dövriyyədən 255 kiloqramdan çox narkotik vasitə çıxarılıb.

Hesabat dövründə 54 odlu silah, 11 qumbara, 3139 ədəd döyüş patronu yığılıb, əməliyyat yolu ilə qanunsuz saxlanılan və gəzdirilən 31 odlu silah götürülüb.

Məlumat verilib ki, 2015-ci ildə paytaxtın polis orqanlarının istintaq qurumları tərəfindən istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 83,7 faizi ödətdirilib.

Paytaxt ərazisində baş vermiş 667 yol-nəqliyyat hadisəsində 202 nəfər həlak olub, 850 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2014-cü illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 19,7 faiz, həlak olanların sayı 30,8 faiz, xəsarət alanların sayı 4,9 faiz azalıb.

Yol hərəkətinə nəzarət prosesində 18 faiz çoxya 883 min 907, o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 6 min 822, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 4 min 564, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 7 min 831 inzibati xəta aşkarlanıb. Nəticədə həm ümumi, həm də kobud qayda pozuntularının aşkarlanması artıb, habelə 134 avtoxuliqan barəsində qanunauyğun tədbirlər görülüb.

Bütövlükdə inzibati xətaların profilaktikası, onları törətmiş şəxslərin məsuliyyətə cəlb olunması sahəsində fəaliyyət gücləndirilib. Polis sahə rəisləri və inspektorları tərəfindən 55 min 835 protokol tərtib olunub, 627 münaqişəli ailə profilaktiki uçota götürülüb.

Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən edilən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də diqqətlə yanaşılaraq 475 müraciətin icrası təmin olunub.

Qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən ümumilikdə 62 min 625 nəfərə şəxsiyyət vəsiqəsi verilib.

Məruzəçi deyib ki, hesabat ilində vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işi ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə 17 min 926 ərizə və müraciət daxil olub, 2 min 238 vətəndaş qəbul edilib. Müraciətlərin 1744-ü nazirliyinBaş İdarənin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb. Beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, xüsusən ilk Avropa Oyunları dövründə və Milli Məclisə seçkilərlə bağlı asayişin mühafizəsi üzrə bütün zəruri işlər görülüb.

Baş İdarənin rəisi, eyni zamanda, buraxılmış nöqsanlara, xüsusən, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin qarşısının alınması, ilkin istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin lazımi səviyyədə təşkil edilməməsi və digər problemlərə də toxunub, bu istiqamətdə qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.

Məruzə ətrafında çıxış edənlər əldə olunmuş müsbət nəticələrdən, həmçinin, yol verilmiş nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün görəcəkləri tədbirlərdən danışıblar.

Müşavirəyə yekun vuran nazir R.Usubov 2015-ci ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyələrini verib. R.Usubov Baş İdarənin və onun struktur qurumlarının rəislərindən profilaktik işin xüsusilə güñləndirilməsini, cinayətlərin qarşısının alınmasında, bağlı qalmış cinayətlərin açılmasında aşağı göstəriñiləri olan ərazi polis orqanlarına əməli kömək göstərilməsini, həmçinin, fəaliyyətin təkmilləşdirilməsini, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə analitik işin səviyyəsinin yüksəldilməsini, bu əsasda idarəçilik və təşkilatçılıq fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasını, icra və xidməti intizamın daha da möhkəmləndirilməsini tələb edib.

Xüsusi qeyd olunub ki, bu gün xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün daxili işlər orqanlarına ölkə rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb, əməkdaşlar dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub, ən müasir texniki vasitələrlə təmin ediliblər. Bu ali etimada cavab olaraq şəxsi heyətin hər bir üzvü üzərinə düşən vəzifəni nümunəvi yerinə yetirməli, Vətəninə, dövlətinə, xalqına sədaqətlə xidmət etməlidir.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini sahəsində üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.

 

Azərbaycan. - 2016.- 23 yanvar.- S. 4.