Moskvada görkəmli Azərbaycan rəssamı Tahir Salahovun “Günəş zirvədə” adlı sərgisi açılıb

 

Moskvada, Dövlət Tretyakov Qalereyasında Azərbaycanın və Rusiyanın görkəmli rəssamı, SSRİ xalq rəssamı Tahir Salahovun “Günəş zirvədə” (“Ñîëíöå â çåíèòå”) adlı sərgisinın açılışı olub.

Tretyakov Qalereyasının konfrans zalında keçirilən açılış mərasimində çıxış edən qalereyanın direktoru Zelfira Trequlova Tahir Salahovun həyat və yaradıcılığı barədə danışıb. Dünya şöhrətli rəssamın yaradıcılığına Rusiyada da böyük maraq olduğunu vurğulayan Z.Trequlova sərgidə nümayiş etdirilən əsərlərin tamaşaçılara yüksək zövq aşılayacağına əminliyini ifadə edib. Qeyd olunub ki, Rusiya sənətsevərləri Tahir Salahov yaradıcılığı ilə təmasdan hər zaman böyük şərəf duyurbu amil bugünkü sərginin də əsas qayəsini təşkil edir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan və Rusiya xalqlarının fəxri olan Tahir Salahovu böyük ustad adlandırıb. Bildirib ki, Tahir Salahov Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən bir şəxsiyyətdir və onun yaratdığı bütün əsərlər tarixə çevrilir.

Digər çıxış edənlər də bu sərgini Azərbaycan və Rusiya mədəniyyəti üçün tarixi hadisə adlandırıblar. Qeyd olunub ki, Tretyakov sərgi salonunda ilk dəfədir Azərbaycan rəssamının fərdi sərgisi açılır və bu sərgi bir daha görkəmli fırça ustası Tahir Salahov yaradıcılığının akademik səviyyəsindən xəbər verir.

Xalq Rəssamı Tahir Salahov onun fərdi sərgisinin təşkilində əməyi olan hər bir kəsə minnətdarlığını bildirdib, əsərlərinin məşhur Tretyakov Qalereyasında nümayiş etdirilməsindən məmnunluğunu ifadə edərək deyib: “Mən əsərlərimdə reallığı əks etdirmişəm, çünki reallıq əsrlərlə yaşayır. Əsərlərimin qəhrəmanlarının hər birini şəxsən tanıyıram. Əminəm ki, bu reallıq və xatirə hər zaman aktuallığını qoruyacaq”.

Dünyanın mədəniyyət mərkəzlərindən biri olan Moskvanın məşhur Tretyakov qalereyasında dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun fərdi sərgisinin açılması əsil hadisəyə çevrilib. Azərbaycan mədəniyyətini dünyada ən yüksək səviyyədə təmsil edən Xalq Rəssamı Tahir Salahov bu sərgisi ilə xalqımızın yüksək mədəni dəyərlərini bir daha rusiyalı tamaşaçıların diqqətinə çatdırır. Sərgidə Dövlət Tretyakov Qalereyası, Dövlət Rus Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, eləcə də rəssamın Bakıdakı ev-muzeyinin ekspozisiyalarında və şəxsi kolleksiyalarda yer alanQara Qarayev”, “Aydan”, “Qırmızı istiotlarla natürmort”, “Xəzərdə səhər” və sair əsərləri nümayiş olunur.

Tretyakov qalereyasının 160 illiyinə həsr olunmuş sərgi martın 20-dək davam edəcək.

 

Fəridə Abdullayeva

AZƏRTC-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan. - 2016.- 23 yanvar.- S. 7.