A.E.İsrafilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda musiqi ifaçılığı sənətinin inkişafında xidmətlərinə görə Aftandil Eynulla oğlu İsrafilov “Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 yanvar 2016-cı il

 

Azərbaycan. - 2016.- 26 yanvar.- S.1.