Layiqli diaspor missiyası

 

Ümumrusiya Azərbaycanlıları Konqresinin Həştərxan bölməsi diasporumuzun ən nüfuzlu və fəal təşkilatlarından biridir

 

Azərbaycan dövləti dünya azərbaycanlılarının həmrəyliyini daha da möhkəm etmək üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirir, bu sahədə sistemli və ardıcıl siyasət yeridir. Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər sistemi ətrafında birləşməsi, onların malik olduğu güclü potensialın ümummilli problemlərin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən xaricdə yaşayan soydaşlarımızın tarixi vətənə bağlılığını təmin edən ideoloji istinad nöqtəsinin tapılması ümummilli liderin dövlətçilik qarşısındakı əvəzsiz xidmətləri sırasında xüsusi diqqət çəkir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda və qəlblərimizdə möhkəm yer tutmasına yönəlmiş uzaqgörən dövlət siyasətini inamla davam etdirən, milli həmrəylik və diaspor fəaliyyətini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Cənab İlham Əliyev diaspor fəaliyyətini xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri kimi müəyyən edibbu fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini bildirib. Dövlət başçısı milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv çatdırılması baxımından xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib, onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mücadilə aparması ilə bağlı dəyərli tövsiyələrini verib.

Bütün bunlardan irəli gələrək xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını, onların birliyi və təşkilatlanması sahəsindəki mövcud vəziyyəti təhlil etmək, Azərbaycanla əlaqələrinin daha da möhkəmlənməsi, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində görülən işlərin miqyası davamlı olaraq genişləndirilib. Bunun konkret təzahürünü Rusiyadakı Azərbaycan diasporunun timsalında da görmək mümkündür.

Azərbaycanlıların sayca daha çox yaşadıqları xarici ölkə Rusiyadır. Rusiyada yaşayan soydaşlarımızın tarixi vətənləri ilə bağlılığın güclənməsində, eyni zamanda onların diaspor kimi formalaşmasında Heydər Əliyev müstəsna rol oynayıb. Görülən işlərə nəzər salarkən fəxrlə deyə bilərik ki, Azərbaycan dövlətinin uğurlu diaspor siyasəti Rusiya azərbaycanlılarını bir məfkurə - azərbaycançılıq ideyası ətrafında daha sıx birləşdirib. Hazırda Rusiyada ən güclü diaspora malik olan, bu ölkədə ictimai rəyin formalaşmasına təsir göstərə biləcək qüvvələrdən biri məhz azərbaycanlılar tərəfindən yaradılan müxtəlif ictimai təşkilatlardır. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin tövsiyələrinə layiqincə əməl edən diaspor təşkilatlarımız Rusiyanın ictimai həyatında fəal iştirak edir, Azərbaycanla dostluğun daha da möhkəmlənməsinə böyük töhfələr verirlər.

Müstəqil Azərbaycanı onun sərhədləri çərçivəsindən kənarda layiqincə təmsil edən, tanıdan belə təşkilatlardan biri də fəaliyyəti ilə mühüm uğurlar qazanmış Ümumrusiya Azərbaycan Konqresidir (ÜAK). Rusiyada yaşayan soydaşlarımızın ən böyük təşkilatlarından biri olaraq qəbul edilən bu qurum ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə böyük töhfələr verməkdədir. Rusiya vətəndaş cəmiyyətinin ayrılmaz hissəsinə çevrilən ÜAK-ın fəaliyyəti son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın təşkilatın Mərkəzi Şurasının Rəyasət Heyətinin üzvü seçilməsi ÜAK-ın fəaliyyətinin daha aktiv hala gəlməsinə, sıralarının isə böyük sürətlə genişlənməsinə səbəb olub.

Rusiyanın, demək olar ki, bütün regionlarında öz strukturlarını yaratmış konqresin Həştərxan regional bölməsi də ötən dövr ərzində cəmiyyətə inteqrasiya, burada yaşayan azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, milli-mənəvi dəyərlərinin qorunması, ictimai-siyasi fəallığının artırılması istiqamətində mühüm işlər görüb. Həştərxan regional bölməsi ÜAK-ın ən böyük və fəal strukturlarından biridir. Ona görə də Xəzər dənizində Azərbaycanla sərhəd qonşuluğunda olan Rusiyanın Həştərxan vilayətində yaşayan azərbaycanlılar fəaliyyətləri ilə artıq sanballı bir qüvvəyə çevrildiklərini sübuta yetiriblər. Həştərxan şəhərində yaşayan 25 mindən çox azərbaycanlının formalaşdırdığı diaspor üzvləri kifayət qədər fəallıq nümayiş etdirir, Azərbaycan reallıqlarının burada yaşanan inkişafın həm Rusiya, həm də dünya ictimaiyyətinə çatdırılmasında mühüm bir missiyanı layiqincə yerinə yetirirlər. Eyni zamanda Azərbaycan diasporu Həştərxanın vilayət rəhbərliyi və ictimaiyyəti tərəfindən ən etibarlı tərəfdaş və yaşanan inkişafa böyük töhfələr verən təbəqə kimi qəbul olunur.

Vətənimiz barəsində yüksək fikirdə olan Həştərxan ictimaiyyətinin ölkəmizə, xalqımıza, onun insanlarına vurğunluğunu daha da artıran ən mühüm məqam burada ümummilli lider Heydər Əliyevə ucaldılan abidə, o cümlədən adını daşıyan, gözəlliyi ilə riqqət doğuran parkdır. Təkcə Azərbaycanda deyil, bütün keçmiş Sovet İttifaqı, postsovet məkanında böyük siyasi xadim kimi qəbul olunan Heydər Əliyevin abidəsinin Həştərxan vilayətində ucaldılması təsadüfi deyil. Çünki ulu öndər istər sovetlər, istərsə də postsovet dövründə Rusiya, eləcə də onun vilayətləri, o cümlədən Həştərxanla Azərbaycanın, onun ayrı-ayrı inzibati ərazi strukturlarının, xalqlarımızın qarşılıqlı münasibətlərinin inkişafına böyük töhfələr verib. Ona görə Heydər Əliyevin Həştərxandakı abidəsi həm rusiyalıların, həm də azərbaycanlıların qardaşlığının, dostluğunun, onların ruhən və qəlbən birliyinin rəmzi kimi qiymətləndirilir.

Sülhün möhkəmləndirilməsi, humanizmin və şəfqətin təşviq edilməsi mövqeyindən çıxış edən, habelə humanitarsosialyönümlü tədbir və layihələrin təşəbbüskarı, eləcə də təşkilatçısı olan Heydər Əliyev Fondunun dəstəyi və himayəsi ilə Rusiyanın Həştərxan vilayətində çoxlu iri sosialinfrastruktur layihələri həyata keçirilib. Bunlardan biri Həştərxan şəhərinin 11 nömrəli orta məktəbinin yenidən qurulmasıdır. Şəhərin Bakı küçəsində yerləşən və ulu öndər Heydər Əliyevin adını daşıyan bu məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə genişmiqyaslı rekonstruksiya işləri aparılıb, müasir standartlara uyğun iki yeni korpus inşa olunub, şagirdlərin təhsilinin lazımi səviyyədə təşkili üçün şərait yaradılıb, mebeltexniki avadanlıqlarla təchiz edilib.

Xatırladım ki, Həştərxandakı diasporumuzun da fəal iştirakı ilə hələ 2011-ci ildə Rusiya-Azərbaycan dostluq körpüsünün təməli qoyulmuşdu. Qısa zaman kəsiyində körpünün inşası başa çatdırılmış və 2012-ci il sentyabrın 12-də açılışı olmuşdu. Həmin gün Heydər Əliyev parkında yaradılmış “Arzuuşaq əyləncə şəhərciyinin açılışı, həmçinin Heydər Əliyev Fondunun növbəti layihələrindən biri olan Müqəddəs Knyaz Vladimirin məbədi önündə Knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimləri keçirilmişdi. Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva iştirak etmiş, çıxışı zamanı Azərbaycanla Rusiya arasında əlaqələrin qarşılıqlı hörmətə, etimad və aşkarlığa əsaslandığını bildirmiş, münasibətlərin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə etmişdi. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin körpünün açılmasını Həştərxan üçün mühüm tarixi hadisə kimi dəyərləndirərək bu humanitar layihənin reallaşdırılmasına görə Heydər Əliyev Fondunaonun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirmişdi.

1 il 3 aydan sonra - 2013-cü il dekabrın 20-də isə Həştərxanda Leyla Əliyevanın iştirakı ilə Müqəddəs Vladimir məbədinin önündəki meydanda Knyaz Vladimirin abidəsinin və onun yerləşdiyi ərazidə salınmış parkın təntənəli açılış mərasimi keçirilib. Həmin gün həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda tikilmişArzuuşaq kafesinin açılışı olmuş, o cümlədən Bakı küçəsində fondun dəstəyi ilə tikiləcək uşaq bağçasının təməli qoyulub. 2014-cü il sentyabrın 29-da Prezident İlham Əliyevin iştirakı ilə bağçanın açılışı olub. Ümumi sahəsi 2800 kvadratmetr olan yarızirzəmili, 3 mərtəbəli, 140 yerlik uşaq bağçasında aparılan tikinti işləri uğurla başa çatdırılıb, lazımi mebel və digər avadanlıqlarla təchiz edilib, ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib. Açılış mərasimində Prezident İlham Əliyev və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin təbrik nitqləri söyləyib, rəmzi lenti kəsib və bağçaya baxış keçirərək uşaqlar üçün yaradılmış şəraitlə tanış olublar.

Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun Həştərxanda həyata keçirdiyi layihələr vilayət və şəhər rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilib. Qeyd edilənlərin məntiqi nəticəsidir ki, Həştərxan Şəhər Duması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Rusiya-Azərbaycan dostluğununstrateji tərəfdaşlığın inkişafı və möhkəmlənməsində xidmətlərinə, Həştərxanda iri sosial-mədəni və iqtisadi layihələrlə bağlı təşəbbüslərinə, bu layihələri və Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətini dəstəkləməsinə görə Prezident İlham Əliyevi “Həştərxan şəhərinin fəxri vətəndaşı” adına layiq görüb.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” və III dərəcəli “Knyaginya Olqa” ordenləri ilə təltif olunması Həştərxanda həyata keçirilən layihələrə verilən böyük dəyərin göstəricisidir.

Heydər Əliyev Fondunun Rusiyadakı fəaliyyətinin nəticəsi olaraq Bakı şəhərinin Nərimanov rayonu ilə Həştərxan vilayəti arasında sıx dostluq əlaqələri mövcuddur. Bu əlaqələr gündən-günə inkişaf edir və möhkəmlənir. Nərimanov rayonu tərəfindən bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində son illərdə xeyli görülüb. Qarşılıqlı əməkdaşlığın bariz nümunəsi kimi 2012-ci il dekabrın 19-da Nərimanov rayonu ərazisində yeni salınan parkda Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə “Bakı və Həştərxan dostluğu” abidəsinin təməlqoyma mərasimi keçirilib və 2013-cü ilin noyabrında açılışı olub.

ÜAK-ın Həştərxan regional bölməsi də güclü Azərbaycan dövlətinin dəstəyini hər zaman öz üzərində hiss edir. Bu kontekstdə doğma dilimizi, milli-əxlaqi dəyərlərimizi, azərbaycanlıların bir xalq, millət kimi formalaşdırdığı şanlı tarixi və vətənimizin şərəfini qorumaq kimi üzərimizə düşən müqəddəs vəzifəni layiqli şəkildə yerinə yetirməyə çalışırıq. Həmçinin Həştərxan icmasına sıx inteqrasiya fonunda vilayətlə Azərbaycan arasında qarşılıqlı əlaqələrin daha intensiv şəkildə inkişafına nail olmaq fəaliyyətimizin prioritet istiqamətlərindəndir. Bu işlər xüsusən son 10 ildə, Ədalət Hüseynovun ÜAK-ın Həştərxan regional bölməsinə rəhbərliyi dövründə daha da intensivləşib. Bütün bunların nəticəsidir ki, Azərbaycan diasporu Həştərxanın vilayət rəhbərliyi və ictimaiyyəti tərəfindən ən etibarlı tərəfdaş və yaşanan inkişafa mühüm töhfələr verən zümrə kimi qəbul olunur. Təsadüfi deyil ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə Ədalət Hüseynov Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikasının “Tərəqqi” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ümumrusiya Azərbaycanlıları Konqresinin ali təltifini də alan Ədalət Hüseynov dəfələrlə Həştərxan vilayətinin mükafatlarına layiq görülüb: Həştərxan vilayəti Dumasının Fəxri fərmanı, “Həştərxan vilayətinin qarşısında xidmətlərinə görə” ordeni, Həştərxan vilayətinin Qubernatorunun “Peşəkar xidmətlərinə görə” fəxri nişanı, MoskvaBütün Rusiyanın patriarxı Kirilin verdiyi Müqəddəs Vladimir ordeni kimi mükafatlar diaspor rəhbərinə millətlərarası sülh və anlaşmanın təmin olunmasında göstərdiyi ictimai fəaliyyətinə, beynəlxalq əməkdaşlığın və Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında dostluğun inkişafına verdiyi töhfələrə görə təqdim olunub. Ədalət Hüseynov həm də Həştərxan Şəhər Dumasının qərarı ilə “Həştərxan şəhərinin fəxri vətəndaşı” adına layiq görülüb.

Bu gün Azərbaycan diasporunu təmsil edən müxtəlif təşkilatlarla yanaşı Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının 500 nəfərə qədər gənci birləşdirən Həştərxan bölməsi də bu vilayətin ictimai-siyasi həyatında fəal iştirak edir. İndiyədək RAGT tərəfindən Həştərxanda çoxsaylı sahələrdə, o cümlədən təhsil, mədəniyyət, ədəbiyyat, ictimaiyyət mövzusunda layihələr həyata keçirilib. Təşkilat həmçinin Azərbaycanın əlamətdar günlərində, bayramlarda, ulu öndər Heydər Əliyevin doğum və anım günlərində müxtəlif tədbirlər təşkil edir. Əsasən Həştərxanın ictimai yerlərində, ali məktəblərdə keçirilən bu tədbirlərdə Azərbaycan həqiqətləri, xalqımızın keçdiyi yol, milli-mənəvi dəyərlərimiz Həştərxan ictimaiyyətinin diqqətinə çatdırılır. RAGT Həştərxan bölməsinin təmsilçiləri Rusiyanın müxtəlif şəhərlərində, xarici ölkələrdə keçirilən forumkonfranslarda da fəaldırlar.

Həştərxana səfəri zamanı RAGT-nin Həştərxan bölməsinin üzvləri ilə görüşən Leyla Əliyeva bölmənin fəaliyyətini yüksək qiymətləndirib, dəyərli tövsiyələrini verib. Həştərxan Vilayət Administrasiyası da dəfələrlə şəhərin gənclər təşkilatları arasında ən yüksək qiyməti məhz RAGT-nin regional bölməsinə verib. Təsadüfi deyil ki, bu günlərdə RAGT-nin regional bölməsi Həştərxan Vilayət Administrasiyası tərəfindən vilayətdə gənclər siyasətinin həyata keçirilməsindəki töhfələrinə görə fəxri fərmanla təltif edilib.

Azərbaycan diasporuna, azərbaycanlılara bütün Həştərxan vilayətində yerli ictimaiyyət tərəfindən yüksək ehtiram və hörmət göstərilir. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu diaspor siyasəti və o cümlədən Həştərxanda görülən işlər bizim gücümüzü, nüfuzumuzu daim yüksəldir. Təbii ki, bütün bunlar bizim məsuliyyətimizi daha da artırır. ÜAK Həştərxan regional bölməsi bundan sonra da bu bölgənin ictimai həyatında yaxından iştirak edəcək, Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında, azərbaycanlıların daha sıx təşkilatlanmasında fəal olacaq.

 

Elvin HÜSEYNOV,

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Həştərxan bölməsinin sədri

 

Azərbaycan. - 2016.- 26 yanvar.- S.4.