Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 1, maddə 14; 2001, ¹ 3, maddələr 138, 145, 146, 147, ¹ 12, maddələr 731, 745; 2002, ¹ 6, maddə 328, ¹ 8, maddə 464; 2004, ¹ 2, maddə 57, ¹ 11, maddə 886; 2005, ¹ 7, maddələr 576, 588, ¹ 10, maddə 871; 2006, ¹ 4, maddə 312, ¹ 11, maddə 933; 2007, ¹ 8, maddə 756, ¹ 11, maddə 1078; 2008, ¹7, maddə 602, ¹ 8, maddə 695, ¹12, maddə 1048; 2010, ¹ 6, maddə 482; 2011, ¹ 2, maddə 71; 2015, ¹ 5, maddə 501) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.117-ci maddənin ikinci hissəsində “portsözü çıxarılsın və “ hərbi komendantına,” sözlərindən sonra “dəniz limanı idarəsinə,” sözləri əlavə edilsin.

2.118-ci maddənin a) yarımbəndinin ikinci cümləsində “portsözü çıxarılsın və “hərbi komendantı,” sözlərindən sonra “dəniz limanı idarəsi,” sözləri əlavə edilsin.

3.141-ci maddənin ikinci hissəsində “portu” və “(liman)” sözləri çıxarılsın və “ komendantından,” sözlərindən sonra “dəniz limanı idarəsindən,” sözləri əlavə edilsin.

4.142-ci maddədə “portusözü çıxarılsın və “hərbi komendantına,” sözlərindən sonra “dəniz limanı idarəsinə” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2015-ci il

 

Azərbaycan. - 2016.- 29 yanvar.- S.1.