2016-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2016-cı il Gənclər üçün Prezident mükafatları verilsin:

 

Aslanov Elvin Namiq oğlu

Əliyev Ramiz Təvəkkül oğlu

Hoca Qəniyev Elvin Xeyrəddin oğlu

Məlikov Elvin Yaşar oğlu

Məmmədova Fəxriyyə Tahir qızı

Nəcəfli Nərmin Etibar qızı.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2016-cı il

 

Azərbaycan. - 2016.- 30 yanvar.- S.4.