“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 1, maddə 1; 1995, ¹ 17-18, maddə 282; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 7, maddə 444; 2004, ¹ 2, maddə 57, ¹ 4, maddə 199; 2008, ¹ 10, maddə 886; 2011, ¹ 2, maddə 71; 2013, ¹ 2, maddə 95) 25-ci maddəsinin 6-cı hissəsində “balıq ovu” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2015-ci il

 

Azərbaycan. - 2016.- 31 yanvar.- S.2.