“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 1, maddə 1; 1995, ¹ 17-18, maddə 282; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 7, maddə 444; 2004, ¹ 2, maddə 57, ¹ 4, maddə 199; 2008, ¹ 10, maddə 886; 2011, ¹ 2, maddə 71; 2013, ¹ 2, maddə 95) aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı maddənin birinci hissəsinin 1-ci bəndinə “limanlarının” sözündən əvvəl “dəniz” sözü əlavə edilsin və həmin bənddə “liman suları” sözləri “liman akvatoriyaları” sözləri ilə əvəz edilsin.

2. 9-cu maddənin ikinci hissəsində, 14-cü maddənin birinciikinci hissələrində, 17-ci maddədə, 31-ci maddənin birinci hissəsinin 2-ci bəndində “Dəniz gəmiçilərinə bildirişlər”də” sözləri “Dənizçilər üçün bildirişlər”də” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2015-ci il

 

Azərbaycan. - 2016.- 31 yanvar.- S.2.