Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, ¹ 22, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 5, maddə 312, ¹ 6, maddə 415; 2007, ¹ 8, maddə 754; 2008, ¹ 8, maddə 709; 2010, ¹ 4, maddə 274; 2011, ¹ 2, maddə 71) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 336-cı maddəyə “stansiya (liman, aeroport) rəisinə” sözlərindən sonra “, dəniz limanı idarəsinə” sözləri, “stansiya (liman, aeroport) rəisinin” sözlərindən sonra isə “, dəniz limanı idarəsinin” sözləri əlavə edilsin.

2. 338-ci maddənin on ikinci abzasına “stansiyanın (limanın, aeroportun) rəisinə” sözlərindən sonra “, dəniz limanı idarəsinə” sözləri əlavə edilsin.

3. 339-cu maddəyə “stansiya (liman, aeroport) rəisi” sözlərindən sonra “, dəniz limanı idarəsi” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2015-ci il

 

Azərbaycan. - 2016.- 31 yanvar.- S.2.