Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 10, ¹ 6, maddə 414; 2001, ¹ 5, maddə 293, ¹ 11, maddə 687, ¹ 12, maddə 740; 2002, ¹ 5,  maddə 241, ¹ 6, maddə 328, ¹ 12, maddə 706; 2004, ¹ 5, maddə 318; 2005, ¹ 4, maddə 281, ¹ 8, maddə 699, ¹ 10, maddə 903, ¹ 11, maddə 993; 2007, ¹ 1, maddə 4, ¹ 2, maddə 69, ¹ 8, maddə 745, ¹ 11, maddələr 1053, 1075; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009, ¹ 1, maddə 5, ¹ 7, maddə 517, ¹ 11, maddə 878; 2010, ¹ 7, maddə 597, ¹ 11, maddə 938; 2011, ¹ 4, maddə 258, ¹ 12, maddə 1098; 2012, ¹ 10, maddə 946; 2013, ¹ 11, maddə 1271; 2014, ¹ 11, maddə 1353; 2015, ¹ 5, maddə 487) aşağıdakı dəyişikliklər edilsin:

1. 39-cu maddənin dördüncü hissəsində “Azərbaycan Respublikası limanının rəisinə” sözləri “Azərbaycan Respublikasının dəniz limanı idarəsinə” sözləri ilə əvəz edilsin.

2. 41-ci maddənin birinci hissəsində “qeydə alındığı limanın” sözləri “qeydiyyat limanının” sözləri ilə əvəz edilsin.

3. 82-ci maddənin ikinci hissəsinə “limanında” sözündən əvvəl “dəniz” sözü əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2015-ci il

 

Azərbaycan. - 2016.- 31 yanvar.- S.3.