Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 6                             Bakı şəhəri, 18 yanvar 2016-cı il

 

Azərbaycan Respublikasının  ərazisində coğrafi koordinatları müəyyən edilmiş torpaq sürüşməsi təhlükəsi olan sahələrin xəritələrinin təsdiq edilməsi bu sahələrdə tikinti işlərinin qadağan edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 mart tarixli 56 nömrəli qərarının 6-cı hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan tədqiqatlar nəticəsində müəyyən edilən torpaq sürüşməsi təhlükəsi olan sahələrin coğrafi koordinatları əks olunan xəritələr kağız elektron variantda təsdiq edilsin.

2. Torpaq sahəsinin mənsubiyyətindən asılı olmayaraq, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş xəritələrdə göstərilən torpaq sürüşməsi təhlükəsi olan  sahələrdə sürüşməyə qarşı tədbirlər istisna olmaqla, tikinti işlərinin aparılması qadağan edilsin.

3. Bu qərarın icrasına nəzarət  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyinə həvalə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2016.- 31 yanvar.- S.4.