Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ötənilki fəaliyyətinin yekunları müzakirə olunub

 

Yanvarın 30-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) 2015-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra qurumun ötənilki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu qurumun ötən 20 il ərzində fəallığı ilə seçildiyini diqqətə çatdırıb. Bildirib ki, partiyanın gənc üzvləri ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Ziyafət Əsgərov ötən gün Prezident İlham Əliyevin gənclərlə görüşünün əhəmiyyətini vurğulayıb, dövlətimizin başçısının qarşıda duran vəzifələrdən danışdığını, bu gün dünyada baş verən hadisələri ətraflı təhlil etdiyini söyləyib. Qeyd edib ki, bu gün ölkəmizə qarşı bizi istəməyən qüvvələr tərəfindən təzyiqlər edilir, ikili standartlar tətbiq olunur. Azərbaycan xalqı, ümumilikdə ölkə gəncliyi daha çevik olub bizə qarşı yönələn məkrli əməllərə vaxtında cavab verə bilməlidir.

“YAP Gənclər Birliyi hər birimiz üçün doğmadır”, - deyən Milli Məclis sədrinin müavini Bahar Muradova özününbu partiyanın sıralarına böyük ümidlərlə daxil olduğunu söyləyib. Bahar Muradova deyib: “Biz Azərbaycanın güclüsuveren dövlət olmasına inanaraq bu partiyaya qoşulmuşuqyola çıxmışıq. Yolumuzu Ulu Öndərin parlaq ideyaları işıqlandırıb. Bu ideyalar bizi Azərbaycan naminə fədakarlığa və qəhrəmanlığa ruhlandırıb və bu gündə ruhlandırır”. Bu illər ərzində Azərbaycanın sürətli inkişaf yolu keçdiyini bildirən Milli Məclis sədrinin müavini deyib: “Bu gün biz YAP Gənclər Birliyinin ötənilki fəaliyyəti ilə tanış olduq. Bu təşkilatın nə qədər rəngarəng, çoxistiqamətli və çoxşaxəli fəaliyyət göstərdiyini görürük”.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunan Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclik hərəkatının inkişafına mühüm töhfə verib. Bu gün gənclərimiz ölkəmizin həyatında fəal iştirak edir, qazandıqları uğurlarla təkcə valideynlərini, yaxınlarını deyil, eyni zamanda, üzvü olduqları qurumları, o cümlədən Yeni Azərbaycan Partiyasını, bütün cəmiyyətimizi və dövlətimizi sevindirirlər. Gənclərimizin inkişafı, nailiyyətləri və əldə etdikləri uğurlar bizim hər birimiz üçün qürur mənbəyinə çevrilir. Bugünkü gənclik Azərbaycanın gələcəyinin bariz ifadəsi və təsdiqi sayıla bilər.

Əli Əhmədov vurğulayıb ki, YAP Gənclər Birliyi ölkəmizin gənclik hərəkatının fəal tərkib hissəsidir. Ölkəmizin fəal gənclərinin böyük hissəsinin YAP Gənclər Birliyinin sıralarında birləşdiyini qeyd edən Əli Əhmədov qurumun ötənilki fəaliyyətini yüksək qiymətləndirib.

Sonra YAP Gənclər Birliyinin üzvləri Arzu Həsənzadə və Elman Aslanov qurumun ötənilki fəaliyyəti ilə bağlı məruzələrlə çıxış ediblər.

Daha sonra partiyanın fəal gəncləri və ictimai xadimlər mükafatlandırılıblar.

Tədbir konsert proqramı ilə davam edib.

 

Azərbaycan. - 2016.- 31 yanvar.- S. 5.