Jüdische Rundschau” qəzeti: Yəhudilər Azərbaycanda tolerantlıq mühitində yaşayırlar

 

Almaniyanın “Jüdische Rundschau” qəzetində Azərbaycandakı mövcud tolerantlıq mühiti barədə məqalə dərc edilib. Məqalədə Azərbaycan və İsrail arasındakı münasibətlərdən və ölkəmizdə yəhudilərin tolerantlıq mühitində yaşamalarından bəhs olunur.

Məqalənin müəllifi beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qut bildirir ki, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycan Avrasiya regionunda İsraillə ən yaxşı münasibətlərə malik ölkədir. Bunun əsasında Azərbaycanda yaşayan yəhudilər və azərbaycanlılar arasında olan sıx dostluq münasibətləri dayanır.

Məqalədə müxtəlif dinietnik qrupların vətəni olan Azərbaycandakı mövcud tolerant mühitdən söhbət açılaraq qeyd edilir ki, Azərbaycan hökumətində qadınlar, etnikdini azlıqların nümayəndələri həmişə təmsil olunublar.

Müəllif bildirir ki, Azərbaycanın tolerantlıq mühiti müstəqillik əldə etdikdən sonra böyük sınaq qarşısında idi. Amma hətta Ermənistanla qanlı münaqişə dövründə belə Azərbaycan öz tarixi ənənələrindən imtina etmədi.

Yazıda vurğulanır ki, İsrail xalqı Prezident İlham Əliyevə böyük hörmətlə yanaşır. Prezidentin müsəlmanların və yəhudilərin azərbaycanlıların konstruktiv birgəyaşayışına istiqamətlənmiş səyləri İsraildə yüksək qiymətləndirilir.

 

 AZƏRTAC

 

Azərbaycan. - 2016.- 31 yanvar.- S. 8.