Ulu öndər Heydər Əliyevin məzarını ziyarət

 

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev aprelin 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

 

Azərbaycan.- 2017.- 4 aprel.- S. 5.