Azərbaycan dəniz üzgüçülüyünün təhlükəsizliyini etibarlı və səmərəli təşkil edib

 

Gəmilərin limanlara giriş-çıxışının rəsmiləşdirilməsi, nəzarət yoxlamasının həyata keçirilməsi, xarici bayraq altında üzən gəmilərə bələdçi xidmətinin göstərilməsi və lövbər dayanacağı ilə təmin olunması prosesi dövlət nəzarətindədir

 

 Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən Azərbaycan Respublikasının ərazi sularında gəmi sürücülüyünün təhlükəsizliyinin təmin olunması, Azərbaycanın ərazi sularında üzmə qaydalarına və respublikamızın tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinə riayət olunmasına nəzarət edilməsi, gəmi sürücülüyü üçün çətin hava şəraiti zamanı fırtına xəbərdarlığının göndərilməsi, təhlükəsiz lövbər dayanacağı ilə təmin olunması, gəmilərin tanınması və uzaq məsafədən izlənməsi və hərəkət marşrutunun seçilməsi xidmətləri göstərilir.

Ərazi sularında gəmi sürücülüyünün təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət olunan ərazilərin əhatə dairəsinin genişləndirilməsi, gəmilərlə radioəlaqələrin daha da etibarlı təşkil olunması, Avtomatik İdentifikasiya Sistemi (AİS) vasitəsilə məlumatların operativ surətdə Milli Mərkəzə ötürülməsinin təşkili üçün xüsusi təyinatlı ultraqısa dalğaların yayımı məqsədilə radiostansiyaradiorele avadanlıqlarının quraşdırılması təmin olunur.

Gəmilərlə etibarlı rabitənin təmin edilməsi, Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərə dövlət nəzarətinin həyata keçirilməsinin gücləndirilməsi məqsədilə naviqasiya rabitə avadanlıqları quraşdırılıb və mütəmadi naviqasiya təminatı həyata keçirilir.

Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinə ötən dövr ərzində Gəminin Mühafizə Həyəcan Sistemi (SSAS) üzrə 247 sınaq, 66 qəza, 1468 rəqəmsal seçmə sınaq çağırış siqnalı daxil olub. 21600 naviqasiya ötürməsi həyata keçirilib, 120 gəminin Uzaq Məsafədən Tanınma və İzləmə təsdiqnaməsi, 23 gəminin Beynəlxalq Dəniz Peyk Təşkilatı (INMARSAT) təsdiqnaməsi, 39 gəminin Dəniz Mobil İdentifikasiya Xidməti (MMSI) təsdiqnaməsi və 67 gəminin Beynəlxalq Peyk Axtarış-Xilasetmə Sistemi (Cospas-Sarsat) təsdiqnaməsi qeydiyyata alınıb.

- Liman kapitanı xidməti tərəfindən gəmilərin limanlara giriş-çıxışının rəsmiləşdirilməsi üzrə məlumatlar.

Dövlət Dəniz Administrasiyası tərəfindən liman kapitanları vasitəsilə beynəlxalq və kabotaj səfərlər həyata keçirən 20285 gəminin Azərbaycan Respublikasının limanlarına girişi və 20061 gəminin limandan çıxışının rəsmiləşdirilməsi həyata keçirilib.

- Gəmilərin nəzarət yoxlamasının həyata keçirilməsi.

Azərbaycan bayrağı altında üzən 135 gəmidə aparılan bayraq nəzarəti yoxlaması zamanı ümumilikdə1522 nöqsan aşkar edilərək aradan qaldırılması təmin edilib. Bu nöqsanlardan 276-sı “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiya (STCW) üzrə, 907-si “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiya (SOLAS) üzrə, 63-ü “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiya (MARPOL) üzrə, 163-ü “Dənizdə əməyə dair Konvensiya” (ILO (MLC)) üzrə, 50-si “Yük nişanı haqqında” 1966-cı il tarixli Beynəlxalq Konvensiya (ICLL) üzrə, 17-si “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında” Konvensiya (COLREG) üzrə, 46-sı isə digər hallar üzrə olub.

Xarici bayraq altında üzən 69 gəmidə aparılan liman nəzarəti yoxlamaları zamanı isə ümumilikdə 397 nöqsan aşkarlanaraq onların aradan qaldırılması təmin edilib. Bunlardan 6-sı STCW, 294-ü SOLAS, 11-i MARPOL, 48-i ILO (MLC), 25-i ICLL, 8-i COLREG 5-i isə digər nöqsanlar üzrə olub.

Aparılan nəzarət yoxlamaları zamanı gəmilərdə dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqlar səbəbindən ümumilikdə 58 gəminin səfərə çıxmasına icazə verilməyib. Bunlardan 34-ü Azərbaycan bayrağı altında üzən, 24-ü isə xarici bayraq altında üzən gəmilər olub. Ötən dövr ərzində 3892 gəmi jurnalı təsdiq edilərək gəmilərə təhvil verilib.

- Xarici bayraq altında üzən gəmilərə bələdçi xidmətinin göstərilməsi.

Azərbaycan Respublikasının ərazi sularında liman akvatoriyalarında xarici bayraq altında üzən 1795 gəmiyə bələdçi xidməti göstərilib. Bələdçilər tərəfindən qeyd olunan gəmilərin dəniz kanalları vasitəsilə təhlükəsiz olaraq limanlara gəlməsi limanlardan getməsi təmin olunub.

- Gəmilərin lövbər dayanacağı ilə təmin olunması.

Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən, beynəlxalq səfərlər edərək Azərbaycan Respublikasının limanlarına gələn kabotaj səfərlər həyata keçirən gəmilər dəniz rayonlarında lövbər dayanacağı ilə təmin olunurlar burada gəmilərə nəzarət təmin edilir. 1436 xarici bayraq altında üzən gəmi lövbər dayanacağı ilə təmin olunub.

 

R.BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.-7 aprel.- S.6.