Prezident İlham Əliyev Ümumrusiya
Dövlət Teleradio Şirkətinin teleradio aparıcısı Vladimir
Solovyovla görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Ümumrusiya Dövlət Teleradio Şirkətinin teleradio aparıcısı Vladimir Solovyovla görüşüb.
AZƏRTAC xəbər verir ki, Vladimir Solovyov Bakıya ilk dəfə səfər etdiyini bildirərək paytaxtımızda sürətli inkişaf proseslərinin onda böyük təəssürat doğurduğunu və Bakının çox gözəl şəhər olduğunu vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanda gedən inkişaf prosesləri barədə danışarkən qeyd etdi ki, ölkəmiz haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal işlər görülür. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın tarixi və bugünkü reallıqları barədə söhbət açaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırdı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ilə Rusiya arasında bütün digər sahələrdə olduğu kimi, humanitar əlaqələr, o cümlədən media sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.
Vladimir
Solovyov ətraflı və dolğun informasiyaya
görə dövlətimizin başçısına minnətdarlığını
bildirdi, Azərbaycanda gedən proseslərlə
yaxından tanış olmağın onun üçün böyük
maraq doğurduğunu
qeyd etdi.
Azərbaycan.-
2017.-8 aprel.- S.1.