“Səngərdə açılan səhər” filmi tamaşaçıların ixtiyarına verilib

 

Aprelin 8-də Bakı Beynəlxalq Mətbuat Mərkəzində “Dünya” Müstəqil Teleradio (DTV) Şirkətinin istehsal etdiyi “Səngərdə açılan səhər” sənədli filminin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan filmin redaktoru Hafiz İmamnəzərli “Dünya” TV-nin istehsalı olan filmlər haqqında danışıb, həmin filmlərdə dövlətçilik prinsiplərinin və vətənpərvərliyin əsas qayə olduğunu bildirib.

Filmin müəllifi və rejissoru Elşən Qəniyev deyib ki, “Səngərdə açılan səhər” aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığa həsr olunub. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun qüdrəti, qələbə əzmi ekran əsərinin süjet xəttini təşkil edir.

Sonra “Səngərdə açılan səhər” filmi nümayiş etdirilib.

Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev peşəkarcasına çəkilmiş bu filmin vətənpərvərlik hissinin gücləndirilməsində mühüm rol oynayacağını vurğulayıb. O, belə filmlərin digər TV-lər tərəfindən istehsal olunmasının önəmini qeyd edib.

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Azərbaycan əsgərinin qəhrəmanlığından danışaraq deyib ki, igid oğullarımiz Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə böyük rəşadət göstəriblər. Bu filmin özəlliyi ondan ibarətdir ki, aprel döyüşlərində iştirak etmiş hərbçilər döyüş təəssüratlarını bölüşüblər. Yaradıcı qrup düşmən tapdağından azad olunmuş Lələtəpədə, Cocuq Mərcanlıda çəkilişlər aparıb.

Bakı Dövlət Universitetinin professorları Ağarəhim Rəhimov Nəsir Əhmədov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları Şəhid Ailələriİctimai Birliyinin Sumqayıt şəhər filialının sədri Tərlan Hacızadə, şair, professor Rafiq Yusifoğlu, “Qartalşirkətinin rəhbəri Şahin Məmmədov digərləri film haqqında fikirlərini bölüşərək diqqəti aprel döyüşlərinin hərb tariximizdəki yerindən, Milli Ordumuzun inkişaf yolundan danışıb bu filmin əhəmiyyətini qeyd ediblər.

Xatırladaq ki, filmin ideya müəllifiDünyaTeleradio Şirkətinin prezidenti Ramiz Hüseynov, operatoru Kamil Quliyev, kreativ prodüseri Rais Bəhramlıdır.

 

Azərbaycan.- 2017.- 9 aprel.- S.4.