Misir səfiri Bilik FondununSəfir saatıklubunda olub

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik FondununSəfir saatıklubunda Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri xanım Suzan Cəmil ilə görüş keçirilib.

Görüşdə Bakı Dövlət, Azərbaycan Dillər, Azərbaycan Dövlət  İqtisadiyyat, Bakı Slavyan, Azərbaycan Turizm Menecment universitetlərinin beynəlxalq münasibətlər diplomatiya ixtisası üzrə təhsil alan tələbələri Bilik Fondunun əməkdaşları iştirak ediblər.

Fondun icraçı direktoru Oktay Səmədov Misirdə baş vermiş terror aktından təəssüfləndiyini bildirib, səfirə başsağlığı verib.

2017-ci ilin ölkədəİslam həmrəyliyi ilielan olunmasının dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına böyük təkan verəcəyini vurğulayan Oktay SəmədovSəfir saatıklubunun ilk qonağının məhz Misirin Azərbaycandakı səfiri olmasının təsadüfi xarakter daşımadığını da bildirib.

Xanım səfir Suzan Cəmil səmimi qarşılanmaya diqqətə görə təşəkkürünü bildirib, xalqlarımız arasında qarşılıqlı hörmət ehtiramın olmasını dilə gətirərək Bilik FondununSəfir saatıklubunun ilk qonağı kimi gənclərlə görüşdən məmnunluğunu ifadə edib. Misirin qədim tarixi coğrafiyası haqqında klub üzvlərinə əhatəli məlumat verən səfir burada xristianlarla müsəlmanların yanaşı yaşamasını tolerantlığın göstəricisi kimi dəyərləndirib, təmsil etdiyi ölkənin xarici əlaqələrinin istiqamətləri barədə danışıb.

Xanım Suzan Cəmil diplomat fəaliyyəti, Misirin siyasi-iqtisadi əlaqələri, elmi mədəni həyatı, Misir-Azərbaycan münasibətləri ilə bağlı gənclərin çoxsaylı suallarını cavablandırıb.

Bilik Fondunun gənc könüllüsü olan Sumqayıt məktəblisi Fidan Səfərova Misir motivləri əsasında kətan üzərində çəkdiyi rəsmi səfir Suzan Cəmilə hədiyyə edib.

Bilik FondununSəfir saatıklubunun əsas məqsədi Bakıdakı diplomatik nümayəndələrin vasitəçiliyi ilə Azərbaycan xarici ölkələrin müvafiq qurumları arasında elm, təhsil mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığın qurulmasıdır.

 

Azərbaycan.- 2017.- 11 aprel.- S. 8.