Azərbaycanın yeganə fransızdilli nəşri - “Le Carrefour”

 

Ölkəmizin dünyada tanınmasında mətbuatımızın rolu danılmazdır. Bu olduqca vacib, əhəmiyyətli vəzifənin yerinə yetirilməsində yalnız anadilli kütləvi informasiya vasitələrinin deyil, xarici dillərdə nəşr olunan mərbuat orqanlarının da üzərinə böyük düşür. Tarixi həqiqətlər deməyə əsas verir ki, Azərbaycanda xaricidilli mətbuat ənənəsi XIX əsrdən mövcuddur.

Bu gün həmin ənənə davam etdirilir. Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqanı - “Le Carrefour” (Yol qovşağı) qəzetinin əsas məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan-Fransa əlaqələrinin inkişafına töhfə vermək, xalqımızın milli mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir.

“Le Carrefour” 2007-ci il mayın 14-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb ilk sayı həmin ilin iyulunda işıq üzü görüb. 2009-cu ildə qəzetin internet saytı fəaliyyətə başlayıb, lakin maliyyə problemləri üzündən bir müddət sonra dayandırılıb. 2015-ci ilin dekabrından yaradıcı heyət qəzetin saytını xəbər portalı kimi yeniləyib.

“Le Carrefour”un təsisçisi baş redaktoru, Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin Azərbaycan bölməsinin rəhbəri Zeynəb Kazımova deyir ki, qəzetin yaradıcı heyəti dörd nəfərdən - baş redaktor, müxbir-redaktor, saytın texniki redaktoru tərcüməçidən ibarətdir: “Biz fransızlar üçün maraqlı ola biləcək məqalələri, müsahibələri tərcümə edərək fransızdilli oxuculara çatdırırıq. Çalışırıq ki, Azərbaycan haqqında dolğun məlumatlar verək. Azərbaycan reallıqlarını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı faktları, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Fransanın rəsmi mövqeyini, həmsədrlərin regiona səfərlərini açıqlamalarını qəzetimizdə işıqlandırırıq”.

“Le Carrefour” bugünədək ölkəmizin universitetlərində müxtəlif tədbirlər, konfranslar keçirib. Bu günlərdə  Azərbaycanda Fransız İnstitutunda “Le Carrefour” qəzetinin www.lecarrefour.az saytının Azərbaycanda Frankofoniya həftələri çərçivəsində təqdimatı keçirilib. Tədbirdə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Milli Məclisin deputatları, Fransa səfirliyinin, müxtəlif media təşkilatları orqanlarının rəhbərləri nümayəndələri, fransız dili üzrə mütəxəssislər media nümayəndələri iştirak ediblər.

 

Nübar İSAZADƏ

 

Azərbaycan.- 2017.- 13 aprel.- S. 8.