Qazax xalqının böyük oğlu Düsen Kaseinov bütün türk dünyasında sevilir

 

Bakıda “Düsen Kaseinov-70” kitabının təqdimatı olub

 

Aprelin 14-də Azərbaycanda Atatürk Mərkəzində TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinovun 70 illik yubileyi ilə bağlı çap edilmiş kitabın təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycanda Atatürk Mərkəzi ilə birgə hazırladığı “Düsen Kaseinov-70” adlı kitabElm və təhsil” nəşriyyatı tərəfindən yüksək poliqrafik keyfiyyətdə çap edilib.

Kitabda Azərbaycanın tanınmış elm, mədəniyyət və ictimai xadimlərinin TÜRKSOY-un baş katibi Düsen Kaseinovun 70 illik yubileyi münasibətilə təbrik yazıları toplanıb. Nəşrin məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, əməkdar elm xadimi, Milli Məclisin deputatı Nizami Cəfərov, redaktorları Elçin Qafarlı, Əkbər Qoşalı, tərtibatçısı Dəyanət Osmanlıdır.

TÜRKSOY-un baş katibinin 70 illik ömür yoluna nəzər salan kitab Prezident İlham Əliyevin Düsen KaseinovunDostluqordeni ilə təltif edilməsi haqqında imzaladığı sərəncamla açılır.

Təqdimat mərasimində çıxış edən AMEA-nın müxbir üzvü Nizami Cəfərov yubilyarın ömür yoluna nəzər salaraq onun türk dünyasının birliyi naminə gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, D.Kaseinovun türk dünyasında və türkdilli dövlətlər arasında böyük nüfuzu var. Nəşrdə yer alan yazılar D.Kaseinova yüksək hörmət və ehtiramın göstəricisidir.

Kitabda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, xarici işlər naziri Elmar Məmmədyarovun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın, xalq yazıçıları Elçinin və Anarın, xalq artistləri Firəngiz Əlizadənin, Fərhad Bədəlbəylinin, Ağaverdi Paşayevin, Rauf Abdullayevin və digər görkəmli insanların təbrikləri toplanıb.

TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib ki, Düsen Kaseinovun rəhbərliyi altında bu təşkilat bir çox nailiyyətlərə imza atıb. TÜRKSOY türkdilli xalqların sahib olduğu mədəniyyətin dünyaya tanıdılması və gələcək nəsillərə ötürülməsi ilə bağlı effektiv fəaliyyət göstərməklə bu xalqlar arasında həmrəyliyin daha da güclənməsində mühüm rol oynayır. Düsen Kaseinovun yorulmaz fəaliyyəti nəticəsində

TÜRKSOY türkdilli xalqların mədəniyyətlərinin təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatlarda əhəmiyyətli tədbirlər həyata keçirib. Bunun nəticəsində qurumun nüfuzu son illər durmadan artır.

Günay Əfəndiyeva əminliklə bildirib ki, yaxın gələcəkdə rəhbərlik etdiyi təşkilat və TÜRKSOY təkcə mədəniyyət sahəsində deyil, ümumiyyətlə, türk dünyasının qardaşlıq və həmrəyliyi naminə uğurlu layihələr həyata keçirəcək.

Düsen Kaseinovun yubileyinin bir sıra türkdilli ölkələrdə silsilə tədbirlərlə qeyd edildiyini bildirən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev onu çox alicənab bir insan kimi xarakterizə edib. Düsen Kaseinovun rəhbərlik etdiyi TÜRKSOY-un türk dünyasına məxsus mədəni irsin qorunub dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərini yüksək dəyərləndirən V.Əliyev deyib: “Düsen Kaseinov bu qurumun rəhbəri kimi üzərinə düşən öhdəlikləri böyük həvəs və fədakarlıqla yerinə yetirir. TÜRKSOY az maddi imkanlar daxilində çox böyük işlər görür. Bu işlərin görülməsində sözsüz ki, Düsen Kaseinovun böyük nüfuzu, hörməti danılmazdır. Təşkilat Azərbaycan mədəniyyətinə və mədəni irsinə həsr olunmuş mühüm layihələr reallaşdırır.

TÜRKSOY-un 2017-ci iliMolla Pənah Vaqif ilielan etməsi bizə imkan verir ki, Vaqifin timsalında Azərbaycan mədəniyyətini, ədəbiyyatını bütün türk dünyasında təbliğ edək”.

V.Əliyev vurğulayıb ki, Düsen Kaseinov 70 yaşında da yorulmadan axtarışdadır və yeni-yeni layihələrin həyata keçirilməsinə, türk dünyasının birliyinə çalışır.

Düsen Kaseinovun TÜRKSOY üçün tapılmış adam olduğunu qeyd edən AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli deyib ki, yubilyarın keçdiyi zəngin həyat yolu və qazandığı böyük nüfuz onun nadir şəxsiyyətlərdən olduğunu göstərir. O, nəinki səlahiyyətlərindən, həm də şəxsi münasibətlərindən istifadə edərək çox böyük işlər görür. Təşkilatın strategiyasının müəyyən olunması və reallaşan layihələrin uğuru birbaşa onun rəhbərinin zəngin təcrübəsinin bəhrəsidir. Qazax xalqının böyük oğlu Düsen Kaseinova bu gün bütün türk dünyasında, eləcə də Azərbaycanda böyük məhəbbət bəslənilir.

Düsen Kaseinov sülhün və tərəqqinin, dostluq və qardaşlığın, insanların rahat yaşayışının təmin olunması üçün çalışır. O, mədəniyyətlər, dinlər və təriqətlər arasında dialoqinteqrasiya tərəfdarıdır. Bu istiqamətdə məqsədyönlü fəaliyyətinə görə ayrı-ayrı dövlətlərin orden və medalları ilə təltif olunub.

AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova, Qazaxıstanın və Qırğızıstanın ölkəmizdəki səfirləri Beybit İsabayevAycigit Buranov, Milli Məclisin deputatı Qənirə Paşayeva, xalq artistləri Siyavuş Kərimi, Rauf Abdullayev, Ağaverdi Paşayev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və İmruz Əfəndiyeva yubilyarı təbrik edərək ona ən xoş arzularını bildiriblər.

Təqdimat mərasimindən sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın dövlət müstəqilliklərinin bərpasının 25-ci ildönümü münasibətilə TÜRKSOY-un təsis etdiyi medallar təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

 

Azərbaycan.- 2017.-15 aprel.- S.6.