Qarabağda bayram ovqatı

 

Baharın Qarabağa builki gəlişi tamam başqadır, daha xoş, daha cazibədardır desək, yanılmarıq. Ötən ilin yazında, dəqiq desək, aprel ayının əvvəllərində Milli Ordumuzun uğurlu əməliyyatlarının yaratdığı xoş ovqat, yüksək döyüş ruhu hələ də könüllərə hakimdir.

Atəşkəsin, demək olar ki, hər gün pozulduğu bu cəbhə bölgəsinin sakinləri qələbənin tezliklə reallaşacağına, uzun illərdən bəri işğal altında qalan torpaqlarımızın ən yaxın zamanda azad ediləcəyinə birmənalı şəkildə inanır, bu yöndə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi müdrik siyasəti müdafiə edir və dəstəkləyirlər. Məhz bu uğurlu siyasət sayəsində zamanın Azərbaycan dövlətinin xeyrinə işləməsi təmin edilmişdir. İndi Ermənistan bütün istiqamətlərdə hər gün bir boy çökür, zəifləyir. Azərbaycan isə sürətlə inkişaf edib yüksəlir və güclənir. Dövlət müstəqilliyinin bərpası yaşı cəmi 25 il olan Azərbaycan hazırda beynəlxalq aləmdə mütləq söz sahibidir. Səsimizə səs verib haqqı tanıyanların, Ermənistanı işğalçı adlandıranların sırası isə gündən-günə genişlənir. Bu gün Azərbaycan beynəlxalq siyasi, iqtisadi tədbirlərə, mötəbər idman yarışlarına uğurla evsahibliyi edir. Ermənistan isə üzləşdiyi siyasi, iqtisadi, hərbi böhranlar burulğanında boğulur...

Budur, dünyanın nəzərləri yenə yurdumuza dikilib. IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi Bakıdan hamı möcüzə gözləyir. Möcüzə isə mütləq olacaq! İslamiadanın möhtəşəm, bənzərsiz açılış-bağlanış mərasimlərinin hər kəsi heyrətləndirəcəyi qətiyyən şübhə doğurmur. Prezident İlham Əliyevin bu sahəyə yönələn qayğı və diqqəti, IV İslam Həmrəyliyi Oyunlarının hazırlanıb keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın zəngin təcrübəsi, yenilməz əzm və iradəsi, yüksək idarəetmə bacarığı nəzərdə tutulan hədəflərə uğurla çatacağımızı şərtləndirir.

Aprelin 5-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti ölkəmizi qarış-qarış dolaşmaqdadır. Naxçıvan, Astara, Şirvan, Sabirabad bölgələrini qət edən su səyahətinin növbəti ünvanı Ağcabədidir. Son illər öz inkişafının əsl intibah dövrünü yaşayan Ağcabədi bu gün füsunkar gözəlliyi ilə göz qamaşdırır. Ağcabədinin mehriban ana kimi qucaq açdığı bu mötəbər tədbir bir el bayramı təəssüratı yaradır. Ümummilli lider Heydər Əliyevin adını daşıyan şəhərin mərkəzi meydanı başdan-başa al-əlvan bahar çiçəklərinə bürünüb.

Qarabağda aprelin 15-i xoş ovqatlı bir yaz səhəri liə açıldı. Ağcabədidən tərpənən avtomobil karvanı “ gölMilli Parkına istiqamət götürdü. Aprelin 5-də Bakıdakı Daş Salnaməsi Muzeyində su təqdimatı mərasimində iştirak edən Ağcabədi şəhər M.F.Axundzadə adına 3 saylı məktəb-liseyin şagirdi Fatimə Şirinova Azərbaycan dəmirçilik ənənəsinə uyğun döyülmüş, misdən hazırlanmış səhəngi “ gölün göz yaşı kimi dupduru suyundan doldurmaq üçün həvəslə bu tarixi məkana yollanır. Onu karate-do idman növü üzrə II dan qara kəmər ustası, respublikanın əməkdar məşqçisi Eldəniz Qəmbərov və karate-do idman növü üzrə dünya çempionatının gümüşbürünc mükafatçısı Adəm Məmmədov müşayiət edirlər.

Xatırladaq ki, nadir təbiət incisi olan göl” xalqımızın milli sərvətidir. 2003-cü il 5 iyul tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə “ göl” Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər genişləndirilib və ona milli park statusu verilib. Eyni zamanda göl” Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahı”sına və Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmişdir. Milli park ərazisində 20-dən çox balıq növü var. Bura quşlarla da  zəngindir.

Balaca Fatimə mis səhəngi “ göl”-ün suyu ilə doldurub geri dönür. Şəhərin mərkəzi meydanında  isə onu hamı səbirsizliklə gözləyirdi. Bölgə bayram ovqatında idi. Hər kəs sevinc, şadlıq içindəydi. Rayonun tanınmış ziyalısı, təqaüdçü Əbülfət Tapdıqov ürəyindən keçənləri dilə gətirdi:

- Bu gün sevincim, qürurum köksümə sığmır. Azərbaycan yenə dünyanın diqqət mərkəzindədir. İslam dünyasının Bakıda bir araya gəlməsi Azərbaycana, onun müdrik və uzaqgörən Prezidenti

İlham Əliyevə olan inamın, hörmət və ehtiramın məntiqi göstəricisidir. Məlumatım var ki, IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkəni təmsil edən 3 mindən çox idmançı 20 idman növündə mübarizə aparacaq. Azərbaycanın üzərinə götürdüyü missiya son dərəcə şərəflidir. Bu gün İslam dünyasının birliyə, qardaşlığa, əməkdaşlığa böyük ehtiyacı var. Bu zəruri birliyin təşkilatçısı olmağımız isə çox qürurvericidir. Prezident İlham Əliyevin yeritdiyi müdrik siyasət alqışa layiqdir. İslam dünyasının birliyindən, əməkdaşlığından qazananlar sırasında biz də olacağıq. Bunun üçün əziyyət çəkməyə, vəsait sərf etməyə dəyər. Erməni məkrini tamamilə iflasa uğratmaq üçün bu gün qardaş köməyinə böyük ehtiyacımız var. İnanıram ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının məntiqi nəticəsi həmin ehtiyacın ödənilməsində mühüm amil olacaq.

Əbülfət müəllim İslam Həmrəyliyi Oyunları üçün suyun rəmz kimi seçilməsini də uğurlu saydığını bildirdi. Dedi ki, İslam aləmində su müqəddəsdir. O, paklıq, təmizlik simvoludur. Eyni zamanda həyatdır.

Günorta saatlarında M.F.Axundzadə adına Ağcabədi şəhər 3 saylı məktəb-liseyin idman zalında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmişDomestic Grassroots” proqramı çərçivəsində maraqlı regional idman tədbiri keçirildi. Yarışda fərqlənənlərə Əməliyyat Komitəsi tərəfindən kuboklar, diplomlar, məlumat kitabçaları və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər verildi.

Axşam isə Heydər Əliyev meydanında “Su festivalı” keçirildi. Qarabağ Muğam Mərkəzinin şagirdlərinin ifasında səslənən “Qarabağ şikəstəsi”ni tamaşaçılar sürəkli alqışlarla qarşıladılar. Paytaxtın incəsənət ustalarının ifa etdikləri mahnılar festivalın xoş ovqatını daha da artırdı. Lazer şousu, atəşfəşanlıq isə coşqu ilə qarşılandı.

 

Lazım QULİYEV,

 

Azərbaycan.- 2017.-16 aprel.- S.6.