“Banklar
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci
bəndini rəhbər tutaraq qərara alır:
“Banklar
haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, N 3, maddə 130;
2005, N 4, maddə 276; 2007, N 5, maddə 401, N 6, maddə 562, N
11, maddə 1070; 2008, N 11, maddə 960; 2009, N 6, maddə 404, N
7, maddə 517; 2010, N 4, maddə
276, N 10, maddə 839; 2011, N 7, maddə 590; 2013, N 7, maddə
790; 2014, N 7, maddə 772, N 12, maddə 1517; 2015, N 11, maddə
1262; 2016, N 6, maddə 975) aşağıdakı dəyişikliklər
edilsin:
1. 1-ci maddə üzrə:
1.1. maddənin birinci
abzasında “Bu” sözündən əvvəl “1.0.” rəqəmləri
əlavə edilsin;
1.2. ikinci-iyirmi
üçüncü abzaslar müvafiq olaraq 1.0.1-1.0.22-ci maddələr
hesab edilsin, 1.0.1-1.0.17-ci və 1.0.19-1.0.22-ci maddələrin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin;
1.3.
1.0.13-cü maddədə “hüquqi şəxslər” sözləri
“hüquqi şəxslər, bazar şərtlərindən əhəmiyyətli
dərəcədə fərqlənən və
açıq-aşkar iqtisadi əsasları olmayan əməliyyatların
aparıldığı şəxslər” sözləri ilə
əvəz edilsin;
1.4.
aşağıdakı məzmunda 1.0.23-1.0.33-cü maddələr
əlavə edilsin:
“1.0.23. Fond - “Əmanətlərin
sığortalanması haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən yaradılmış hüquqi şəxsdir;
1.0.24. Ödəmə
qabiliyyətini itirmiş bank - bu qanunun 57.1.1-57.1.3-cü maddələrində
göstərilən əsaslardan hər hansı birinin və
ya bir neçəsinin müəyyən edildiyi ödəmə
qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi
olan bankdır;
1.0.25. Rezolyusiya
- ödəmə qabiliyyətini itirmiş bankın, o cümlədən
bank holdinq şirkətinin təxirəsalınmadan və
mümkün az məsrəflə maliyyə bazarından kənarlaşdırılması
məqsədi ilə maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən bu qanunun 57.6-cı maddəsində
nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsidir;
1.0.26. Rezolyusiya ilə
bağlı tədbirlər planı - ödəmə qabiliyyətini
itirmiş bankın rezolyusiya metodunu, şərtlərini,
müddətini və iqtisadi əsaslandırmasını
özündə əks etdirən sənəddir;
1.0.27. Körpü
bank - ödəmə qabiliyyətini itirmiş bankın
sağlam aktivlərinin və öhdəliklərinin tam və
ya qismən köçürülməsi və onların
müvəqqəti idarə edilməsi məqsədi ilə
maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
yaradılan və idarə olunan bankdır;
1.0.28. Alıcı bank -
bu qanunla müəyyən edilmiş qaydada ödəmə
qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərini
hərrac yolu ilə əldə edən bankdır;
1.0.29. İnvestor - bu
qanunla müəyyən edilmiş qaydada ödəmə
qabiliyyətini itirmiş bankın və ya körpü bankın
satın alınması üçün maliyyə
bazarlarına nəzarət orqanına müraciət edən
hüquqi və ya fiziki şəxsdir;
1.0.30. Müvəqqəti
inzibatçı - bu qanunda nəzərdə tutulmuş
hallarda maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
təyin edilən, ödəmə qabiliyyətini itirmiş
bankın rezolyusiyası çərçivəsində maliyyə
bazarlarına nəzarət orqanının adından bankın
idarə olunması üzrə bütün səlahiyyətləri,
o cümlədən bank səhmdarlarının ümumi
yığıncağının səlahiyyətlərini həyata
keçirən şəxsdir;
1.0.31. Sağlam aktiv -
maliyyə bazarlarına nəzarət orqanının normativ
xarakterli aktları ilə standart aktiv kimi təsnifləşdirilmiş
aktivdir;
1.0.32. Sistem əhəmiyyətli
bank - maliyyə bazarlarına nəzarət orqanının
normativ xarakterli aktı ilə müəyyən edilən
meyarlara uyğun bankdır;
1.0.33. Bankın
öhdəliklərinin könüllü restrukturizasiyası -
bankın maliyyə vəziyyətinin
yaxşılaşdırılması məqsədi ilə
restrukturizasiya planı (bundan sonra - restrukturizasiya planı) əsasında
həyata keçirilən inzibati, hüquqi, maliyyə, təşkilati-texniki
və digər tədbir və prosedurların məcmusudur.”.
2. 10.2.1-ci maddədə
“il ərzində” sözləri “ildən az olmayan müddətdə”
sözləri ilə, “üç” sözü “iki”
sözü ilə əvəz edilsin;
3. 16.1.18-ci maddənin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 16.1.19-cu və 16.1.20-ci maddələr əlavə
olunsun:
“16.1.19. ödəmə
qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə
bağlı tədbirlər planında nəzərdə
tutulduqda;
16.1.20. bankın
rezolyusiyası ilə bağlı tədbirlər
planının icrası nəzərdə tutulan müddətdə
başa çatdırılmadıqda və ya ödəmə
qabiliyyətinin bərpası ilə bağlı tədbirlər
nəticə vermədikdə.”.
4. 19.1-ci maddədə
“Bank” sözü “Bu qanunun 57-8-ci maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla, bank” sözləri ilə əvəz
edilsin.
5. 34.5-ci maddəyə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
“Maliyyə
bazarlarına nəzarət orqanı sistem əhəmiyyətli
banklara münasibətdə banklar üçün bu qanunun
34.2-ci maddəsinə əsasən müəyyən
edilmiş normativ və tələblərdən fərqli
normativlər və tələblər müəyyən etmək
hüququna malikdir.”.
6. VII fəsil ləğv
edilsin.
7. VIII fəsil
aşağıdakı redaksiyada verilsin:
“VIII
fəsil
ÖDƏMƏ
QABİLİYYƏTİNİ İTİRMİŞ BANKIN
REZOLYUSİYASI
Maddə
57. Ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti
inzibatçı təyin edilməsi
57.1. Aşağıdakı
əsaslardan hər hansı birinin və ya bir neçəsinin
müəyyən edildiyi hallarda maliyyə bazarlarına nəzarət
orqanı ödəmə qabiliyyətinin itirilməsi ilə əlaqədar
banka müvəqqəti inzibatçının təyin edilməsi
barədə qərar qəbul edir:
57.1.1. bankın məcmu
kapitalının miqdarı maliyyə bazarlarına nəzarət
orqanının banklar üçün müəyyən etdiyi
məcmu kapitalın minimum miqdarının 25 faizinə və
ya onun adekvatlıq əmsalı 3 faizə çatdıqda;
57.1.2.
bu qanunun 57-11-ci maddəsində müəyyən edilmiş
hallar istisna olmaqla, bank hər hansı öhdəliyi üzrə
ödənişlərin icrasını təmin edə bilmədikdə
və ya icra müddəti bitməkdə olan öhdəliklərinin
icrası üçün yetərli miqdarda likvid vəsaitə
malik olmadıqda;
57.1.3. bank lisenziyası bu
qanunla müəyyən edilmiş digər əsaslar üzrə
ləğv edilməli olduqda.
57.2. Bank bu qanunun 47.5-ci,
48.1-ci və 49.2-ci maddələrinin tələblərini yerinə
yetirmədikdə maliyyə bazarlarına nəzarət
orqanı həmin banka müvəqqəti inzibatçı təyin
etmək hüququna malikdir.
57.3. Banka
müvəqqəti inzibatçı təyin edilməsi
haqqında maliyyə bazarlarına nəzarət
orqanının qərarı bankın prudensial hesabatlarına,
bankda aparılmış yoxlamanın nəticələrinə
dair hesabata və ya kənar audit hesabatlarına istinad edilməklə
əsaslandırılır. Müvəqqəti
inzibatçının təyin edilməsi və ya təyinolunma
müddətinin uzadılması barədə qərarda onun
haqqında məlumatlar və səlahiyyət müddəti
göstərilir. Maliyyə bazarlarına nəzarət
orqanı ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti
inzibatçının təyin edilməsi barədə qərar
qəbul etdiyi gün öz işçiləri
sırasından və ya kənar şəxslərdən
(fiziki və (və ya) hüquqi şəxslərdən) banka
müvəqqəti inzibatçı təyin edir və həmin
gündən bankın rezolyusiyası prosesinə
başlayır. Maliyyə bazarlarına nəzarət orqanı
müvəqqəti inzibatçının təyin edilməsi
barədə qərarı qəbul etdikdən sonra dərhal
bankın Müşahidə Şurasının və İdarə
Heyətinin sədrlərinə təqdim olunmasını təmin
edir.
57.4. Banka müvəqqəti
inzibatçı təyin edildiyi gündən:
57.4.1. bankın idarə
olunması üzrə bütün səlahiyyətlər, o
cümlədən bank səhmdarlarının ümumi
yığıncağının səlahiyyətləri
dayandırılır;
57.4.2. bankın idarə
olunması üzrə bütün səlahiyyətlər, o
cümlədən bank səhmdarlarının ümumi
yığıncağının səlahiyyətləri
müvəqqəti inzibatçıya keçir.
57.5. Müvəqqəti
inzibatçı təyin edildiyi gündən sonrakı
gündən başlayaraq ən geci 30 təqvim günü
müddətində rezolyusiya metodunu, şərtlərini,
iqtisadi əsaslandırmasını və müddətlərini
özündə əks etdirən tədbirlər
planını ödəmə qabiliyyətini itirmiş
bankın maliyyə göstəricilərinə əsasən
hazırlayıb maliyyə bazarlarına nəzarət
orqanına təqdim edir.
57.6. Ödəmə
qabiliyyətini itirmiş bank ən geci 9 ayadək müddətə
müvəqqəti inzibatçı tərəfindən idarə
olunur. Bu müddət maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən 3 ayadək müddətə
uzadıla bilər. Bu müddətdə maliyyə
bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətini
itirmiş bankın rezolyusiyası ilə bağlı
aşağıdakı tədbirləri həyata keçirir:
57.6.1. ödəmə
qabiliyyətini itirmiş bankın sağlam banka
qoşulmasını;
57.6.2. ödəmə
qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin
tam və ya qismən alıcı banka köçürülməsini;
57.6.3. körpü
bankın yaradılmasını, ödəmə qabiliyyətini
itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin
körpü banka köçürülməsini və
körpü bankın investora satılmasını;
57.6.4. ödəmə
qabiliyyətini itirmiş bankın investora
satılmasını;
57.6.5. ödəmə
qabiliyyətini itirmiş bankın ləğvini.
57.7. Müvəqqəti
inzibatçı bankın kreditorlarının bankın
rezolyusiyası çərçivəsində əldə edəcəyi
vəsaitin bankın ləğv ediləcəyi halda əldə
edəcəyi vəsaitdən az olmamasını təmin etməlidir.
57.8. Banka
müvəqqəti inzibatçı təyin olunduğu
dövrdə bankın aktivlərinin və maliyyə vəziyyətinin
qiymətləndirilməsi, habelə aktivlərin dəyərinin
aşağı düşməsinin qarşısını
almaq məqsədi ilə maliyyə bazarlarına nəzarət
orqanının ərizəsi ilə məhkəmə hüquqi
və fiziki şəxslərin bankdakı depozitləri və
bankın digər öhdəlikləri üzrə ödənişləri
tamamilə və ya qismən dayandıra (moratorium tətbiq
edilə) bilər.
Maddə
57-1. Bankın müvəqqəti inzibatçı tərəfindən
idarə edilməsi
57-1.1. Müvəqqəti
inzibatçı bu qanunla bank inzibatçıları
üçün müəyyən edilmiş tələblərə
cavab verməlidir.
57-1.2. Ödəmə
qabiliyyətini itirmiş banka aidiyyəti olan şəxslər,
bankın səhmdarları, kreditorları və borcluları
müvəqqəti inzibatçı təyin edilə bilməzlər.
Bu kimi halların mövcudluğu müvəqqəti
inzibatçı təyin olunduqdan sonra aşkar olunarsa,
inzibatçının fəaliyyətinə xitam verilir.
57-1.3. Bankın idarə
edilməsi ilə bağlı bütün xərclər
bankın vəsaiti hesabına həyata keçirilir. Bankın idarə edilməsi üçün
bankın öz vəsaiti olmadıqda, bankın idarə edilməsi
maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
təsdiq edilmiş xərclər smetası əsasında
maliyyə bazarlarına nəzarət orqanının vəsaiti
hesabına həyata keçirilir. İdarə edilməsi
üçün kifayət qədər vəsaiti olmayan
bankın rezolyusiyası 3 ay müddətində başa
çatdırılmalıdır.
Maddə
57-2. Müvəqqəti inzibatçının bankın idarə
edilməsi ilə bağlı səlahiyyətləri
57-2.1. Banka
müvəqqəti inzibatçı təyin edilməsi barədə
maliyyə bazarlarına nəzarət orqanının qərarı
banka təqdim edildiyi gündən idarəetmə orqanları
bankın möhürlərini, ştamplarını,
bütün əmlakını, mühasibat kitablarını və
digər sənədlərini müvəqqəti inzibatçıya
təhvil verməli və bankın fəaliyyəti ilə
bağlı zəruri olan məlumatları təqdim etməlidir.
57-2.2. Maliyyə
bazarlarına nəzarət orqanının müraciəti ilə
müvafiq icra hakimiyyəti orqanı müvəqqəti
inzibatçının bankın binasına daxil
olmasını, bankın aktivlərini, mühasibat
kitablarını və yazılarını idarəetməyə
qəbul etməsini və onların qorunmasını təmin
etməlidir.
57-2.3. Müvəqqəti
inzibatçının təyin olunduğu gündən
bankın idarəetmə orqanları tərəfindən
imzalanmış əqdlər və həyata keçirdiyi əməliyyatlar
hüquqi qüvvəyə malik olmur və etibarsız hesab
olunur. Müvəqqəti inzibatçı bankın
bütün idarəetmə orqanlarının səlahiyyətlərini
həyata keçirməklə yanaşı,
aşağıdakı tədbirləri görür:
57-2.3.1. bankın əmlakının
və sənədlərinin qorunması üçün tədbirlər
görür;
57-2.3.2. bankın
kreditorlarını və onların qarşısında
bankın pul öhdəliklərinin miqdarını müəyyən
edir;
57-2.3.3. bankın
qarşısında olan borcların qaytarılması
üçün tədbirlər görür;
57-2.3.4. bankın
adından müqavilələr və sənədlər
imzalayır;
57-2.3.5.
kredit müqavilələri də daxil olmaqla, bankın
maraqlarına aşkar şəkildə zidd olan şərtlərlə
bağlanılması nəticəsində bankın maliyyə
vəziyyətinin pisləşməsinə səbəb
olmuş müqavilə öhdəliklərinin icrasından
imtina və həmin müqavilələrin ləğvi
üçün Azərbaycan Respublikasının
Mülki Məcəlləsində müəyyən edilmiş
qaydada tədbirlər görür;
57-2.3.6.
bankın maliyyə dayanıqlılığına xələl
gətirdiyi halda bankın investisiya qoyuluşunu nəzərdə
tutan müqavilələrinin Azərbaycan Respublikasının
Mülki Məcəlləsində müəyyən edilmiş
qaydada ləğvi və ya onlara əlavə və dəyişikliklər
edilməsi üzrə tədbirlər
görür;
57-2.3.7.
aktivlərin keyfiyyətinin pisləşməsinin
qarşısını almaq tələb olunduqda bank tərəfindən
verilmiş kreditlərin restrukturizasiyasını (kreditin
ödəmə müddətinin uzadılması, faizlərin
azaldılması və ya ləğv edilməsi, ümidsiz
borcların silinməsi) həyata keçirir;
57-2.3.8. bankın fəaliyyətinin
auditini və hüquqi sənədlərinin
ekspertizasını təşkil edir;
57-2.3.9.
bu qanunun 57-10-cu maddəsində nəzərdə tutulmuş tədbirləri
görür, bankın ödəmə qabiliyyətinin itirilməsinə
gətirib çıxaran halları araşdırır, bu kimi
halların baş verməsində şübhəli bilinən
şəxslərin məsuliyyətə cəlb edilməsi
üçün aidiyyəti orqanlara müraciət edir,
banka dəymiş zərərin ödənilməsi
üçün məhkəmədə iddia qaldırır;
57-2.3.10.
bankda və onun yaratdığı törəmə hüquqi
şəxslərdə işdən azad edilmə, əmək
şəraitinin şərtlərinin dəyişdirilməsi,
aşağı vəzifəyə keçirilmə, müvəqqəti
vəzifədən kənarlaşdırma, işçilər
arasında vəzifə bölgüsü də daxil olmaqla, əmrlər
verir;
57-2.3.11. bankın xərclərinin
azaldılması istiqamətində tədbirlər
görür;
57-2.3.12. maliyyə
bazarlarına nəzarət orqanının
razılığı ilə bankın idarə edilməsinə
başqa şəxsləri, o cümlədən bankın
inzibatçılarını və əməkdaşlarını
cəlb edir;
57-2.3.13. mənfəətin
bölüşdürülməsini və dividendlərin
ödənilməsini dayandırır;
57-2.3.14. ödəmə
qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə
bağlı tədbirlər planının layihəsini
hazırlayıb maliyyə bazarlarına nəzarət
orqanına təqdim edir;
57-2.3.15. ödəmə
qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə
bağlı tədbirlər planının yerinə yetirilməsi
üçün işlər görür;
57-2.3.16. öz fəaliyyəti
və bankın rezolyusiyası ilə bağlı tədbirlər
planının icrası barədə ayda bir dəfə maliyyə
bazarlarına nəzarət orqanına hesabat verir.
57-2.4. Bankın maliyyə
vəziyyətinin yaxşılaşdırılması,
itirilmiş kapitalının bərpası və likvidliyinin təmin
edilməsi məqsədi ilə müvəqqəti
inzibatçı həmçinin aşağıdakı səlahiyyətləri
həyata keçirir:
57-2.4.1.
bankın rezolyusiyası ilə bağlı tədbirlər
planının hazırlanması çərçivəsində
bankın aktivlərinin və öhdəliklərinin həcmini
müəyyən edir, yenilənmiş balans hesabatını
hazırlayır, məcmu kapitalını yenidən qiymətləndirir
və bankın kapital kəsirini müəyyən edir;
57-2.4.2. bankın
kapitalının artırılması üçün:
57-2.4.2.1. nizamnamə
kapitalındakı payının artırılması
müqabilində bankın mühüm iştirak payına
malik səhmdarlarına məxsus olan, bankın
çatışmayan kapitalı həcmində bankda
saxlanılan əmanətlərini nizamnamə kapitalına
daxil edir;
57-2.4.2.2. nizamnamə
kapitalındakı payının artırılması
müqabilində bankın mühüm iştirak payına
malik səhmdarlarının banka bilavasitə və ya
dolayı olaraq verdiyi subordinasiya borc öhdəliklərini
ikinci dərəcəli kapitaldan nizamnamə kapitalına daxil
edir;
57-2.4.3. bankın
yaratdığı törəmə hüquqi şəxslərdəki
payını (onun bir hissəsini), mülkiyyətində olan
daşınmaz əmlakı və digər aktivləri
satır və ya girov qoyur.
Maddə
57-3. Ödəmə qabiliyyətini itirmiş bankın aktivlərinin
pisləşməsinin və mümkün zərərin
qarşısının alınması üzrə tədbirlər
57-3.1. Müvəqqəti
inzibatçı bankın əmlakının və sənədlərinin
mühafizəsi və qorunması üçün tədbirlər
görməlidir. Müvəqqəti inzibatçı təyin
edildiyi gündən 30 təqvim günü ərzində
bankın aktiv və öhdəliklərinin
inventarizasiyasını aparmalı və bankın yenilənmiş
balans hesabatını hazırlamalıdır.
57-3.2. Təyin
oldunduğu gündən 45 təqvim günü ərzində
müvəqqəti inzibatçı bankın maliyyə vəziyyətinin
pisləşməsinə səbəb olan halların, o
cümlədən aşağıdakı halların müəyyən
edilməsi üçün bankın son 2 il ərzində
bağlamış olduğu müqavilələri,
sazişləri, habelə həyata keçirdiyi əməliyyatları
təhlil edir:
57-3.2.1. bankın əmlakının
bazar şərtlərindən əhəmiyyətli dərəcədə
aşağı şərtlərlə və qiymətlə
özgəninkiləşdirilməsini və ya istifadəyə
verilməsini;
57-3.2.2. normal bazar şəraitində
tətbiq edilməyən güzəştlərin kredit
müqavilələri ilə müştəriyə verilməsini;
57-3.2.3. kredit və ya digər
müqavilələrin bankın aktivlərinin ələ
keçirilməsi məqsədi ilə bağlanmasını;
57-3.2.4. bankın bəzi
kreditorlara imtiyazlar və güzəştlər verən
ödənişlərlə və ya əmlakla bağlı əqdlər
bağlamasını;
57-3.2.5. banka aidiyyəti
olan şəxslərlə qanunvericiliyin tələblərini
pozan və ya bankın əmanətçilərinin və
kreditorlarının maraqlarına təhlükə yaradan
müqavilələrin bağlanmasını;
57-3.2.6.
bağlanmış müqavilələr əsasında əmlakı,
malları və xidmətləri onların real dəyərindən
əhəmiyyətli dərəcədə yuxarı qiymətə
bankın satın almasını;
57-3.2.7. kreditlərin təminatı
kimi çıxış edən əmlakın dəyərinin
şişirdilməsini.
57-3.3. Bu qanunun 57-3.2-ci
maddəsində nəzərdə tutulmuş müqavilələr
etibarsız hesab olunur. Müvəqqəti inzibatçı
qeyd olunan müqavilələr əsasında bankın əldən
çıxmış aktivlərinin geri qaytarılması,
habelə banka dəymiş zərərin ödənilməsi
üçün qanunvericiliklə müəyyən edilmiş
tədbirlər görür.
57-3.4. Müvəqqəti
inzibatçının bankın idarəedilməsi ilə
bağlı bu qanun çərçivəsində qəbul
etdiyi qərarlarından maraqlı şəxslər inzibati
qaydada və məhkəməyə şikayət verə bilər.
Maddə
57-4. Müvəqqəti inzibatçının fəaliyyətinə
nəzarət
57-4.1. Maliyyə
bazarlarına nəzarət orqanı müvəqqəti
inzibatçının fəaliyyətinə nəzarəti
aşağıdakı qaydada həyata keçirir:
57-4.1.1. müvəqqəti
inzibatçının fəaliyyəti barədə məlumat
tələb edir və hesabat alır;
57-4.1.2. müvəqqəti
inzibatçıya bankın idarə edilməsi və
bankın rezolyusiyası ilə bağlı tədbirlər
planının icrası ilə əlaqədar tövsiyələr
və yazılı şəkildə icrası məcburi
göstərişlər verir;
57-4.1.3. müvəqqəti
inzibatçının təyinat müddətinin
uzadılması barədə qərar qəbul edir;
57-4.1.4. müvəqqəti
inzibatçının bankın idarəedilməsi ilə
bağlı bu qanun çərçivəsində qəbul
etdiyi qərarlarından maraqlı şəxslərin verdiyi
şikayətlərə baxır.
57-4.2. Müvəqqəti
inzibatçının fəaliyyətinə
maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
aşağıdakı hallarda xitam verilir:
57-4.2.1. müvəqqəti
inzibatçının təyinat
müddəti bitdikdə;
57-4.2.2. bu qanunun
57-4.3-cü maddəsində nəzərdə tutulmuş
hallarda, müvəqqəti inzibatçının fəaliyyətinə vaxtından əvvəl
xitam verildikdə;
57-4.2.3. ödəmə
qabiliyyətini itirmiş bank məcburi ləğv edildikdə
və ya müflis elan olunduqda;
57-4.2.4. ödəmə
qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə
bağlı tədbirlər planının icrası başa
çatdırıldıqda.
57-4.3.
Ödəmə qabiliyyətini itirmiş bankın
rezolyusiyası ilə bağlı tədbirlər
planının icrası nəzərdə tutulan müddətdə
başa çatdırılmadıqda və ya ödəmə
qabiliyyətinin bərpası ilə bağlı tədbirlər
nəticə vermədikdə, maliyyə bazarlarına nəzarət
orqanı müvəqqəti
inzibatçının fəaliyyətinə vaxtından əvvəl
xitam verilməsi və bankın lisenziyasının ləğvi
barədə qərar qəbul edir.
57-4.4. Müvəqqəti
inzibatçının fəaliyyətinə xitam verildikdən
sonra o, yekun hesabatı 30 gün müddətində
hazırlayıb maliyyə bazarlarına nəzarət
orqanına təqdim edir.
Maddə 57-5. Ödəmə
qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər
planı
57-5.1. Müvəqqəti
inzibatçının təqdim etdiyi gündən 15 təqvim
günü ərzində maliyyə bazarlarına nəzarət
orqanı ödəmə qabiliyyətini itirmiş bankın
rezolyusiyası ilə bağlı tədbirlər
planını təsdiq etməlidir. Bu müddət maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən 15 təqvim
gününədək uzadıla bilər.
57-5.2. Tədbirlər
planının layihəsi müvəqqəti inzibatçı
tərəfindən minimum itkinin hesablanması prinsipi ilə
müvafiq təhlillər və hesablamalar aparılmaqla
hazırlanır.
57-5.3. Tədbirlər
planı ödəmə qabiliyyətini itirmiş bankın
aktiv və öhdəliklərinin inventarizasiyasının nəticələri
və bankın maliyyə və əmlak vəziyyətinin qiymətləndirilməsi
əsasında müəyyən edilmiş bu qanunun 57.6-cı
maddəsində nəzərdə tutulmuş tədbirlərdən
hər hansı biri ilə bankın ödəmə
qabiliyyətinin bərpası və ya ləğvi
üçün müvafiq tədbirləri özündə əks
etdirməlidir.
57-5.4. Tədbirlər
planına xüsusilə aşağıdakılar daxil edilir:
57-5.4.1.
ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiya tədbiri
kimi itkilər və xərclər baxımından daha sərfəli
olan bu qanunun 57.6-cı maddəsində göstərilmiş tədbirlərdən
hər hansı birinin seçilməsi üçün xərclərin
əsaslandırılması və onların müqayisəli
təhlili (bu cür təhlilin aparılması
qaydaları və metodologiyası maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən müəyyən edilir);
57-5.4.2. bankın
rezolyusiyası zamanı proses iştirakçıları,
bankın əmanətçiləri və digər kreditorları
ilə münasibətlərin tənzimlənməsinin
üsul, qayda və şərtləri;
57-5.4.3. alıcı
bankın və investorun seçilməsi üçün hərracın
şərtləri;
57-5.4.4. tədbirlər
planının həyata keçirilməsi üçün
müddət;
57-5.4.5. bankın ləğvi
zamanı satıla bilən aktivlərin qiymətləndirilmiş
dəyəri.
57-5.5. Tədbirlər
planı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
təsdiq edildikdən sonra bankın müvəqqəti idarə
edilməsi və (və ya) ləğv edilməsi bu plan əsasında
həyata keçirilir. Maliyyə bazarlarına nəzarət
orqanı tədbirlər planına əlavə və dəyişikliklər
etmək səlahiyyətinə malikdir.
Maddə
57-6. Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və
öhdəliklərinin alıcı banka
köçürülməsi
57-6.1. Tədbirlər
planına uyğun olaraq müvəqqəti inzibatçı
ödəmə qabiliyyətini itirmiş bankın aktiv və
öhdəliklərinin bu qanunda nəzərdə tutulan qaydada
alıcı banka köçürülməsini təmin etməlidir.
Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və
öhdəliklərini qəbul etmək istəyən
alıcı bank sağlam bank olmalıdır. Alıcı
bankın sağlam bank olmasının müəyyən edilməsi
üçün alıcı bankın maliyyə vəziyyəti,
idarəetmə sistemi, əmanətçilər və
kreditorlar qarşısında öhdəliklərini yerinə
yetirmə qabiliyyətinin olması, prudensial tələbləri
yerinə yetirməsi, habelə aktivlərin
köçürülməsinin bank sistemində
yaradacağı risklər maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən qiymətləndirilir. Qiymətləndirmə
nəticəsində maliyyə bazarlarına nəzarət
orqanının müsbət rəyini almış
alıcı bank bu qanunun 57-6.3-cü maddəsində nəzərdə
tutulmuş hərracda iştirak edə bilər.
57-6.2. Müvəqqəti
inzibatçı köçürüləcək aktiv və
öhdəliklərin reyestrini tərtib edir. Aktiv və öhdəliklərin
köçürülməsi zamanı müvəqqəti
inzibatçı kreditorların bu qanunun 82-ci maddəsi ilə
müəyyən edilmiş növbəliliyinə uyğun
olaraq, bütün kreditorlarla bərabər və vicdanla
davranmalıdır.
57-6.3. Alıcı bank
maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
müəyyən edilən qaydalara uyğun olaraq keçirilən
hərrac yolu ilə seçilir. Hərrac nəticəsində
seçilmiş alıcı bankla bağlanan müqavilədə
həmin bankın ödəmə qabiliyyətini itirmiş
bankın aktiv və öhdəliklərini qəbul etməsi
barədə yazılı öhdəliyi əks
olunmalıdır.
57-6.4. Ödəmə
qabiliyyətini itirmiş bankın öhdəlikləri
onların balans dəyərində alıcı bankla
bağlanılan borcların ötürülməsi
haqqında müqavilə əsasında
köçürülür. Borcların ötürülməsi
haqqında müqavilənin bağlanması üçün
kreditorların razılığı, eləcə də
ödəmə qabiliyyətini itirmiş bankın
kreditorları ilə bağlanmış müqavilələrdə
əlavə və dəyişikliklərin edilməsi tələb
olunmur. Alıcı bank kreditorlara münasibətdə borclunun
bütün hüquq və vəzifələrini əldə
edir.
57-6.5.
Ödəmə qabiliyyətini itirmiş bankın aktivləri
qüvvədə olan əqdlər və qiymətli
kağızlarla bağlı müqavilələr əsas
götürülməklə, alıcı bankla bağlanan tələbin
güzəşti və qiymətli kağızlara
hüquqların ötürülməsi haqqında müqavilə
əsasında köçürülür. Bu cür
müqavilənin bağlanması üçün
borcluların razılığı tələb olunmur.
Alıcı bank ona ötürülmüş tələblər
və qiymətli kağızlar üzrə hüquqlarla
bağlı borclulara münasibətdə kreditorun
bütün hüquq və vəzifələrini əldə
edir. Müvafiq borclularla ödəmə qabiliyyətini
itirmiş bank arasında bağlanmış müqavilələrə
əlavə və dəyişikliklərin edilməsi tələb
olunmur.
57-6.6. Bu qanunun
57-6.4-cü və 57-6.5-ci maddələrində qeyd olunan
müqavilələr bir sənəd kimi (qarışıq
müqavilə) tərtib oluna bilər.
57-6.7. Müvəqqəti
inzibatçı ödəmə qabiliyyətini itirmiş
bankın aktiv və öhdəliklərinin digər banka
köçürülməsi barədə borcluları və
kreditorları müvafiq müqavilələr
bağlandığı vaxtdan 5 gün müddətində məlumatlandırmalıdır.
57-6.8. Aktiv
və öhdəliklərin alıcı banka
köçürülməsinin başa
çatdığı gün maliyyə bazarlarına nəzarət
orqanı ödəmə qabiliyyətini itirmiş bankın
bank lisenziyasının ləğvi barədə qərar qəbul
edir və bu qanunun 59.1-ci maddəsində nəzərdə
tutulmuş halda məhkəməyə müraciət
edir.
Maddə
57-7. Ödəmə qabiliyyətini itirmiş bankın
satılması və sağlam banka qoşulması
57-7.1. Müvəqqəti
inzibatçı bankın rezolyusiyası ilə bağlı tədbirlər
planına uyğun olaraq ödəmə qabiliyyətini
itirmiş bankı məhkəmənin qərarı ilə təsdiq
edilməklə investora satır.
57-7.2. İnvestor maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən
müəyyən edilən tələblərə cavab verməlidir.
57-7.3. Bankın
rezolyusiyası ilə bağlı tədbirlər planında
ödəmə qabiliyyətini itirmiş bankın investora
satılmasının məhkəmə qərarı ilə təsdiq
edildiyi gündən başlayaraq:
57-7.3.1. müvəqqəti
inzibatçı ödəmə qabiliyyətini itirmiş
bankın səhmdarları adından səhmlər barəsində
sərəncam vermək hüquqlarını əldə edir;
57-7.3.2.
ödəmə qabiliyyətini itirmiş bankın məcmu
kapitalı nizamnamə kapitalından az olduğu halda, müvəqqəti
inzibatçı bankın səhmlərinin yeni nominal dəyərinin
müəyyən edilməsi və bankın nizamnamə
kapitalının müvafiq həcmdə azaldılması barədə
qərar qəbul edir. Bankın kapitalı itirildiyi
halda, bankın nizamnamə kapitalının dəyəri şərti
maliyyə vahidinə endirilir;
57-7.3.3. bankın səhmdarlarına
səhmlər barədə istənilən formada sərəncam
verilməsi, xüsusilə onların özgəninkiləşdirilməsi,
yüklü edilməsi və ya vəkalətli idarəetməyə
verilməsi qadağan olunur. Səhmlərin bu cür
yüklülüyü barədə məlumat maliyyə
bazarlarına nəzarət orqanının müraciəti əsasında
qiymətli kağız mülkiyyətçilərinin
reyestrində qeydə alınır.
57-7.4. Ödəmə
qabiliyyətini itirmiş bankın satış qiyməti maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən
müəyyən olunmuş qaydalara uyğun olaraq keçirilən
hərrac yolu ilə müəyyən olunur. Hərracın nəticələri
ödəmə qabiliyyətini itirmiş bankın daha az məsrəflə
və itkilərlə ödəmə qabiliyyətinin bərpasına
imkan verməlidir. Müvəqqəti inzibatçı ödəmə
qabiliyyətini itirmiş bankı hərrac yolu ilə
seçilmiş investora satır.
57-7.5. Ödəmə
qabiliyyətini itirmiş bankın investora satışı
bankın səhmlərinin satın alınması müqaviləsi
əsasında həyata keçirilir.
57-7.6. Satınalma
müqaviləsi ilə aşağıdakılar təmin olunmalıdır:
57-7.6.1. ödəmə
qabiliyyətini itirmiş bankın müəyyən vaxt
çərçivəsində banklar üçün müəyyən
edilmiş prudensial tələblərə
uyğunlaşdırılması barədə investorun öhdəliyi;
57-7.6.2. investorun bankın
kapitallaşdırılması və (və ya) ödəmə
qabiliyyətinin bərpa edilməsi, o cümlədən bank əməliyyatlarının
sabitləşdirilməsi üzrə öhdəliyini icra edə
bilmədiyi halda müqavilənin ləğv edilməsi şərtləri.
57-7.7. Müvəqqəti
inzibatçı və investor arasında
bağlanılmış səhmlərin satınalma müqaviləsi
səhmlər üzrə hüquqların investorun adına
qiymətli kağız mülkiyyətçilərinin
reyestrində qeydə alınması üçün əsas
sayılır.
57-7.8. Ödəmə
qabiliyyətini itirmiş bankın digər sağlam banka
qoşulması bankın bu qanunun 57-7-ci maddəsində nəzərdə
tutulmuş qaydada investor olan banka satışı formasında
həyata keçirilir.
Maddə
57-8. Körpü bankın yaradılması və
satışının həyata keçirilməsi
57-8.1. Bankın
rezolyusiyası ilə bağlı tədbirlər planına
uyğun olaraq, maliyyə bazarlarına nəzarət orqanı
ödəmə qabiliyyətini itirmiş bir və ya bir neçə
bankın aktiv və öhdəliklərinin tam və ya qismən
köçürülməsi və onların müvəqqəti
idarə edilməsi məqsədi ilə körpü
bankın yaradılması barədə qərar qəbul edir.
57-8.2. Maliyyə
bazarlarına nəzarət orqanı körpü bankın təsisçisi
və yeganə səhmdarı hesab olunur. Körpü
bankın fəaliyyəti maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən qəbul edilən qaydalarla tənzimlənir.
Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
digər banklar üçün müəyyən edilmiş
normativlər, habelə Mərkəzi Bank tərəfindən
pul siyasətinin həyata keçirilməsi aləti kimi
banklara tətbiq olunan məcburi ehtiyatların
saxlanılması tələbi körpü banka şamil
edilmir.
57-8.3. Körpü
bankın yaradılması, səhmlərinin
buraxılışı və qeydiyyatı, körpü banka
bank lisenziyasının verilməsinin xüsusi sadələşdirilmiş
proseduru maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
müəyyən edilir.
57-8.4. Körpü
bankın investora satışı maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən müəyyən edilmiş
qaydalara uyğun olaraq keçirilən hərrac yolu ilə həyata
keçirilir. Körpü bankın idarəetmə
orqanlarının səlahiyyətlərini müvəqqəti
inzibatçı həyata keçirir və investora
satılana kimi körpü bank müvəqqəti
inzibatçı tərəfindən idarə olunur.
57-8.5. Körpü
bankın satışı üçün
başlanğıc qiymət maliyyə bazarlarına nəzarət
orqanının qəbul etdiyi metodologiyaya uyğun olaraq müəyyən
olunur. Körpü bankın satın
alınması üçün ən yüksək qiymət təklif
etmiş və körpü bankın
müəyyən vaxt çərçivəsində
banklar üçün müəyyən edilmiş prudensial tələblərə
uyğunlaşdırılması və ya mövcud sağlam
banklardan birinə qoşulması barədə öhdəlik
götürmüş investor hərracın qalibi hesab olunur.
57-8.6. Öhdəliklərin
yerinə yetirilməsi zamanı maliyyə bazarlarına nəzarət
orqanı kreditorların bu qanunun 82-ci maddəsi ilə müəyyən
edilmiş növbəliliyinə uyğun olaraq, bütün
kreditorlarla bərabər və vicdanla davranmalıdır.
57-8.7. Körpü
bank köçürülmüş aktivlərlə
bağlı bütün hüquqları (girov müqavilələri
ilə bağlı hüquqlar da daxil olmaqla) əldə edir və
köçürülmüş öhdəliklər üzrə
ödəmə qabiliyyətini itirmiş bankın
kreditorlarına münasibətdə borclunun bütün
hüquq və vəzifələrini əvvəl
bağlanılmış müqavilələrə əlavə
və dəyişikliklər edilmədən qəbul edir.
57-8.8. Hərracın
qalibi elan olunması barədə yazılı bildiriş
investora təqdim edildiyi gündən 7 təqvim günü ərzində
maliyyə bazarlarına nəzarət orqanı ilə investor arasında
körpü bankın səhmlərinin
satınalınmasına dair müqavilə
bağlanılır. Bu müqavilə körpü
bankın səhmləri üzrə hüquqların investorun
adına qiymətli kağız mülkiyyətçilərinin
reyestrində qeydə alınması üçün əsas
sayılır.
57-8.9. Satınalma
müqaviləsində investorun körpü bankı müqavilədə
müəyyən edilən, lakin 3 aydan çox olmayan müddətdə
banklar üçün müəyyən edilmiş prudensial tələblərə
uyğunlaşdırması və ya mövcud sağlam
banklardan birinə qoşulması barədə öhdəliyi əks
olunmalıdır. Körpü bankın
satışından əldə edilmiş vəsait ödəmə
qabiliyyətini itirmiş bankın kreditorlarının tələblərinin
ödənilməsinə yönəldilir.
57-8.10. Satınalma
müqaviləsinin bütün şərtləri investor tərəfindən
icra olunduğu halda, bank körpü bank statusunu itirir.
Körpü bank statusunun itirilməsindən 3 ay sonra maliyyə
bazarlarına nəzarət orqanı banklar üçün
müəyyən edilən normativlərin yerinə yetirilməsini
müəyyən etmək üçün bankda yoxlamalar
aparır.
57-8.11. Körpü bank
statusunun itirildiyi gündən 3 iş günü ərzində
maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti
inzibatçının fəaliyyətinə xitam verilməsi
barədə qərar qəbul edir.
57-8.12.
Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və
öhdəliklərinin körpü banka
köçürülməsinin tamamlandığı gün
maliyyə bazarlarına nəzarət orqanı ödəmə
qabiliyyətini itirmiş bankın bank lisenziyasının ləğvi
barədə qərar qəbul edir və bu qanunun 59.1-ci maddəsində
nəzərdə tutulmuş halda məhkəməyə
müraciət edir.
57-8.13. Təsis
olunduğu gündən 6 ay ərzində maliyyə
bazarlarına nəzarət orqanı körpü bankın
investora satışını təmin etməlidir. Bu müddət
maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə 3 aydan çox
olmayan müddətə uzadıla bilər. Körpü bank
statusu itirilənə qədər maliyyə bazarlarına nəzarət
orqanı körpü bankın
fəaliyyətinə nəzarəti həyata keçirir.
57-8.14. Körpü
bank bu qanunun 57-8.13-cü maddəsində nəzərdə
tutulan müddətlərdə satıla bilmədikdə, bu məqsədlə
müəyyən edilən müddətin başa çatmasından
ən geci sonrakı gün maliyyə bazarlarına nəzarət
orqanı körpü bankın bank lisenziyasının ləğvi
və məcburi ləğvi üçün müvafiq
tədbirlər görməlidir.
Maddə 57-9. Sistem əhəmiyyətli
bankların ödəmə qabiliyyətinin bərpasında
dövlətin iştirakı
57-9.1. Dövlət vəsaitləri
cəlb edilməklə sistem əhəmiyyətli bank barəsində
maliyyə sağlamlaşdırılması tədbirləri həyata
keçirilə bilər.
57-9.2. Bankın sistem əhəmiyyətli
bank kimi qiymətləndirilməsi meyarları Mərkəzi
Bank və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla
maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
müəyyən olunur.
57-9.3.
Ödəmə qabiliyyətini itirmiş bank maliyyə
bazarlarına nəzarət orqanının sistem əhəmiyyətli
banka münasibətdə müəyyən etdiyi meyarlara
uyğun olduqda, maliyyə bazarlarına nəzarət orqanı
bankın maliyyə sağlamlaşdırılması ilə
bağlı tədbirlər planını hazırlayır.
57-9.4. Tədbirlər
planının layihəsi maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən
bankın sağlamlaşdırılması
üçün ayrılacaq ən az həcmdə dövlət
vəsaiti və minimum itkinin hesablanması prinsipi ilə
müvafiq təhlillər aparılmaqla hazırlanır.
57-9.5. Tədbirlər
planı ödəmə qabiliyyətini itirmiş bankın
aktiv və öhdəliklərinin inventarizasiyasının nəticələri
əsasında bankın maliyyə və əmlak vəziyyətinin
qiymətləndirilməsi yolu ilə müəyyən
edilmiş aşağıdakı metodlardan hər hansı biri
ilə bankın ödəmə qabiliyyətinin bərpası
tədbirlərini özündə əks etdirməlidir:
57-9.5.1.
ödəmə qabiliyyətini itirmiş bankın səhmlərinin
azı 75 faizinin dövlətə məxsus banka Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə uyğun
olaraq qoşulması və ya bu cür dövlətə məxsus
bank tərəfindən satın alınması;
57-9.5.2.
sonradan investora satılması şərtilə ödəmə
qabiliyyətini itirmiş bankın səhmlərinin 50 faizdən
çoxunun dövlət tərəfindən əldə edilməsi
və əlavə səhm emissiyası ilə dövlət vəsaiti
hesabına bankın nizamnamə kapitalının
artırılması;
57-9.5.3.
bankın səhmdarlarının razılığı ilə
bankın idarə edilməsini dövlətin əlində
saxlamaq və sonradan dövlətin iştirak payını
bankın mövcud səhmdarlarına və ya bankın bütün
səhmlərinin başqa bir investora satılması şərtilə
bankın səhmlərinin 50 faizdən az hissəsinin
dövlət tərəfindən satın alınması;
57-9.5.4. sistem əhəmiyyətli
bankın rezolyusiyası məqsədi ilə bu qanunun
57.6-cı maddəsində nəzərdə tutulmuş tədbirlərin
görülməsi.
57-9.6. Tədbirlər
planına xüsusilə ödəmə qabiliyyətini
itirmiş bankın ödəmə qabiliyyətinin bərpası
tədbiri kimi itkilər və xərclər baxımından
daha sərfəli olan bu qanunun 57-9.5-ci maddəsində göstərilmiş
metodlardan hər hansı birinin seçilməsi
üçün xərclərin əsaslandırılması
və onların müqayisəli təhlili daxil edilir və
bankın sağlamlaşdırılması üçün tələb
olunan dövlət vəsaitinin məbləği göstərilir.
57-9.7. Tədbirlər
planı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
hazırlandıqdan sonra bankın sağlamlaşdırılması
üçün tələb olunan dövlət vəsaitinin məbləği
və ödənilməsi üsulları
razılaşdırılması üçün müvafiq
icra hakimiyyəti orqanına təqdim olunur. Tədbirlər
planına müvafiq icra hakimiyyəti orqanının təklifi
ilə müvafiq əlavə və (və ya) dəyişikliklər
edilir. Tədbirlər planı təqdim olunduqdan sonra 10 gün
ərzində müvafiq icra hakimiyyəti orqanı plana dair
öz əsaslandırılmış rəyini təqdim etməlidir.
Maliyyə bazarlarına nəzarət orqanı
müvafiq icra hakimiyyəti orqanının rəyini
aldıqdan sonra 3 gün müddətində ödəmə
qabiliyyətini itirmiş sistem əhəmiyyətli bankın tədbirlər
planını müvafiq qərar qəbul edilməsi
üçün həmin rəylə birlikdə müvafiq
icra hakimiyyəti orqanına təqdim edir. Müvafiq icra
hakimiyyəti orqanı bankın
sağlamlaşdırılması təklifinə müsbət
baxdıqda, bankın maliyyə
sağlamlaşdırılması haqqında qərar qəbul
edir və müvafiq tədbirlər planını təsdiq
edir.
57-9.8.
Ödəmə qabiliyyətini itirmiş sistem əhəmiyyətli
bankın dövlət tərəfindən
satınalınması dövlət büdcəsi vəsaiti
hesabına və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən
dövlət zəmanəti ilə təmin edilmiş
istiqrazların emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsilə
həyata keçirilir. Ödəmə qabiliyyətini
itirmiş sistem əhəmiyyətli bankın məcmu
kapitalı nizamnamə kapitalından az olduğu halda,
bankın səhmlərinin yeni nominal dəyəri müəyyən
edilərək nizamnamə kapitalı müvafiq həcmdə
azaldılır. Bankın kapitalı itirildiyi halda isə
bankın nizamnamə kapitalının dəyəri şərti
maliyyə vahidinə endirilir və bu qiymətə satın
alınır.
57-9.9. Maliyyə
bazarlarına nəzarət orqanının təyin etdiyi
müvəqqəti inzibatçı bankın maliyyə
sağlamlaşdırılması tədbirlərini müvafiq
icra hakimiyyəti orqanının təsdiq etdiyi tədbirlər
planı əsasında həyata keçirir. Müvəqqəti
inzibatçı ödəmə qabiliyyətini itirmiş
sistem əhəmiyyətli bankın ödəmə qabiliyyətinin
bərpası ilə bağlı bu qanunun 57-2-ci və
57-3-cü maddələrində nəzərdə tutulmuş səlahiyyətləri
həyata keçirir.
57-9.10.
Ödəmə qabiliyyətini itirmiş bankın ödəmə
qabiliyyətinin bərpası ilə bağlı tədbirlər
planının təsdiq olunduğu gündən 3 ay ərzində
bu qanunun 57-9.5.1-57-9.5.3-cü maddələrində nəzərdə
tutulmuş hər hansı metodlardan biri tətbiq oluna bilmədikdə,
maliyyə bazarlarına nəzarət orqanı bu qanunun
57.6-cı maddəsində nəzərdə tutulmuş qaydada
bankın rezolyusiyası üzrə tədbirlər
görür.
Maddə
57-10. Banka vurulmuş zərərin ödənilməsi və
bankın ödəmə qabiliyyətinin bərpası çərçivəsində
ödənilmiş vəsaitin geri
qaytarılması
57-10.1. Bu
qanunun 57-9-cu maddəsində nəzərdə tutulmuş
şərtlərlə sağlamlaşdırılmış
sistem əhəmiyyətli bankın dövlət vəsaiti
hesabına bu qanunun 57-9-cu maddəsində nəzərdə tutulmuş qaydada
ödəmə qabiliyyətinin bərpası həyata
keçirildikdə, bankın inzibatçıları və
mühüm iştirak payına sahib səhmdarları
banka vurulmuş zərəri müvəqqəti
inzibatçının müəyyən etdiyi müddət ərzində
ödəməlidirlər.
57-10.2. Bankın
inzibatçılarının və mühüm iştirak
payına sahib səhmdarlarının aşağıdakı
qanunsuz hərəkətləri nəticəsində banka
vurduqları zərər ödənilməlidir:
57-10.2.1. bankın əsas
vəsaitlərinin satılması, bağışlanması,
digər formada mənimsənilməsi və ya israf edilməsi;
57-10.2.2. bankın əsas
vəsaitlərinin girov qoyulması və ya bankın aktivlərinin
digər formada yüklü edilməsi;
57-10.2.3.
açıq-aşkar ödəniş qabiliyyəti olmayan
şəxslərə kredit verilməsi;
57-10.2.4. ölkə
daxilində və ya xaricdə depozit hesabları açaraq, bu
hesablardakı vəsaitin girov qoyularaq təminat qismində
göstərilməsi;
57-10.2.5. bankın səhmdarlarına
və ya inzibatçılarına bank zərərlə
işlədiyi halda və ya bankın mənfəətinə
qeyri-mütənasib həcmdə bonusların və dividendlərin
ödənilməsi;
57-10.2.6. bu qanunun 57-3.2-ci
maddəsində nəzərdə tutulmuş bankın ödəmə
qabiliyyətinin pisləşməsinə səbəb olmuş
müqavilələrin bağlanılması;
57-10.2.7.
başqa formada özü, banka aidiyyəti olan şəxslər
və ya başqa şəxslər üçün istənilən
növ maddi və qeyri-maddi əmlak nemətləri və bu
cür əmlaka hüquqların təmin edilməsi məqsədi
ilə bankın əmlakının mənimsənilməsi və
ya israf edilməsi.
57-10.3. Müvəqqəti
inzibatçı bu qanunun 57-10.2-ci maddəsində nəzərdə
tutulmuş şəxslərin banka vurduğu zərərin həcmini
və geri ödəniləcək məbləği bankın
ödəmə qabiliyyətinin bərpasına
başlandığı tarixdən əvvəlki iki illik
müddəti əhatə edən dövrdə bankda həyata
keçirilmiş əməliyyatları və qəbul edilən
qərarları təhlil etməklə müəyyən edir və
bu barədə ayrıca akt hazırlanır.
57-10.4. Müvəqqəti
inzibatçı hazırlanmış akta əsasən banka zərər
vurmuş şəxslərə vurulmuş zərərin
könüllü qaydada ödənilməsi barədə
bildiriş göndərir və zərərin ödənilməsi
müddətini müəyyən edir. Banka zərər
vurmuş şəxslər müəyyən edilmiş
müddətdə vurulmuş zərəri könüllü
qaydada ödəmədiyi təqdirdə, müvəqqəti
inzibatçı zərərin məcburi qaydada ödənilməsi
üçün məhkəməyə müraciət edir.
57-10.5. Müvəqqəti
inzibatçı banka vurulmuş zərərin müəyyən
edilməsi çərçivəsində bankın səhmdarlarından,
inzibatçılarından, banka aidiyyəti olan şəxslərdən
onların sahibliyində və mülkiyyətində olan pul vəsaitləri
və ya digər əmlak, son iki il müddətində əldə
etdiyi gəlirlər, bankdan aldıqları dividendlər
və bonuslar barədə məlumat təqdim edilməsini tələb
edə bilər. Maliyyə bazarlarına nəzarət
orqanı dövlət orqanlarına, idarə, müəssisə
və təşkilatlara bu şəxslərin sahibliyində və
mülkiyyətində olan pul vəsaitləri və ya digər
əmlak, son iki il müddətində əldə etdiyi gəlirlər
üzrə məlumatların təqdim edilməsi barədə
sorğu verə bilər.
57-10.6. Bankın
inzibatçılarının qanuna zidd qərarları, digər
hərəkətləri və hərəkətsizliyi nəticəsində
bankın müflis olduğu və ya ödəmə qabiliyyətini
itirdiyi müəyyən edilərsə və onların bu
öhdəliklərini ödəmə qabiliyyəti olmazsa, məhkəmə
müvəqqəti inzibatçının müraciəti
əsasında “Müflisləşmə və iflas
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq banka vurduğu zərər həddində bu şəxsləri
müflis elan edə bilər. Bu cür qanuna zidd
əməllər bankın səhmdarlarına mənfəət
əldə etmək məqsədi ilə edildikdə, məhkəmə
bu cür qanunsuz əməllərdən mənfəət
götürən səhmdarlar barəsində eyni cür qərar
qəbul edə bilər.
57-10.7. Bu qanunun 57-10-cu
maddəsinin müddəaları bu qanunun 57-ci maddəsinə əsasən
müvəqqəti inzibatçı tərəfindən həyata
keçirilən ödəmə qabiliyyətini itirmiş
bankların rezolyusiyasına da şamil olunur.”.
8. aşağıdakı
məzmunda VIII-I fəsil əlavə edilsin:
“VIII-I
FƏSİL
BANKIN
ÖHDƏLİKLƏRİNİN KÖNÜLLÜ
RESTRUKTURİZASİYASI
Maddə
57-11. Bankın öhdəliklərinin könüllü
restrukturizasiyası
57-11.1. Bankın
kreditorları qarşısında olan öhdəlikləri,
bankın sığortalanmış əmanətçiləri
qarşısında olan öhdəlikləri istisna olmaqla, bu
qanun ilə müəyyən edilmiş qaydada
könüllü restrukturizasiya edilə bilər.
57-11.2. Bank
öz öhdəliyinin (öhdəliklərinin) icrası ilə
bağlı kreditorun (kreditorların) tələbini (tələblərini)
pul vəsaitinin olmaması, çatışmaması və ya
hər hansı əsaslarla pul vəsaitinin istifadəsinin
mümkün olmaması səbəbindən icra etmək
imkanında olmaması və ya icra etmək imkanında olmaması
təhlükəsi yarandıqda Müşahidə
Şurasının bu barədə qərarı əsasında
bankın öhdəliklərinin könüllü
restrukturizasiyası prosesinə başlaya bilər. Müşahidə Şurasının bankın
öhdəliklərinin könüllü restrukturizasiyası
haqqında qərarının surəti həmin qərar qəbul
olunduğu tarixdən sonrakı birinci iş günündən
gec olmayaraq maliyyə bazarlarına nəzarət orqanına təqdim
olunmalıdır.
57-11.3. Maliyyə
bazarlarına nəzarət orqanı bankın öhdəliklərinin
könüllü restrukturizasiyası haqqında Müşahidə
Şurasının qərarını aldıqdan sonra 10 təqvim
günü ərzində bankın öhdəliklərinin
könüllü restrukturizasiyası məsələlərinə
dair bankla yazılı razılaşma bağlayır. Bu
müddət maliyyə bazarlarına nəzarət
orqanının qərarı ilə 10 təqvim günü
müddətinədək uzadıla bilər.
57-11.4. Maliyyə
bazarlarına nəzarət orqanı ilə bank arasında
bankın öhdəliklərinin könüllü
restrukturizasiyasına dair yazılı razılaşma
bağlandıqdan sonra 10 təqvim günü ərzində
bank restrukturizasiya planının layihəsini hazırlayır
və baxılması üçün yazılı surətdə
maliyyə bazarlarına nəzarət orqanına təqdim
edir.
57-11.5. Maliyyə
bazarlarına nəzarət orqanı baxılmaq
üçün ona təqdim edilmiş restrukturizasiya
planının layihəsinə dair təklifləri olduqda bu
barədə banka yazılı bildiriş təqdim edir və
restrukturizasiya planına əlavə və (və ya) dəyişikliklərin
edilməsini tələb edir. Bank restrukturizasiya
planına əlavə və (və ya) dəyişiklikləri
etdikdən sonra restrukturizasiya planının layihəsini təkrar
yazılı surətdə maliyyə bazarlarına nəzarət
orqanına təqdim edir. Maliyyə bazarlarına nəzarət
orqanı restrukturizasiya planının layihəsi ilə
razı olduqda, bu barədə banka yazılı bildiriş
göndərir.
57-11.6. Restrukturizasiya
planına razılıq barədə maliyyə bazarlarına nəzarət
orqanının yazılı bildirişini aldıqdan sonra bank
maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
bildirişdə müəyyən edilmiş müddətdə
öhdəliklərinin könüllü restrukturizasiyasına
başlamaq üçün mülki prosessual qanunvericilikdə
nəzərdə tutulmuş qaydada məhkəməyə
müraciət edir. Restrukturizasiyaya başlamaq
haqqında məhkəmənin qərarı (bundan sonra -
bankın öhdəliklərinin könüllü
restrukturizasiyası haqqında məhkəmə qərarı)
qüvvəyə mindiyi tarixdən və restrukturizasiya planına
əsasən bankın öhdəliklərinin
könüllü restrukturizasiyanın
aparıldığı, lakin hər bir halda 180 gündən
artıq olmayan müddət ərzində bu qanunun 57-11.8-ci və
57-11.21-ci maddələrində nəzərdə tutulmuş məhdudiyyətlər
tətbiq olunur. Bu müddət öhdəlikləri
restrukturizasiya olunan bankın maliyyə bazarlarına nəzarət
orqanı ilə razılaşdırılmış müraciətinə
əsasən məhkəmə tərəfindən
ümumilikdə 90 gün müddətinədək uzadıla
bilər.
57-11.7. Bankın
öhdəliklərinin könüllü restrukturizasiyası
haqqında məhkəmə qərarı qəbul olunduğu
tarixdən 7 təqvim günü ərzində bank
restrukturizasiya planına daxil edilmiş öhdəliklərinin
restrukturizasiyası barədə Azərbaycan
Respublikasının bütün ərazisini əhatə edən
azı iki dövri mətbu nəşrdə və bir beynəlxalq səviyyədə
tanınmış nəşrdə, habelə
özünün rəsmi internet səhifəsində məlumat
dərc etdirməli və həmin məlumatlarda bankın
öhdəliklərinin könüllü restrukturizasiyası
haqqında məhkəmə qərarının və
restrukturizasiya planının surətlərinin məhkəmədən
və ya bankın hüquqi ünvanından tələbləri
restrukturizasiya planına daxil edilmiş bütün kreditorlar tərəfindən
əldə edilə bilməsi imkanı göstərilməlidir.
57-11.8. Bu qanunun
57-11.6-cı maddəsinə müvafiq olaraq, bankın öhdəliklərinin
könüllü restrukturizasiyası haqqında məhkəmə
qərarı qüvvəyə mindiyi tarixdən bank
aşağıdakı hüquqlara malikdir:
57-11.8.1.
alqı-satqı, dəyişdirmə, bağışlama
müqavilələrinin və ya bankın hər hansı əmlakının
özgəninkiləşdirilməsi ilə bağlı olan hər
hansı digər müqavilələrin icra edilməsini, bank
üçün hər hansı risk, o cümlədən,
kredit riski yaradan borc, kredit, qarantiya və
ya hər hansı maliyyələşdirmə növlərini
təqdim edən müqavilələrin bağlanmasını
dayandırmaq;
57-11.8.2. bankın məhkəmə
tərəfindən təsdiq edilmiş restrukturizasiya
planına daxil edilən öhdəliklərinin icrasını
dayandırmaq.
57-11.9. Bank restrukturizasiya
planına dair razılığın alınması məqsədilə
tələbləri restrukturizasiya planına daxil edilmiş kreditorların
yığıncağını
çağırmalıdır. Kreditorların
yığıncağının keçirilməsinədək
olan müddət ərzində bu qanunun 57-11.5-ci maddəsinə
əsasən razılaşdırılmış plana dəyişikliklər
edilərsə, restrukturizasiya planı kreditorların
yığıncağının keçirilməsinə ən
azı 30 təqvim günü qalmış baxılması
üçün maliyyə bazarlarına nəzarət
orqanına təqdim edilir.
57-11.10. Maliyyə
bazarlarına nəzarət orqanı 10 təqvim günü ərzində
bu qanunun 57-11.9-cu maddəsinə əsasən təqdim edilən
restrukturizasiya planına baxır və həmin plana dair qeydləri
olduqda onların aradan qaldırılmasını yazılı
surətdə bankdan tələb edir. Bank maliyyə
bazarlarına nəzarət orqanının restrukturizasiya
planına dair təkliflərini nəzərə almalı və
müvafiq düzəlişlər edərək həmin
planı maliyyə bazarlarına nəzarət orqanına təqdim
etməlidir. Bank maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən təsdiq edilmiş
restrukturizasiya planı barədə 5 iş günü ərzində
Azərbaycan Respublikasının bütün ərazisini əhatə
edən azı iki dövri mətbu nəşrdə və bir
beynəlxalq səviyyədə tanınmış nəşrdə,
habelə özünün rəsmi internet
səhifəsində məlumat dərc etdirməlidir və həmin
məlumatlarda restrukturizasiya planının surətinin
bankın hüquqi ünvanından tələbləri
restrukturizasiya planına daxil edilmiş bütün kreditorlar tərəfindən
əldə edilə bilməsi imkanı göstərilməlidir.
57-11.11. Tələblərinin
restrukturizasiya olunması nəzərdə tutulan kreditorlar
yığıncaqda şəxsən və ya öz səlahiyyətli
nümayəndələri vasitəsilə iştirak edə
bilərlər. Tələbləri
restrukturizasiya planına daxil edilmiş kreditorlar tərəfindən
restrukturizasiya planının təsdiq edilməsi
üçün restrukturizasiya planına əsasən
restrukturizasiya edilməsi nəzərdə tutulan tələblərin
ən azı üçdəiki hissəsinə malik olan
kreditorların razılığı tələb edilir.
57-11.12. Restrukturizasiya
planı bu qanunun 57-11.11-ci maddəsi ilə nəzərdə
tutulan qaydada təsdiq edildikdən sonra, bank 1 iş
günü ərzində restrukturizasiya planını
yazılı surətdə maliyyə bazarlarına nəzarət
orqana təqdim edir. Restrukturizasiya planı bu
qanunun 57-11.11-ci maddəsi ilə nəzərdə tutulan
qaydada təsdiq edilmədikdə, bank öhdəliklərinin
restrukturizasiyasının bu qanunun 57-11.11-ci maddəsində nəzərdə
tutulmuş qaydada mümkün olmaması barədə maliyyə
bazarlarına nəzarət orqanına 1 iş günü ərzində
yazılı məlumat göndərir. Restrukturizasiya
planı bu qanunun 57-11.11-ci maddəsi ilə nəzərdə
tutulan qaydada təsdiq edilmədikdə, bankın öhdəliklərinin
könüllü restrukturizasiyası baş tutmamış
sayılır. Restrukturizasiya planının bu
qanunun 57-11.11-ci maddəsinə müvafiq olaraq kreditorlar tərəfindən
təsdiq edilməsi şərti ilə, bankın öhdəliklərinin
könüllü restrukturizasiyası bankın kreditorlar
qarşısında daşıdığı və
restrukturizasiya planına uyğun olaraq restrukturizasiyası nəzərdə
tutulan bütün öhdəliklərinə münasibətdə
aparılır.
57-11.13. Restrukturizasiya
planına maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
baxıldıqdan sonra bank restrukturizasiya planının təsdiq
edilməsi üçün mülki prosessual qanunvericilikdə
nəzərdə tutulmuş qaydada məhkəməyə
müraciət edir.
57-11.14. Bankın öhdəliklərinin
könüllü restrukturizasiyası planının təsdiq
edilməsi haqqında məhkəmə qərarı qüvvəyə
mindiyi andan və restrukturizasiya planı qüvvədə
olduğu müddət ərzində:
57-11.14.1. banka
qarşı restrukturizasiya edilməsi nəzərdə tutulan
öhdəliklər üzrə hər hansı müvafiq icra
sənədi üzrə başlanılmış icraat
dayandırılmalıdır;
57-11.14.2. öhdəliklərinin
restrukturizasiya edilməsi nəzərdə tutulan
kreditorların banka qarşı həmin öhdəliklərdən
irəli gələn tələblərinin icrası
dayandırılır.
57-11.15. Bankın
restrukturizasiya planı ən azı aşağıdakı məlumatları
özündə əks etdirməlidir:
57-11.15.1.
restrukturizasiyanın məqsədini, aparılması
qaydasını və müddətini;
57-11.15.2. restrukturizasiyaya
məruz qalan öhdəliklərin siyahısını;
57-11.15.3. restrukturizasiya
çərçivəsində aparılması nəzərdə
tutulan tədbirlərin siyahısını;
57-11.15.4. bankın fəaliyyətinə
tətbiq edilməli olan məhdudiyyətləri.
57-11.16. Restrukturizasiya
olunan bank hər hansı bank holdinq şirkətinə daxil
olduqda, bankın restrukturizasiya planında restrukturizasiya zamanı
bank holdinq şirkətinin törəmə banklarına təsir
edən amillər göstərilməlidir.
57-11.17. Bankın öhdəliklərinin
könüllü restrukturizasiyasına aşağıdakı
hallarda xitam verilir:
59-11.17.1. məhkəmə
tərəfindən bu qanunun 57-12-ci maddəsinə uyğun
olaraq bankın öhdəliklərinin könüllü
restrukturizasiyasına xitam verilməsi haqqında qərar qəbul
edildikdə;
57-11.17.2. öhdəlikləri
restrukturizasiya olunan bankın lisenziyasının ləğvi və
məcburi ləğv edilməsi barədə maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən qərar
qəbul edildikdə;
57-11.17.3. bankın öhdəliklərinin
könüllü restrukturizasiyasına xitam verilməsi barədə
bankın Müşahidə Şurasının qərarı
olduqda.
57-11.18. Restrukturizasiya
planının tam icra edilməsi ilə əlaqədar
bankın öhdəliklərinin könüllü restrukturizasiyasına
xitam verildikdə bankın restrukturizasiya planına daxil
edilmiş öhdəlikləri lazımi qaydada icra edilmiş
hesab edilir.
57-11.19. Bank
restrukturizasiya planında nəzərdə tutulmuş qaydada və
müddətdə bankın öhdəliklərinin
könüllü restrukturizasiyasının başa
çatdırılması barədə bildirişi 3 təqvim
günü ərzində və ya bankın öhdəliklərinin
könüllü restrukturizasiyasına xitam verilməsi barədə
məhkəmə qərarının surətini qərar
qüvvəyə mindiyi tarixdən 10 təqvim günü
müddətində maliyyə bazarlarına nəzarət
orqanına və tələbləri restrukturizasiya planına
daxil edilmiş kreditorlarına göndərməlidir.
57-11.20. Maliyyə
bazarlarına nəzarət orqanı bank tərəfindən
restrukturizasiya planının icra edilməsinə nəzarəti
həyata keçirir.
57-11.21. Restrukturizasiya
planında nəzərdə tutulan hallardan başqa, bank onun
öhdəliklərinin restrukturizasiyası zamanı bankın
digər hüquqi şəxslərdə iştirak etməsi və
ya iştirak payının artırılması barədə qərar
qəbul edə bilməz.
Maddə
57-12. Bankın öhdəliklərinin könüllü
restrukturizasiyasına xitam verilməsi
57-12.1. Bankın öhdəliklərinin
könüllü restrukturizasiyasına xitam verilməsi
haqqında qərar maliyyə bazarlarına nəzarət
orqanının müraciəti əsasında
aşağıdakı əsaslardan biri mövcud olduqda məhkəmə
tərəfindən qəbul edilir:
57-12.1.1. bankın öhdəliklərinin
könüllü restrukturizasiyası haqqında məhkəmə
qərarında nəzərdə tutulmuş restrukturizasiya
müddəti başa çatdıqda;
57-12.1.2. restrukturizasiya
planında nəzərdə tutulmuş tədbirlər tam icra
edildikdə;
57-12.1.3. bankın
könüllü restrukturizasiyası vaxtından əvvəl
maliyyə bazarlarına nəzarət orqanının qərarı
ilə aşağıdakı hallarda dayandırıldıqda:
57-12.1.3.1. bankın
öhdəliklərinin könüllü
restrukturizasiyasının bankın maliyyə
sağlamlığına və fəaliyyətinin
yaxşılaşdırılması ilə nəticələnməsinə
gətirib çıxarmayacağına kifayət qədər
əsaslar olduqda;
57-12.1.3.2. kreditorların
bu qanunun 57-11.11-ci maddəsində nəzərdə
tutulmuş qaydada razılığı olmadıqda;
57-12.1.3.3. restrukturizasiya
planında nəzərdə tutulmuş tədbirlər həmin
plana uyğun yerinə yetirilmədikdə;
57-12.1.3.4. bankın
öhdəliklərinin könüllü
restrukturizasiyasının həyata keçirilməsi
dövründə maliyyə bazarlarına nəzarət
orqanının sərəncam və ya digər yazılı
göstərişləri yerinə yetirilmədikdə.
57-12.2. Restrukturizasiya
planına əsasən bütün tədbirlərin həyata
keçirilməsi restrukturizasiya edilmiş öhdəliklər
üzrə bankın öhdəliklərinin könüllü
restrukturizasiyası haqqında məhkəmə qərarı
qüvvəyə mindiyi tarixə qədər hər hansı
müvafiq icra sənədi üzrə
başlanılmış icraata xitam verilir.”.
9. 59-cu maddə üzrə:
9.1. 59.1-ci maddənin
ikinci bəndi ləğv edilsin;
9.2. 59.2-ci maddəyə
aşağıdakı məzmunda ikinci və
üçüncü bəndlər əlavə edilsin:
“Məhkəmə
bankın məcburi ləğv olunmasına dair qərarı
ilə fondu ləğvedici təyin edir. Bankın məcburi ləğvi
barədə məhkəmə qərarı, onun qəbul
edildiyi gündən ən geci sonrakı gün maliyyə
bazarlarına nəzarət orqanına və fonda göndərilir.
Fond ləğvedici funksiyalarını müqavilə əsasında
hüquqi və ya fiziki şəxslərə həvalə edə
bilər. Fond, daha az məsrəflə,
bütün kreditorların hüquq və qanuni mənafelərini
nəzərə almaqla bankın ləğvi üçün
bilavasitə məsuliyyət daşıyır və ləğvedici
funksiyalarının başqa şəxslərə həvalə
edilməsi fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən
ləğvedici qismində cəlb ediləcək hüquqi və
fiziki şəxslərin xidmət və ya əmək
haqlarının məbləği maliyyə bazarlarına nəzarət
orqanı ilə razılaşdırmaqla müəyyən
edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər
smetası, hər üç aydan bir fondun təqdimatına əsasən
maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
təsdiq olunur.
Fondun müqavilə əsasında
cəlb etdiyi ləğvedici bu qanunla nəzərdə
tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə
cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti
olan şəxslər, səhmdarlar, habelə bankın
kreditorları və borcluları bankın ləğvi prosesinə
cəlb edilə bilməzlər. Bu kimi halların
mövcudluğu ləğvedici cəlb edildikdən sonra
aşkar olunarsa, onların fəaliyyətinə fondun qərarı
ilə xitam verilir və banka yeni ləğvedici cəlb
edilir.”;
9.3. 59.3-cü maddənin
birinci cümləsinə “yönəldilir” sözündən
sonra “və Azərbaycan Respublikasının İnzibati
Prosessual Məcəlləsinə uyğun olaraq bu qərardan
şikayət verilməsi onun icrasını dayandırmır”
sözləri əlavə edilsin;
9.4.
59.5.1-ci maddəyə “keçir” sözündən sonra
“(banka müvəqqəti inzibatçı təyin olunduğu
halda, müvəqqəti inzibatçının səlahiyyətlərinə
bankın məcburi ləğvi barədə məhkəmə
qərarı qəbul edildiyi andan maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən xitam
verilir)” sözləri əlavə edilsin;
9.5. 59.6-cı maddə
aşağıdakı redaksiyada verilsin:
“59.6. Ləğvedicinin
təyin edildiyi tarixdən bankın idarəetmə
orqanları (müvəqqəti inzibatçı təyin
olunduğu halda müvəqqəti inzibatçı) bankın
möhürlərini, ştamplarını, bütün əmlakını,
mühasibat kitablarını və digər sənədlərini
təhvil-təslim aktı ilə ləğvediciyə təhvil
verməlidir. Banka təyin edilmiş ləğvedici
başqası ilə əvəz edildiyi hallarda eyni qaydada təhvil-təslim
işləri həyata keçirilməlidir. Təhvil-təslim
aktı bankın məcburi ləğvi barədə qərar
çıxarmış məhkəmənin qərarı ilə
təsdiq edilir. Ləğvedicinin qəbul etdiyi qərarlar və
göstərişlər məcburi ləğv edilən
bankın işçiləri üçün məcburi
xarakter daşıyır.”;
9.6. 59.10-cu maddənin
ikinci bəndi ləğv edilsin.
10.
61.1.2-ci və 61.1.3-cü maddələrə “bank”
sözündən sonra “(bu qanunun 57-11-ci maddəsinə əsasən
bankın öhdəliklərinin könüllü
restrukturizasiyası məsələlərinə dair bankla
maliyyə bazarlarına nəzarət orqanı arasında
yazılı razılaşma bağlandığı andan
restrukturizasiyasının aparıldığı
müddət istisna olmaqla)” sözləri əlavə
edilsin.
11. 63-cü maddə
üzrə:
11.1. 63.1-ci maddədə
“52-ci” sözləri “57-ci” sözləri ilə, “53-cü”
sözləri “57-2-ci” sözləri ilə əvəz edilsin;
11.2. 63.2-ci maddə ləğv
edilsin.
12. 65.2.2-ci maddədə
“57-ci” sözləri “57-9.7-ci” sözləri ilə əvəz
edilsin.
13. 71-ci maddə üzrə:
13.1. 71.1-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“71.1. Məhkəmə
bankın müflis elan olunmasına dair qərarı ilə
fondu ləğvedici təyin edir. Fond ləğvedici
funksiyalarını müqavilə əsasında hüquqi və
ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün
kreditorların hüquq və qanuni mənafelərini nəzərə
almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət
daşıyır və ləğvedici funksiyalarının
başqa şəxslərə həvalə edilməsi fondu bu
məsuliyyətdən azad etmir. Fond tərəfindən
ləğvedici qismində cəlb ediləcək hüquqi və
fiziki şəxslərin xidmət və ya əmək
haqlarının məbləği maliyyə bazarlarına nəzarət
orqanı ilə razılaşdırmaqla müəyyən
edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər
smetası hər üç aydan bir fondun təqdimatına əsasən
maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
təsdiq olunur. Fondun müqavilə əsasında cəlb
etdiyi ləğvedici bu qanunla nəzərdə tutulmuş vətəndaş
qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi
ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar,
habelə bankın kreditorları və borcluları ləğvedici
qismində cəlb edilə bilməzlər. Bu kimi halların
mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar
olunarsa, onların fəaliyyətinə fondun qərarı ilə
xitam verilir və banka yeni ləğvedici təyin edilir.”;
13.2. 71.2-ci maddədə
“əmək” sözündən sonra “(xidmət)” sözü əlavə
edilsin, “maliyyə bazarlarına nəzarət orqanı”
sözləri “Fond (reqres hüququ ilə)” sözləri ilə
əvəz edilsin;
13.3. 71.6-cı və 71.7-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
“71.6. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 61.12-ci maddəsinə
əsasən ləğv prosesində olan bankın ləğvi barədə
qeyd hüquqi şəxslərin
dövlət reyestrinə
daxil edilənədək ləğvedici
bank statistikası hesabatlarını maliyyə bazarlarına nəzarət
orqanına və Mərkəzi Banka təqdim etməlidir.
71.7. Bu qanunun 59.2-ci və
71.1-ci maddələrinə əsasən təyin edildiyi
gündən ləğvedici aşağıdakı səlahiyyətləri
həyata keçirir:
71.7.1. bankın idarə
olunması üzrə bütün səlahiyyətləri, o
cümlədən bank səhmdarlarının ümumi
yığıncağının səlahiyyətlərini həyata
keçirir;
71.7.2. bankın əmlakının və
sənədlərinin qorunması üçün tədbirlər
görür, aralıq balansını tərtib edir, habelə
bankın aktivlərini idarə edir;
71.7.3. bankın əmanətçilər
qarşısında öhdəliklərinin reyestrini tərtib
edir və kompensasiyaların ödənilməsi
üçün qanunamüvafiq tədbirlər görür;
71.7.4. kreditorların tələblərini
qeydə alır və onların ödənilməsi
üçün tədbirlər görür;
71.7.5. bankın qarşısında olan
borc
ların
qaytarılması üzrə tədbirlər görür;
71.7.6. istənilən
zaman bankın əməkdaşları ilə
bağlanılmış əmək müqavilələrinə
xitam verir;
71.7.7. bu qanunun 79-cu maddəsində müəyyən
edilmiş qaydada bankın bağlamış olduğu
müqavilələrin qüvvəsinə xitam verilməsi
üzrə tədbirlər görür;
71.7.8. tədbirlər
planında nəzərdə tutulduğu halda bankın aktiv və
öhdəliklərinin satışını və ya
köçürülməsini həyata keçirir;
71.7.9. bank tərəfindən
verilmiş kreditlərin restrukturizasiyasını (kreditin
ödəmə müddətinin uzadılması, faizlərin
azaldılması və ya ləğv edilməsi, ümidsiz
borcların silinməsi) həyata keçirir;
71.7.10.
bankın məcburi ləğvinə gətirib
çıxaran halları araşdırır, bu kimi
halların baş verməsində şübhəli bilinən
şəxslərin məsuliyyətə cəlb edilməsi
üçün aidiyyəti orqanlara müraciət edir və
bankın adından məhkəmələrdə iddialar
qaldırılır.”;
13.4. 71.8-ci maddə ləğv
edilsin.
14.
Aşağıdakı məzmunda 71-1-ci maddə əlavə
edilsin:
“Maddə
71-1. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
ləğvedicinin fəaliyyəti üzərində nəzarət
71-1.1. Maliyyə
bazarlarına nəzarət orqanı ləğvedici üzərində
fəaliyyətinin bütün müddəti ərzində nəzarəti
həyata keçirir.
71-1.2. Maliyyə
bazarlarına nəzarət orqanı:
71-1.2.1. ləğvedicinin
fəaliyyəti barəsində məlumatların təqdim
edilməsini tələb etməyə;
71-1.2.2. ləğvedicidən hesabat
almağa;
71-1.2.3. ləğvedicinin
cari fəaliyyətinin həyata keçirilməsi ilə
bağlı tövsiyələr
və icrası məcburi olan yazılı göstərişlər
verməyə;
71-1.2.4. ləğvedicinin
fəaliyyətini yoxlamağa;
71-1.2.5. ləğvedicinin
bankın idarəedilməsi ilə bağlı bu qanun çərçivəsində
qəbul etdiyi qərarlarından maraqlı şəxslərin
verdiyi şikayətlərə baxmağa səlahiyyətlidir.
71-1.3. Bankın
iflası dövründə ləğvedici öz fəaliyyəti
haqqında maliyyə bazarlarına nəzarət orqanına
onun müəyyənləşdirdiyi formada və müddətlərdə
hesabat verir, habelə maliyyə bazarlarına nəzarət
orqanının tələb etdiyi sənədləri və
informasiyanı təqdim edir.”.
15. 84-cü maddədə “57-ci”
sözləri “57-9-cu” sözləri ilə əvəz edilsin.
16.
92-ci maddədə “Bankın İdarə Heyətinin üzvləri,
onun və ya maliyyə bazarlarına nəzarət
orqanının vəzifəli şəxsləri, əməkdaşları”
sözləri “Bank, Mərkəzi Bankın İdarə Heyətinin
üzvləri və digər vəzifəli şəxsləri,
maliyyə bazarlarına nəzarət orqanı
və onun Direktorlar Şurasının üzvləri və digər
vəzifəli şəxsləri” sözləri ilə əvəz
edilsin.
17. 94.1-ci maddədə “VII” rəqəmləri
“VIII, VIII-I” rəqəmləri ilə əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 7 aprel 2017-ci il
Azərbaycan.- 2017.-16
aprel.- S.2; 3.