Müasir dilçilik elminə daha bir töhfə

 

Dilçilikdə morfoloji formaların inkişaf sabitləşməsi prosesini izləmək, dilin qrammatik kateqoriyalarının tarixi təkamülünü müəyyənləşdirmək baxımından türk dillərində feili bağlama formalarının nəzəri cəhətdən tətbiqi dil üçün zəngin faktlar verir. Məlumdur ki, bu formalar feilə məxsus əlamətləri özündə gizli şəkildə qoruyub saxlasa da, onlarda feillik məzmunu tam şəkildə özünü göstərə bilmir. Bu baxımdan bir işi, bir hərəkəti digər hərəkətlə bağlayan xüsusi formal əlamətlər əsasında yaranan feili bağlama formaları təkcə ümumi dilçiliyin deyil, həm türkologiyanın ən aktual problemlərindəndir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel MəşədiyevanınTürk dillərində feili bağlama formaları sistemi” (elmi redaktoru, akademik T.Hacıyev, rəyçilər professor M.Mahmudov professor V.Əliyev) monoqrafiyası türk dillərində feili bağlama formalarının sistemli tarixi-müqayisəli aspektdə onun şəxssiz-təsriflənməyən formaları haqqında dəyərli elmi əsərlərdəndir. MonoqrafiyanınGirişhissəsində bu sahədə görülmüş fundamental tədqiqatlar mövzunun tədqiqi aspektləri istiqamətləri təhlil edilir. Feili bağlama formaları təkcə ədəbi dillər səviyyəsində deyil, 21-dən artıq türk dili ilə müqayisə əsasında, həm türk dillərinin dialektləri üzrə araşdırılmışdır. A.Məşədiyevanın monoqrafiyasında türkologiyada feili bağlama formalarının müqayisəli-tarixi aspektdə struktur təşkili, semantik mahiyyəti, sintaktik funksiyası dil dialekt faktlarına əsaslanaraq tədqiq edilir. Əsərdə həm oğuz, həm qıpçaq karluq qrupu türk dilləri üzrə feili bağlama formalarının təkamülü izlənilmişdir.

MonoqrafiyanınTürkologiyada feilin feili bağlama formalarının öyrənilməsi problemiadlanan birinci fəslində məsələnin qısa şərhi verilib, feili bağlama formalarının əsas anlayışları, terminləri izah edilir. Həmin fəsildə türk dillərində feili bağlamaların dəyişilməzliyi barədə məsələlər onların təsnifat prinsipləri təhlil olunur. Həmçinin feili bağlama formalarının şəxs mənsubiyyət şəkilçilərini qəbul etməsi probleminə aydınlıq gətirilir. Feili bağlama formalarının tarixən inkişafı müqayisəli yolla zəngin faktlarla şərh edilmişdir. Başlıca məqsəd feili bağlama sistemindəki qanunauyğunluqların aşkar edilməsi olmuşdur. Araşdırma həm diaxronik, həm sinxronik aspektdə aparılmışdır. Bu istiqamətlərdə zəngin türk dilləri materiallarına söykənərək feili bağlama formalarının tərkibində fonetik dəyişmələrin qanunauyğun əlaqələri açılır, onların inkişaf xüsusiyyətləri öyrənilir meydana çıxarılır. Buna görə monoqrafiyanın birinci fəslində məsələnin mahiyyəti, anlayış bazası, onların dəyişilməsi təsnif problemləri, bu formaların şəxs, mənsubiyyət göstəricilərini qəbul etməsi geniş şəkildə tədqiq edilmişdir.

MonoqrafiyanınMüasir türk dillərində onların dialektlərində feilin feili bağlama, feili sifət infinitiv formalarının bəzi spesifik şəkilçilərinin müqayisəli-tarixi təhliliadlı fəsildə müasir türk dillərində onların dialektlərində feilin feili bağlama, feili sifət infinitiv formalarının bəzi spesifik şəkilçilərinin müqayisəli-tarixi təhlilinə həsr olunmuşdur. Dilin morfoloji quruluşu onun formalaşması inkişafı tarixinin aynasıdır. Bu baxımdan hər hansı bir morfoloji kateqoriyanı ona dair göstəriciləri müqayisə etməklə qohum dillərdəki dil hadisələri arasında ən müxtəlif əlaqələri müəyyənləşdirmək mümkündür.

Feili bağlama formalarına (istər tarixi, istərsə müasir) A.Məşədiyevanın tədqiqatında, Q.Paulun yazdığı kimitarixi təhlil predmetiolaraq baxılır. Tədqiqatda feili bağlama formaları bir-birindən təcrid olunmuş halda deyil, qarşılıqlı əlaqədə tədqiq edilərək onların formalaşması semantik-funksional baxımdan mükəmməlləşməsində həm ümumi, həm özünəməxsus, həm diferensial cəhətləri müəyyənləşdirilmişdir. Morfoloji sistemdə aparıcı kateqoriyaların sistem kimi tədqiqi türk xalqlarının uzunmüddətli dil əlaqələrinin interferativ nəticəsi kimi özünü əks etdirir.

Türk dillərində feili bağlama formaları mahiyyət etibarilə cümlədə icra olunan iki işi (hərəkəti) bir-birinə bağlayır, təsrif olunmur, zaman, şəxs kəmiyyətcə əsas feildən asılı vəziyyətə düşür. Feili bağlamanın əsas feillə eyni olan cəhətləri onun da növ təsirlik, təsirsizlik kateqoriyalarına, həmçinin idarəetmə xüsusiyyətinə malik olmasıdır. Bütün bunlar tədqiqatda bədii əsərlərdən gətirilən faktlarla izah edilir. Feili bağlama formalarında vurğu məsələsi aqlütinasiya mərhələsinin qalığı kimi izah olunur. Vurğu sabitliyi müqayisə edilən türk dillərinin yazı qaydalarının da tənzimlənməsində mühüm rol oynayır. Əsərdə vurğu qəbul edən etməyən feili bağlama formalarının mükəmməl şərhi sözdə tələffüz şəraitinin sabitliyini qorumaq baxımından əhəmiyyətlidir. Çünki Azərbaycan dilinin feili bağlama formalarını digər türk dillərindəki formalarla müqayisə etmək hər bir dilin spesifik xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir. Həmin formaların müqayisəsinin mahiyyəti dilin tərkib-struktur, semantik, funksional, etimoloji s. cəhətlər arasında ümumi fərqli cəhətləri müəyyən qanunauyğunluqlar əsasında aşkar etməkdən ibarətdir. Ona görə ki, konkret əyani düşüncə ilə abstrakt təfəkkürün birgə fəaliyyəti öyrənildikcə praktik nəzəri təfəkkür inkişaf edib yetkinləşir. Feili bağlamaların formalaşma prosesi real dil faktına əsaslanır. Faktlardan da aydınlaşır ki, feili bağlama bəzi hallarda digər predikativ sözlərə - ismi xəbərə aid ola bilir. Əsərdə feili bağlama şəkilçisinin hər birinin spesifik xüsusiyyətləri, ümumi fərqli cəhətləri sintaktik, morfoloji-sintaktik səviyyələrdə faktlarla təhlil edilmişdir. Morfoloji sintaktik aspektlərdəki xüsusiyyətlərin aparılmış müqayisələrlə ortaya çıxarılması tədqiqatın dəyərini artırır.

Aparılan uzun elmi araşdırmalardan aydın olur ki, bu kitabın yazılmasında məqsəd türk dillərində feili bağlamaların tarixən formalaşmasını, onun yaranma qanunauyğunluqlarını aydınlaşdırmaq, dilçiliyimizin bu sahəsində qarşıda duran vəzifələri müəyyənləşdirməkdir. Müasir dilçiliyin aktual sahələrindən biri olan türk dillərində feili bağlamalara həsr olunmuş, əhatə dairəsi yüksək elmiliyi ilə seçilən, poliqrafik baxımdan da nümunəvi səviyyədə hazırlanan bu əsər həm nəzəri, həm praktik dilçilik üçün zəngin material verir.

 

Sayalı SADIQOVA,

filologiya elmləri doktoru, professor

 

Azərbaycan.  2017.-23 aprel.- S. 8.