Bakıda qadın sahibkarlığının inkişafı mövzusuna həsr edilən beynəlxalq konfrans keçirilib

 

Aprelin 25-də Bakıda “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təşkil edilib.

Tədbir iştirakçıları əvvəlcə “Made in Azerbaijanbrendinin, Azərbaycan Milli Geyim Mərkəzinin və digər qadın sahibkar müəssisələrinin istehsalı olan məhsullardan ibarət sərgi ilə tanış olublar.

Konfransı açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirin keçirilməsində göstərilən dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, məqsəd qadınların sahibkarlıq fəaliyyətini artırmaq, onların hüquqlarının qorunması və layiqli əməyinin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin keçirilməsi sahəsində əməkdaşlıq etmək, perspektivləri müəyyənləşdirməkdir.

Konfrans iştirakçılarını Azərbaycan hökuməti adından salamlayan Baş nazirin müavini Əli Əhmədov bildirib ki, qadın sahibkarlığı problemi cəmiyyət üçün aktual məsələdir. Bu problem iki məsələnin həllində mühüm rol oynayır. Birincisi, qadın hüquqlarının təmini, gender bərabərliyinin həlli ilə əlaqədardır. Bunun üçün fundamental rol oynayan qadınların iqtisadi müstəqilliyi vacib məsələdir. İkincisi, qadınların iqtisadi fəallığının yüksəlməsi, xüsusilə də qadın sahibkarlığının inkişaf etdirilməsi, qadınlar arasında sahibkarlıq meyillərinin gücləndirilməsi bütövlükdə cəmiyyətdə iqtisadi fəallığın yüksəldilməsinə bilavasitə təsir göstərir və nəticə etibarilə cəmiyyətin iqtisadi potensialının artmasına xidmət edir. Beləliklə, bu konfrans cəmiyyətimiz üçüneyni zamanda, burada iştirak edən xarici ölkələrin nümayəndələrini nəzərə alsaq tam məsuliyyətlə deyə bilərik ki, digər ölkələr üçün də əhəmiyyətlidir.

Azərbaycanda qadın sahibkarlığı və bütövlükdə sahibkarlığın inkişafı üçün ciddi əsaslar var. Bu baxımdan hüquqi əsasların yaradılması, qadın sahibkarlar, ümumiyyətlə, digər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara güzəştli kreditlərin verilməsi, bir çox sahələrdə güzəştli vergi dərəcələrinin təyin edilməsi və xüsusilə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların hər cür vergilərdən azad edilməsi ölkədə sahibkarlığın inkişaf etdirilməsi üçün çox ciddi imkan yaradıb. Azərbaycan vətəndaşları, o cümlədən qadınlar bu imkanlardan istifadə edirlər.

Konfransda çoxsaylı ölkələrin təmsil olunmasının mövzunun aktuallığını göstərdiyini deyən Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün mühüm əsaslar yaradılıb. Güzəştli kreditlərin verilməsi, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı sahəsində məşğul olanların bütün vergilərdən azad edilməsi qadın sahibkarlığının inkişafına kömək edir. Son iki ildə sahibkarlıqla məşğul olan qadınların sayı artıb. Azərbaycan hökumətinin siyasətində qadın fəallığının artırılması mühüm yer tutur. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da qadınlar daha əhəmiyyətli rolları, funksiyaları öz üzərlərinə götürməyə hazırdırlar. Azərbaycan qadınları bütün dünyada toplanmış müsbət təcrübələrdən bəhrələnərək ölkənin iqtisadi həyatına öz töhfələrini verəcəklər.

Sonra Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadınların fəallığının artırılması istiqamətində dövlət tərəfindən yaradılan geniş imkanlardan söz açıb. Bildirib ki, Azərbaycanda hər bir ailənin sosial rifahının yüksəldilməsi istiqamətində qəbul edilən dövlət proqramları mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, sahibkarlığın, xüsusilə qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadisosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Bu tendensiya bütün dünya dövlətlərinin həyata keçirdikləri siyasətdə öz əksini tapır. Ölkəmiz də bu prosesdən kənarda qalmayaraq bir sıra mühüm islahatlar həyata keçirir. BMT-nin Avropa İqtisadi Komissiyası və Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üzrə Xüsusi Proqramı çərçivəsində bir neçə konfransforum keçirilib. 2012-ci ildən SPEKA-ya sədrlik edən Azərbaycan regionda qeyd olunan məsələləri xüsusi diqqətdə saxlayır, ölkələrin təcrübələri araşdırılır, yeni əməkdaşlıqlar yaranır. 2016-cı ildə SPEKA çərçivəsində İqtisadi Forumda sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlər, sahibkarlığın inkişafı, biznesinvestisiya mühitinin genişləndirilməsi kimi vacib məsələlər müzakirə edilib. Üzv ölkələr sıx əməkdaşlıq edərək davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi istiqamətində Gəncə Bəyannaməsini qəbul ediblər.

Müasir dövrümüzdə hələ də elə ölkələr var ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur. Qızların təhsil almasına, qadınlarımızın işləməsinə, sahibkarlıqla məşğul olmasına bir çox maneələr olur. Bunlar əsasən yoxsulluq, erkən yaşda evlilik, gender əsaslı zorakılıq, cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı yanlış təsəvvürlər, stereotiplərdir.

Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, dayanıqlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsi Azərbaycan hökumətinin daim diqqətindədir. Qadınların işgüzarintellektual potensialından səmərəli istifadə edilməsi əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, sahibkarlığın inkişafı, orta təbəqənin daha da gücləndirilməsi kimi prioritet məqsədlərin reallaşması baxımından əhəmiyyətlidir. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir.

Diqqətə çatdırılıb ki, son illər ərzində həyata keçirilən davamlı və uğurlu siyasət öz müsbət töhfələrini verib. Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir.

Konfransda BMT baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının icraçı katibi Kristian Friis Baxın adından bəyanat səsləndirilib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, sahibkarlığın inkişafı ölkə başçısı tərəfindən həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsidir. Dünyada baş verən iqtisadi böhranlar fonunda Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində qəbul edilmiş qərarlar ölkədə iqtisadiyyatın inkişafına müsbət təsir göstərib. Bütün bunlar beynəlxalq qurumların hesabatlarında da öz əksini tapıb. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Bu gün biz artıq ixracın stimullaşdırılmasından danışırıq. Biz bu gün rəqabətqabiliyyətli ixrac məhsullarından danışırıq, ixrac bazarlarını araşdırırıq. Sözsüz ki, bütün bunlar ölkədə qadın sahibkarlığının inkişafına əlverişli imkan yaradır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai qeyd edib ki, qadın sahibkarları, eləcə də yerli icmaların liderləri istər səhiyyə, istər təhsil, istərsə də ekoloji sahəyə töhfə verirlər. Lakin buna baxmayaraq, qadınlar bu gündünyada sosial, iqtisadi, maliyyə problemləri ilə üzləşməkdədirlər. BMT-nin Azərbaycanla sıx əməkdaşlığından danışan Qulam İsakzai həyata keçirilən birgə layihələrin müsbət nəticələrini vurğulayıb. Qeyd edib ki, qadınların iqtisadi cəhətdən gücləndirilməsi bir lokomotiv rolunu oynayaraq təhlükəsiz dünyada inkişafyaşamaq üçün imkanlar yaradır. Bu istiqamətdə birgə çiyin-çiyinə işləyərək qadın sahibkarlığının inkişafına dəstək vermək çox vacib məsələdir. Bu, həm də dayanıqlı inkişafı uğurlu edəcək amildir.

Özbəkistanın Baş nazirinin müavini Tanzila Narbayeva qeyd edib ki, qadının cəmiyyətdə statusu istənilən dövlətin siyasətində mühüm yer tutmalıdır. Qadınlara xüsusi diqqət və hörmətin göstərilməsi özü məhz bir çox xalqlara, o cümlədən bizim xalqa da xas olan cəhətdir. Azərbaycanda qadınların fəallığının artırılması istiqamətində həyata keçirilən işlərin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan T.Narbayeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini, qadınların cəmiyyətdə fəallığının artırılması istiqamətində həyata keçirilən layihələri yüksək qiymətləndirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qeyd edib ki, maddi-mədəni irs nümunələri həm də qadınların böyük əməyi nəticəsində yaradılır, qadın ruhunu, onun istək və arzularını, incə zövqünü özündə əks etdirir. Habelə qadınların zəngin mədəni dəyərlərin, tarixi ənənələrin ilkin olaraq ailə daxilində və bütövlükdə cəmiyyətdə qorunub saxlanılmasında, yaşadılmasında rolu böyükdür. Xüsusilə türkdilli ölkələrin, o cümlədən Azərbaycanın tarixinə nəzər salsaq, xalq sənətkarlığının, əl sənətlərinin, tətbiqi incəsənətin, xalçaçılığın, ipəkçiliyin inkişafına, eləcə də zəngin tarixi-mədəni ənənələrin gələcək nəsillərə ötürülməsinə qadınların verdiyi töhfə əvəzedilmədir.

Türkdilli ölkələrdə qadının təhsilə açıq olması, elmi inkişafa önəm verməsi cəmiyyətin maariflənməsində və elmi-ictimai nailiyyətlərin əldə olunmasında da böyük rol oynayıb. Təsadüfü deyil ki, bütün müsəlman aləmində qızlar üçün ilk dünyəvi məktəb məhz türkdilli ölkələrin birində - Azərbaycanın paytaxtı Bakı şəhərində açılıb.

Sevindirici haldır ki, bu gün qadın sahibkarlığının inkişafına dair fikir mübadiləsi aparılır, bu istiqamətdə mövcud problemlər müzakirə edilir. Qadın sahibkarlığının daha da inkişaf etdirilməsi üçün qadınların ictimai fəallığının yüksəldilməsinə, onların məşğulluğunun artırılmasına, iqtisadisosial həyatda iştirakının təşviqinə çalışmaq lazımdır. Türkdilli ölkələri təmsil edən və yenicə fəaliyyətə başlamış beynəlxalq bir təşkilat olaraq, biztürk dünyasının qadın sahibkarları arasında əlaqələrin inkişafını çox ciddi bir faktor hesab edirbunu dəstəkləyirik. Bu baxımdan, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə “Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi həyata keçirilir. Layihəyə əsasən türkdilli xalqlara məxsus ortaq qadın əl sənətləri, o cümlədən xalçaçılıq, toxuculuq, ipəkçilik geniş şəkildə tədqiq olunur. İlkin mərhələdə Azərbaycanda və Türkiyədə yaşayan qadınların həyat tərzi və fəaliyyəti araşdırılsa da, layihənin Qazaxıstan və Qırğızıstanda da davam etdirilməsi planlaşdırılır. Layihənin ayrıca hər bir türkdilli ölkədə həyata keçirilməsi özünəməxsus yerli cəhətlərin, milli xüsusiyyət və dəyərlərin ortaya çıxarılmasına imkan verirbu baxımdan mühüm əhəmiyyət kəsb edir”, - deyə G.Əfəndiyeva bildirib.

Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağı işğal etməsi nəticəsində mədəniyyətimizə, o cümlədən qədim əl sənətlərinin, xalçaçılıq məktəbinin inkişafına və bu baxımdan, Azərbaycan qadınının fəaliyyətinə ciddi zərər vurulduğunu diqqətə çatdıran G.Əfəndiyeva deyib: “İnanıram ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli xalqımızın mədəniyyətinin hərtərəfli inkişafına töhfə verməklə bərabər, Qarabağda qadın sahibkarlığının inkişafı üçün yeni təkan olacaq”.

Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya qeyd edib ki, ölkələrdə qadın sahibkarlığının inkişafı təksə iqtisadi inkişaf deyil, həm də sosial ədalət və sülh deməkdir. Türkiyədə müvafiq sahədə görülən işləri diqqətə çatdıran xanım nazir konfransda müzakirə edilən mövzuların qadınların cəmiyyətdə qolunun daha da artırılması istiqamətində əməkdaşlığa dəyərli töhfə verəcəyini vurğulayıb.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin apardığı müdrik siyasət Azərbaycan iqtisadiyyatını inkişaf etdirib. İyirmi beş il bundan əvvəl “qadın sahibkarsözünü işlətmək qadağan idi. Sovet ideologiyasında, ümumiyyətlə, sahibkarlıq ifadəsini işlətmək qadağan idi. Bu gün Azərbaycan müstəqil dövlət kimi ümumi daxili məhsulun 80 faizini özəl sektordan alır. Odur ki, özəl sektorun inkişafında sahibkarların, o cümlədən qadın sahibkarların mühüm rolu var. Bu gün qadın sahibkarların rolunun artması ilk növbədə qadın sahibkarlığının inkişafını göstərir. Son dövrlərdə dövlətimizin başçısının təşəbbüsü ilə beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycanın milli maraqları nəzərə alınmaqla sahibkarlıqla bağlı qanunvericilik aktları qəbul edilib. Sahibkarlığa dövlət dəstəyi, sənayenin strukturunun şaxələndirilməsi ilə əlaqədar vergi güzəştləri tətbiq edilib. Bütün bunlar sahibkarlığın inkişafına müsbət təsir göstərir. Əlbəttə, çətinliklər də var. Məsələn, neftin qiymətinin düşməsi dünya bazarında maliyyə bazarlarına təsir edir. Lakin Azərbaycanda bütün bu təsirlərin qarşısının alınması üçün mühüm tədbirlər görülüb. Ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf edir. Qadın sahibkarlığı ilə məşğul olan insanların maarifləndirilməsinin vacibliyini qeyd edən Z.Səmədzadə bu baxımdan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib.

Tacikistan Hökuməti yanında Qadın və Ailə Məsələləri Komitəsinin sədri İdigül Qosimzoda təmsil etdiyi ölkədə qadının cəmiyyətdə statusunun yüksəldilməsi istiqamətində 1998-ci ildən başlayaraq görülən işlərin uğurlu nəticələri barədə məlumat verib. Qeyd edib ki, qadınların cəmiyyətdə fəallığının artırılması, diskriminasiyanın aradan qaldırılması bütövlükdə cəmiyyət həyatının bütün sahələrində inkişaf əldə edilməsinin vacib amilidir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Azərbaycanın müvafiq bölgədə qadınların fəallığının artırılması istiqamətində həyata keçirilən layihələrdən söz açıb, uğurlu nəticələri qeyd edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev diqqətə çatdırıb ki, Azərbaycanda 121 mindən artıq fərdi qadın sahibkar fəaliyyət göstərir. Ölkədə aparılan məqsədyönlü islahatlar nəticəsində son illər qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artıb. Bütün bu rəqəmlər göstərir ki, bu gün qadınlarımızın sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bu istiqamətdə təşviq olunması, qabiliyyət və bacarıqlarının yüksəldilməsi bütövlükdə ölkə iqtisadiyyatına çox böyük töhfə verə bilər.

Açılış mərasiminin sonunda İqtisadiyyat Nazirliyi adından sahibkar qadınlara fəxri fərmanlar təqdim edilib.

Konfrans “Qadın sahibkarlığının inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi: sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmləri”, “Qadın sahibkarlığının inkişafında yeni meyillər: müsbət tendensiyalar, təşəbbüslər və qazanılmış təcrübə”, “Maarifləndirmə qadınların iqtisadi asılılığının aradan qaldırılmasında, mövcud stereotiplərin ləğvində əsas amil kimi” mövzuları üzrə sessiyalarla davam edib.

Çıxışlarda konfransın mövzusunun dünya miqyasında aktuallığı vurğulanıb, müzakirə edilən məsələlərin yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından əhəmiyyəti qeyd olunub.

Sonda 13 maddədən ibarət tövsiyə qəbul edilib.

 

Azərbaycan.- 2017.-26 aprel.- S.4.