Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva MDU nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda
olub
Heydər Əliyev Fondunun
vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər
Birliyinin (RAGB) sədri Leyla Əliyeva M.V.Lomonosov adına Moskva
Dövlət Universiteti nəzdində Asiya və Afrika Ölkələri
İnstitutunda (MDU AAÖİ) olub.
Milli.Az Trend-ə istinadən
bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva Azərbaycan dilini öyrənən tələbələrlə
və Mərkəzi Asiya və Qafqaz ölkələri
kafedrasının kollektivi ilə görüşüb. Görüşdə toxunulan mövzular arasında ekologiya, təbiəti mühafizə,
müxtəlif ekoloji sistemlərin bir-birindən
asılılığı problemləri xüsusi maraq doğurub. Leyla Əliyeva
görüş iştirakçılarına
"Ətraf mühitin
mühafizəsi naminə
beynəlxalq dialoq"
İctimai Birliyinin -
IDEA-nın (International Dialogue for
Environmental Action) və RAGB-ın fəaliyyətindən
danışıb.
Mərkəzi Asiya və Qafqaz
ölkələri kafedrasında
Azərbaycan dilini öyrənən tələbələr
qonaqlara Məcid Şamxalovun "Qaynana"
pyesinin motivləri əsasında eyniadlı tamaşanı təqdim ediblər. Tələbələr Müslüm Maqomayevin
"Mavi əbədiyyət"
mahnısını və
Azərbaycan milli rəqsini ifa ediblər.
Leyla Əliyeva gözəl quruluşa görə tələbələrə
təşəkkür edərək
deyib: "Tamaşa məndə çox güclü təəssürat
oyatdı, qürur və sevinc hissləri keçirdim, özümü xoşbəxt
hiss etdim". Leyla Əliyeva
yeni şerlərini oxuyaraq institutun kollektivinə özünün
"Ulduzlar pillə-pillə
düzülsəydi səmaya"
("Если б звезды ступеньками стали") şeirlər
toplusunu hədiyyə
edib.
AAÖİ-nin
fəxri prezidenti,
MDU-nun professoru Mixail
Meyer instituta gəldiyinə
görə Leyla Əliyevaya təşəkkür
edib və Azərbaycan dilini öyrənən tələbələrin
təhsilində Heydər
Əliyev Fondunun rolunu vurğulayıb.
Qeyd edək ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AAÖİ-yə
ilk dəfə gəlmir. Fond bir neçə il
əvvəl instituta linqafon kabineti hədiyyə edib. Ən yaxşı tələbələr isə
Azərbaycan xalqının
mədəniyyəti və
ənənələri ilə
yaxından tanış
olmaq üçün
ölkəmizə səfər
etmək imkanı qazanıblar.
AZƏRTAC
Azərbaycan.- 2017.- 26 aprel.-
S.5.