“Made in Azerbaijan” brendi Avrasiyada məşhurlaşır

 

Gələn ildən Azərbaycan dünya bazarlarında 1 litri 10 min avro olan qızılgül yağının ixracına başlayacaq

 

İqtisadi inkişaf strategiyası modernləşmə xəttinə əsaslanmaqla tam innovativ yönümdə həyata keçirilən Azərbaycanda çevik iqtisadi idarəetmənin təşkili, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində böyük layihələr həyata keçirilir.

Ölkənin davamlı inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatların mühüm istiqamətlərindən biri qeyri-neft məhsulları ixracının artırılması, yeni bazarlara çıxışının təmin olunmasıdır. Dövlət başçısının dünyadakı yeni çağırışların nəzərə alındığı iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən ixracın təşviqi ilə bağlı bir sıra addımlar atılıb. Bu gün rəqabətqabiliyyətli ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi altında təşviqi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər görülməkdədir.

Artıq “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı Honq Konq da daxil olmaqla Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana 8 ixrac missiyası həyata keçirilib. İxrac missiyalarının nəticəsi olaraq çay narın Almaniyaya, nar şirəsinin İsveçə ixracı, Qətərdə park mebelinin təşviqi, distribyusiyası satışına dair müqavilə imzalanıb. Əfqanıstana quru süd, mebel süd məhsullarının, nar şirəsi, qənnadı məhsulları, fitinq polietilen borular, metal konstruksiyaları digər tikinti materiallarının, Qətərə ət, nar şirəsi Naftalan neftindən kosmetoloji tibbi məhsulların ixracı, Qazaxıstana kosmetoloji, tibbi məhsullar, meyvənin ixracına dair ilkin razılaşmalar əldə edilib. Pakistana isə mebel, pambıq çiyidi, nar, şokolad məhsulları, konservləşdirilmiş pomidor, göbələk üzrə sifarişlər qəbul olunub. Bununla yanaşı, Pakistanda tikiləcək 71 kilometrlik qaz boru kəmərinin layihəsi üçün tenderdə (boruların təchizatı) Azərbaycan Pakistan şirkətlərinin birgə iştirakı barədə ilkin razılaşmalar əldə edilib.

Dubayda keçirilənGulfoodbeynəlxalq ərzaq sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində 24 şirkətin məhsulları sərgilənib. Dubaya diri qoyun ət ixracına dair 2 müqavilə imzalanıb, İspaniyaya fındıq ixracı üzrə sifariş qəbul edilib.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən iri marketlər şəbəkəsində Azərbaycan məhsullarının satışı ilə bağlı razılaşmalar, eləcə Küveytə meyvə-tərəvəz nar şirəsinin, Misir, Əfqanıstan Səudiyyə Ərəbistanına fındıq, Dubaya çay, bal quru süd, Səudiyyə Ərəbistanına ət ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu ilin martında Almaniyanın Düsseldorf şəhərində keçirilənProweinbeynəlxalq şərab sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi ilə 9 şirkətin iştirakı təmin olunub, Azərbaycan şərablarının Litvaya növbəti mərhələlərdə digər Baltikyanı ölkələrə ixracı barədə razılıq əldə edilib.

İxrac təşviqindən istifadə edən ixracatçılar məhsullarını əsasən Rusiya, ABŞ, Çin, Belarus, Gürcüstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Polşa, Qazaxıstan, İraq, Yunanıstan, Malayziya, Kanada, Moldova, Rumıniya Fransa bazarlarına ixrac etmişlər.

2017-ci ildə ödənilən ixrac təşviqinin 70,2 faizi üzüm şərabları digər spirtli içkilər, 14,6 faizi konserv məhsulları, şirələr, mürəbbələr s. təşkil edir. Bununla yanaşı, sahibkarlardan daxil olmuş müraciətlər aparılmış təhlillər nəzərə alınmaqla təşviqin ödənilməsi mexanizminin təkmilləşdirilməsi, bir sıra məhsulların ixrac təşviqi ödənilən məhsulların siyahısına daxil edilməsi istiqamətində işlər aparılır.

Yaxın zamanlarda isə Azərbaycan dünya bazarına daha bir məhsul çıxaracaq. Bu qızılgül lavanda gül yağlarıdır. Bu barədə Prezident İlham Əliyev avqustun 3-də ZaqataladaAzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olarkən məlumat verilib. Qeyd edilib ki, 2016-cı ilin oktyabr-noyabr aylarında Türkiyədən Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında Zaqatala rayonunun Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi məqsədilə 107 hektar torpaq sahəsi müəyyənləşdirilib. Bolqarıstandan gətirilmiş tinglərdən 82 hektarda Dəməşq qızılgülü 25 hektarda lavanda gülü növləri üzrə gül plantasiyaları salınıb. Bu plantasiyalarda ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub. Dəməşq qızılgülündən istehsal olunan yağ həm məhsuldarlığına, həm keyfiyyətinə görə ən yaxşısı hesab olunur. Bolqarıstandan gətirilmiş lavanda gülü növünün Fransa Türkiyə lavanda növlərindən yağlılıq dərəcəsi 20 faiz çoxdur. İllik gücü 1250 ton yaş gül, 250 litr qızılgül 6 min litr lavanda gül yağı olan müəssisədə istehsal edilən yağlarAzRoseadı ilə bazarlara çıxarılacaq. Gələcəkdə isə həmin yağlardan istifadə etməklə müxtəlif ətriyyat, yuyucu, məişət qida sənayesində istifadə olunan məhsulların istehsalı nəzərdə tutulur. Gül yağı istehsalı avadanlıqları Türkiyədən gətirilib. Müəssisədə 31 daimi 600-ə yaxın mövsümi yeri açılacaq. Layihə gələcəkdə yerli əhalinin öz pay torpaqlarında qızılgül əkməklə bu sahənin daha da inkişaf etdirilməsinə şərait yaradacaq. Beləliklə, əhali yığdığı gül ləçəklərini müəssisəyə təhvil verməklə əlavə gəlir əldə edəcək.

Qeyd edək ki, dünya üzrə ildə 3 ton qızılgül yağı istehsal olunur. Bunun 50 faizi Türkiyə, 40 faizi Bolqarıstan, 10 faizi isə digər ölkələrin payına düşür. Azərbaycanda ilk mərhələdə istehsal olunacaq 125 litr qızılgül yağı dünya üzrə istehsalın 5 faizini təşkil edəcək. 2016-cı ildə dünya bazarında 1 litr qızılgül yağının qiyməti 10-12 min avro təşkil edib. Eyni zamanda, müəssisədə 3 min litr lavanda yağının istehsalı nəzərdə tutulub. Ötən il dünya bazarında 1 litr Lavanda yağının qiyməti 100-130 avro təşkil edib. Müəssisənin məhsulları 2018-ci ildən dünya bazarına çıxarılacaq. Gələcəkdə digər bitki növlərinin efir yağlarının da istehsalı mümkün olacaq. Beləliklə, “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxacaq məhsulların sayı çeşidi xeyli artacaq.

Müəssisə ilə tanış olarkən Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizdə qızılgül istehsalı, xüsusilə Zaqatala rayonunda qızılgül yağının istehsalı əsrlər boyu inkişaf edib. Hələ sovet dövründə bu sahəyə böyük diqqət göstərilib. İndi dövlət başçısının göstərişi ilə bu sahə bərpa edilir: “Yeni müasir müəssisə tikilir, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Yüz hektardan çox sahədə qızılgül əkilib. Burada istehsal olunacaq qızılgül yağı həm daxili bazara, həm də xarici bazarlara ixrac ediləcək. Beləliklə, mənə verilən məlumata görə, artıq burada yüzlərlə insan işlə təmin edilib. 500-dən çox daimimövsümi yeri yaradılıb. Burada işləyənlər yaxşı maaş alacaqlar və ölkəmizə xeyir gətirəcəklər. Çünki indi əsas vəzifəmiz təbii imkanlarımızdan, iqlim şəraitimizdən istifadə edərək maksimum dərəcədə kənd təsərrüfatını inkişaf etdirməkdir”.

Bu gün dünya bazarlarında xüsusi yer tutanMade in Azerbaijanbrendinin xarici bazarda tanıdılması və təşviq edilməsi qeyri-neft sektorunun daha da inkişafına, ixrac imkanlarının isə genişlənməsinə səbəb olub. Əlbəttə ki, bütün bunlar Azərbaycan iqtisadiyyatının dayanıqlığını möhkəmləndirən amillərdir. Dünya iqtisadiyyatında getdikcə mürəkkəbləşən proseslərin fonunda Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət ölkəmizin iqtisadi tərəqqisinə, dünyada köklü mövqeyinin möhkəmlənməsinə xidmət edir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2017.-6 avqust.- S.1; 4.