Balet milli rəqslərimiz kimi sevilir

 

Rəqs musiqi kimi, sərhəd tanımır. Hər bir xalqın rəqsi həm onun milli kimliyini qoruyub saxlayan mənəvi dəyərlər sırasında olan sənətlərdəndir. Rəqslərin müxtəlif növləri var ki, onlardan biri baletdir. Əslində, Avropadan dünya coğrafiyasına ayaq açan balet bu gün hər bir xalqın milli rəqsləri kimi sevilərək ifa edilməkdədir. Balet rəqslərinin səhnə ekran əsərlərində özünə beynəlxalq status qazanması da inkarolunmazdır.

Azərbaycan xalqının milli rəqslərinin al-əlvanlığının səbəblərindən biri ölkəmizdə multikultural dəyərlərə xüsusi önəm verilməsidir. Müxtəlif azsaylı xalqların, etnik qrupların belə öz milli adət-ənənələrinin qorunub saxlandığı Azərbaycanda rəqslərin növlərinin çox olması təbiidir.

Milli rəqslərimizin tarixinin qədimlərə, hətta, meydan tamaşalarınadək gedib çıxması barədə kifayət qədər məlumatlar var. Lakin, əlbəttə, Avropada daha çox yayılmış rəqslərdən biri kimi balet ölkəmizə ötən əsrin əvvəllərində gətirilib. Fərdi qaydada bu rəqsdən istifadə edilsə , rəsmi qaydada Bakıda ilk balet studiyası Əli Bayramov adına Mərkəzi Klubun nəzdində 1922-ci ildə yaradılıb. Bir il sonra, avqustun 18-də isə Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən açılanBalet studiyasıBakı Xoreoqrafiya Məktəbinə çevrilib. Azərbaycanın ilk böyük ustad balerinası, xalq artisti Qəmər Almaszadə məhz 1925-1929-cu illərdə burada həmin sənətin sirlərini öyrənib.

Məktəbin keçdiyi yola qısa ekskursiyadan məlum olur ki, 1933-cü ildə burada 157 şagird təhsil alıb. Əvvəlcə təhsil müddəti 4 il idisə, sonradan 9 ilə çatdırılıb. Sənət beşiyinə sözün əsl mənasında sənətkarların cəlb edilməsindən sonra balet səhnəsi üçün mütəxəssislər hazırlanması sistemli şəkildə formalaşıb, məktəbdə maraqlı tədris tamaşalarının nümayişinə başlanılıb.

Bu təhsil müəssisəsinin adı statusu bir neçə dəfə dəyişdirilib ki, bu da onun fəaliyyəti ilə bağlı olub. O, 1935-ci ildə xoreoqrafiya məktəbi, sonra texnikumu, 1962-ci ildə isə Mədəniyyət Nazirliyi nəzdində yenidən Bakı Xoreoqrafiya Məktəbi adlandırılıb. O zaman məktəbdə çalışan Qəmər Almaszadə xalq artistləri Leyla Vəkilova, Rəfiqə Axundova, Tamilla Şirəliyeva, Çimnaz Babayeva, əməkdar artist Tamilla Məmmədova, Vera Tsiqnadze kimi məşhur balet ustalarını yetişdirib.

Məhz həmin illərdə milli rəqs ənənələrinin qorunması təbliği, gənclərdə bu səhnə sənətinin professional öyrənilməsi hissinin aşılanması zərurətindən burada xalq bölməsi yaradılıb. Azərbaycanın xalq artistləri Xumar Zülfüqarova, Afaq Məlikova, Cəmilə Bayramova, Roza Cəlilova, əməkdar artistlərdən Nailə Mahmudova, Səbinə Qasımova, Elizbar Osmanov başqaları həmin bölmədə təhsil alıblar.

Xatırladaq ki, iyirminci yüzilliyin 50-70-ci illərində Bakı Xoreoqrafiya Məktəbini əməkdar artistlər Ramazan Olqa Arifulinlər, Nelli Bokovets, Gülbacı Hacıyeva, Nailə Nəzirova, Rimma Məmmədova, Rüfət Valentina Zeynalovlar, Sima Feyzullayeva, Lyubov Filippova, Ella Almazova digər balet ustaları bitiriblər. Onu da qeyd edək ki, adıçəkilən məktəbin məzunları olmuş xalq əməkdar artistləri yüksək ixtisaslı, professional kadrlar qismində müəyyən müddətdən sonra təhsil aldıqları doğma ocağa qayıdaraq pedaqoji fəaliyyətə qoşulublar. Həmin fəaliyyətin uğurlu nəticəsi məhz XX əsrin 60-70-ci illərində Azərbaycan milli balet sənətinin beynəlxalq səviyyədə təbliğ olunmasına şərait yaradıb.

Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2014-cü il tarixli sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası yaradılaraq fəaliyyətə başlayıb. Akademiya ümumi təhsil (ibtidai, ümumi orta tam orta təhsil), orta ixtisas ali təhsil (bakalavr, magistr, doktorantura) pillələri üzrə təhsil proqramı əlavə təhsilin müvafiq istiqamətlərini (ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə kadrların təkmilləşməsi, təkrar ali təhsil orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi) həyata keçirir.

Azərbaycan Prezidenti İlham Əliyevin xoreoqrafiya sənəti ənənələrinin qorunması inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi iləBakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqındaimzaladığı 30 aprel 2014-cü il tarixli sərəncam bu müəssisənin fəaliyyətinin genişlənməsinə stimul verib. Akademiyada baletmeyster sənəti, balet pedaqogikası, balet artisti, balet tarixi digər ixtisas ixtisaslaşmalar üzrə tədris aparılır. Akademiyanın klassik rəqs bölməsində görkəmli balet ustaları, xalq artisti Gülağası Mirzəyev, əməkdar artistlər Rimma İsgəndərova, Tamilla Məmmədova, milli rəqs bölməsində xalq artistləri Yusif Qasımov, Rüfət Xəlilzadə, əməkdar artistlər Səbinə Qasımova, Sənan Hüseynli başqaları pedaqoji fəaliyyətlə məşğuldurlar.

Burada müntəzəm xarakter daşıyan elmi-praktik konfranslar, respublika miqyaslı müsabiqələr, böyük ustad sənətkarların yubiley gecələri keçirilir. Eləcə tədris planları proqramları yenidən işlənir, xoreoqrafiya sənətinin ayrı-ayrı sahələri üzrə metodiki vəsaitlər, təlimatlar digər materiallar hazırlanır, “Elmi əsərlərtoplusu Sənət akademiyasıadlı elmi-nəzəri məcmuə nəşr olunur.

Akademiyanın şagird tələbələri, o cümlədən professional müəllim heyəti ölkədə respublikanın hüdudlarından kənarda keçirilən beynəlxalq festivallarda, müsabiqə yubiley gecələrində uğurla çıxış edirlər.

Moskva Dövlət Xoreoqrafiya Akademiyası Sankt-Peterburq A.Y.Vaqanova adınaRus BaletiAkademiyası, Moskva Dövlət İncəsənət İnstitutu, M.K.Çurlyönis adına Litva Milli İncəsənət Məktəbi ilə əməkdaşlıqla bağlı imzalanan saziş məhz əlaqələrin, əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi məqsədi daşıyır. Bunlardan savayı, daha geniş beynəlxalq əlaqələrin yaradılması istiqamətində, o cümlədən Bakı Xoreoqrafiya Akademiyasında ustad dərslərinin təşkili üçün dünyanın bir çox ölkələrinin xoreoqrafları ilə danışıqlar aparılır.

90 illik professional xoreoqrafiya təhsil ənənələrini yaşadan bu akademiyanın uğur nailiyyətləri nəinki ölkədə, eləcə xaricdə kifayət qədər tanınır rəğbətlə qarşılanır. Akademiyada çalışan elmi-pedaqoji kollektivin xoreoqrafiya, xüsusilə balet milli rəqs üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətindəki fəaliyyəti bu sahəyə olan marağın artmasına səbəb olub.

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının səhnəsində Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında bu il ilk dəfə olaraq dahi bəstəkarımız Qara QarayevinYeddi gözəlbaletinin nümayişi yaddaqalan tədbirlərdən biridir. Akademiyanın tələbələrinin buraxılış-hesabat tamaşası olanYeddi gözəlbaleti eyni zamandaAzərbaycan Respublikasındaİslam həmrəyliyi ili” həsr olunan növbəti layihələrdən biridir.

İslam həmrəyliyi ili”nə həsr olunmuş layihələr çərçivəsində Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində keçirilən tədbirlərdən biri Səmayi-şəmsrəqs-tamaşasıdır. Tamaşanı möhtəşəmDavulla rəqskompozisiyası açaraq, dünyaya sülh həmrəylik mesajları göndərib. İslam dünyasının aparıcı dövlətləri sayılan Azərbaycan, Türkiyə, İran, Albaniya, Misir, Qazaxıstan, Özbəkistan, Tacikistan, bir sıra ərəb digər müsəlman ölkələrinə məxsus milli rəqslərdən ibarət vahid ssenari üzrə hazırlanan rəqs-tamaşanın bədii rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, xalq artisti Təranə Muradova, rejissoru Cavid İmamverdiyevdir.

Bakı Xoreoqrafiya Akademiyası respublikamızın ictimai-mədəni həyatında fəal iştirak etməklə yanaşı, ölkəmizi beynəlxalq tədbirlərdə layiqincə təmsil edir. Akademiya qısa müddət ərzində böyük nailiyyətlər əldə edib, mühüm elm, təhsil sənət layihələrinə imza atıb.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.-6 avqust.- S.6.