Təkmil fəaliyyət konsepsiyası

 

 

Regionların inkişafı ilə bağlı imzalanan sərəncamlar, həyata keçirilən fundamental proqramlar Prezident İlham Əliyevin real əməli fəaliyyətə söykənən siyasət yürütdüyünü bir daha təsdiqləyir

 

Hər bir dövlətin davamlı tərəqqisinin mühüm şərtlərindən birionun bütün regionlarının tarazlı və davamlı inkişafının təmin edilməsidir. Bu reallığı dəyərləndirən Prezident İlham Əliyevin son 14 ildə həyata keçirdiyi iqtisadi siyasətdə regionların inkişafı mühüm yer tutur. Dövlət başçısının rəhbərliyi ilə bu dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində mühüm uğurlar əldə olunub.

 

Regionların inkişafını sürətləndirən strateji layihələr uğurla icra olunur

 

Regionların sosial-iqtisadi inkişafına dair imzalanan 3 dövlət proqramı bölgələrin inkişafındakı fərqin aradan qaldırılması, qarşıya qoyulmuş bir sıra strateji layihələrin həyata keçirilməsi baxımından son dərəcə əhəmiyyətli sənəd oldu. Bu proqramlarda nəzərdə tutulmuş tədbirlərin uğurla gerçəkləşdirilməsi nəticəsində bölgələr sürətlə inkişaf etdi, respublikamızda sahibkarlıq fəaliyyəti genişləndi, yerli əmək ehtiyatlarından, təbii və iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə edilməsi yolu ilə iqtisadiyyatın dinamik inkişafı təmin edildi. Proqramların təkmil fəaliyyət konsepsiyası sonrakı mərhələdə iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı digər sənədlərin qəbulu üçün də, bir növ, baza, əlverişli zəmin rolunu oynadı. Ümumilikdə proqramlarda nəzərdə tutulmuş vəzifələrin uğurla başa çatdırılması da hökumətin çevik və işlək fəaliyyətinin göstəricisidir.

Diqqət edək: Prezident İlham Əliyev 2004-cü il fevralın 11-də regionların sosial-iqtisadi inkişafı ilə bağlı 4 illik dövrü əhatə edən I Dövlət Proqramının təsdiq edilməsi barədə fərman verdi. 2009-cu ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2013-cü ilə qədərki dövrü əhatə edən

II Dövlət Proqramı qəbul edildi. Dövlət başçısı 2014-cü il fevralın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzaladı. Bu istiqamətdə görülən işlərin nəticələrindən danışarkən təkcə onu demək kifayətdir ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə endi. Bu müddət ərzində neftdən əldə edilən vəsait böyük ölçüdə sosial proqramların icrasına yönəldildi. Ölkəmizdə neftdən asılılıq da ildən-ilə azaldı. Bu gün ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. 2020-ci ilə qədər isə iqtisadiyyatın neft amilindən asılılığının minimuma endirilməsi, qeyri-neft sektorunun iqtisadiyyatın əsas sahəsinə çevrilməsi hədəf seçilib.

 

Bölgələrin sürətli inkişafı tarixi nailiyyətdir

 

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı əldə olunan uğurlar dövlət başçısının bu sahədə real əməli fəaliyyətə söykənən siyasət yeritdiyini, bölgələrə xüsusi diqqət və qayğı ilə yanaşdığını bir daha təsdiqləyir. Statistik rəqəmlərə nəzər saldıqda bunu aydın şəkildə görə bilərik. Son 14 il ərzində ölkəmizdə sosial infrastruktur yaradıldı, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, 50-yə yaxın olimpiya idman kompleksi tikildi. Eyni zamanda, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni yeri açıldı. Bütövlükdə 2004-cü ildən bu günə qədər 1 milyon yarım yeri açıldı və demək olar ki, hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən sosial amil yoxdur.

Avqustun 4-də Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlət başçısı indiyədək həyata keçirilən bu dövlət proqramlarının əhəmiyyətini belə dəyərləndirdi: “2004-cü ildə mənim təşəbbüsümlə regionların sosial-iqtisadi inkişafı dövlət proqramı qəbul edilmişdirbu proqramın ölkə tarixində çox böyük rolu vardır. İndi təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, bizim bölgələrimiz hansı problemlərlə üzləşə bilərdi. Məhz bu birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi. 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı, hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilibbiz sürətli inkişaf dövrünü yaşayırıq”.

Dövlət başçısı vurğuladı ki, illər öncə dövlətin qarşısında duran əsas vəzifələr infrastruktur məsələlərini həll etmək idi. Çünki ölkədə yol infrastrukturu bərbad vəziyyətdə idı, Azərbaycan özünü elektrik enerjisi ilə təmin edə bilmirdi, təbii qaz təchizatı, demək olar ki, bölgələrdə ümumiyyətlə yox idi. Ancaq 14 il ərzində düşünülmüş və məqsədyönlü siyasət sayəsində Azərbaycan hökuməti bütün bu problemləri həll etdi. Təkcə bir misal çəkmək yetərlidir. Bir vaxtlar özünü elektrik enerjisi ilə təmin edə bilməyən Azərbaycan bu gün xaricə də böyük miqdarda enerji ixrac edirböyük vəsait qazanır. 2004-cü ildən bugünədək, yəni 2017-ci ilə qədər 11 min kilometr yeni yollar - həm magistral, həm də kənd yolları salındı, böyük meliorasiya layihələri icra edildi.

 

Görülən işlərlə əyani tanışlıq çevik və işlək fəaliyyətin göstəricisidir

 

Regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramları həm də yerlərdə infrastrukturun yeniləşdirilməsinə, nəqliyyat-kommunikasiya sisteminin bərpasına, habelə elmi-texniki tərəqqiyə, mədəni yüksəlişə, müasir texnologiyaların tətbiqinə geniş imkanlar açdı. Regionlarda yeni yerlərinin açılması, əhalinin təbii qaz, su, elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması, mədəni-intellektual mühitin formalaşdırılması paytaxta və digər iri şəhərlərə kütləvi axının qarşısını əhəmiyyətli dərəcədə almış oldu.

Azərbaycan Prezidentinin özünəməxsus dinamizmlə gerçəkləşdirdiyi siyasət hesabına ölkə həyatında müşahidə olunan davamlı yüksəliş respublikanın pozitiv inkişafını müəyyənləşdirən faktstatistik göstəricilərdə də qabarıq təsdiqini tapır. Proqramların icra vəziyyətini diqqət mərkəzində saxlayan dövlət başçısı regionlara mütəmadi səfərlər edərək görülən işlərlə əyani tanış olur, lazımi tapşırıq və tövsiyələrini verir. Bunun nəticəsi kimi regionların inkişafı prosesinin sürətləndirilməsi məqsədinə hesablanmış əlavə sərəncamlar imzalayır.

Ötən həftə dövlət başçısının respublikanın şimal-qərb zonasına - Balakən, Zaqatala, Qax rayonlarına səfəri və burada görülən işlərlə tanışlıq, geniş müşavirənin keçirilməsi, ardınca isə bu bölgənin sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı sərəncamlar bunun əyani sübutudur.

Ümumiyyətlə, bu gün şimal-qərb zonasında çox sürətli inkişaf gedir. Bu zonaya həm dövlət, həm özəl sektor tərəfindən çox böyük investisiyalar qoyulur. Ancaq əlbəttə ki, burada əsas investisiya qoyuluşunun payı dövlətin üzərinə düşür. Son illərdə bu bölgəyə yolların, elektrik stansiyalarının tikintisi, qazlaşdırma, su təchizatı, suvarma məsələləri, sosial obyektlərin inşası ilə bağlı Azərbaycan büdcəsi hesabına çox böyük investisiyalar qoyulub. Məktəblər, xəstəxanalar, sosial obyektlər, idman kompleksləri, turizm obyektləri - bir sözlə, dövlət başçısının söylədiyi kimi bu gün ölkəmizin şimal-qərb zonası öz sürətli inkişaf dövrünü yaşayır, perspektivləri də çox müsbətdir. Prezident İlham Əliyevin bölgəyə səfərindən sonra imzaladığı sərəncamların, verilən tapşırıqların yerinə yetirilməsi nəticəsində gələcək illərdə bu müsbət dinamika daha da güclənəcək.

 

Üç rayonun sosial-iqtisadi inkişafı, 6 sərəncam - 23,89 milyon manat vəsait

 

Əlavə edək ki, dövlət başçısı respublikanın şimal-qərb zonasına səfərindən sonra Balakən, Zaqatala Qax şəhərlərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi digər sosial layihələrin icrası ilə bağlı ümumilikdə 6 sərəncam imzalayıb.

Azərbaycan Prezidentinin imzaladığı 2 sərəncama əsasən, Balakən Zaqatala rayonlarında yol infrastrukturunun tikintisinə ümumilikdə 11,9 milyon manat vəsait ayrılıb. Bunlar 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolu (3 milyon manat) 23 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yoludur (8,9 milyon manat).

Dövlət başçısı Balakən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə uşaq incəsənət məktəbinin yeni binasının tikilməsi, Zaqatala Qax şəhərlərində abadlıq-quruculuq işləri çoxmənzilli binaların əsaslı təmirinin həyata keçirilməsi üçün hər birinə ayrı-ayrılıqda 3 milyon manat vəsait ayrılması ilə bağlı sərəncamlar imzalayıb. Dövlət başçısının digər sərəncamına əsasən, Qax şəhərinin su təchizatı kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə 2,99 milyon manat ayrılıb.

Regionların ahəngdar inkişafı, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illər bu sahədə qəbul olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində mühüm nailiyyətlər əldə edilib. Görülən işlər bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin əzmkar fəaliyyəti respublikamızın hər bir bölgəsinin inkişafına, insanların layiqli həyat səviyyəsinin təmin olunmasına yönəlib. Dövlət başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı sərəncamlar isə onu deməyə əsas verir ki, cari ildə bölgələrdə quruculuq-abadlıq işləri, infrastrukturun yeniləşdirilməsi prosesi daha geniş vüsət alacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2017.-8 avqust.- S.1; 6.