“Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 764-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 7, maddə 645, ¹ 8, maddələr 723, 731; 2009, ¹ 6, maddələr 419, 421, ¹ 12, maddə 1029; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddə 183, ¹ 10, maddə 850; 2013, ¹ 12, maddə 1556; 2014, ¹ 11, maddə 1414; 2016, ¹ 5, maddə 907, ¹ 6, maddə 1172; 2017, ¹ 1, maddə 82, ¹ 5, maddə 858) Əlavə 3 - “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “İnzibati vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Yeddinci təsnifat” bəndinə “Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:” yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilsin:

 

Gəncə və Sumqayıt icra hakimiyyəti başçılarının yanında olan orqanlarda:

 

rəhbər                                                                                    365

rəhbərin müavini                                                                    345

sektor müdiri, baş mühasib                                                     315

baş məsləhətçi                                                                       290

böyük məsləhətçi                                                                   285

aparıcı məsləhətçi                                                                  280

məsləhətçi                                                                             275

2. “Yardımçı vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Dördüncü təsnifat” bəndinin birinci abzasına üçüncü halda “bölmələrində,” sözündən sonrayerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda,” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 avqust 2017-ci il

 

Azərbaycan.- 2017.-8 avqust.- S.2.