Şəhidlərin xatirəsinə ehtiram

 

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkmənistan Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

Azərbaycan.- 2017.-9 avqust.- S.4.