Qusar Azərbaycanda turizmin inkişaf modelidir

 

Qusar rayonu təkcə təbii gözəllikləri ilə deyil, həm   qədim mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə məşhurdur. İsti aylarda gözəlliyi ilə gözoxşayan meşələri, qışda qara bürünmüş dağ dərələri buraya gələnləri sanki ovsunlayır, onları təkrar bu füsunkar diyara qayıtmağa sövq edir.

Qusarın iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edır. Rayonda sahibkarlığın inkişafı istiqamətində işlər günbəgün genişləndirilir. Kənd təsərrüfatının inkişafının  dəstəklənməsi məqsədilə fermer sahibkarlara güzəştli şərtlərlə kreditlər verilir, subsidiyalar ödənilir. Sahibkarlıq fəaliyyətinə dəstək məqsədilə rayon icra hakimiyyətində vaxtaşırı tədbirlər həyata keçirilir.  Qusarın inkişafı turizm sahəsində özünü daha  aydın büruzə verir. ŞahdağQış-Yay Turizm Kompleksi bu sahədə xüsusilə fərqlənir.

Qusar Rayon Mədəniyyət Turizm Şöbəsindən bildirdilər ki, kompleksin coğrafi mövqeyi hamının diqqətini cəlb edir. Rayonda turizmin daha geniş miqyas alması üçün  dağ, meşə, kənd kimi növləri formalaşdırılır. Hər üç istiqamətdə şəraitin olması bu sahəyə cəlb olunanların sayının artmasına gətirib çıxarır. Əsasən qış aylarında dağ turizminə üstünlük verənlər ilin digər fəsillərində müxtəlif turizm marşrutlarından yararlanırlar.

Yayda rayonun kəndlərində, hotellərdə boş ev tapmaq çətin olur. Rayon mərkəzində park xiyabanlarda xüsusi bələdçilər turistlərə yol göstərmək üçün  ayrılmış yerlərdə onları qarşılayırlar. Daha sonra əgər qonaq gedəcəyi yeri müəyyənləşdiribsə, ona əvvəlcədən hazırlanmış xəritəni təqdim edirlər. Artıq istirahət edəcəyi yeri bilən turist birbaşa istədiyi əraziyə yollana bilir.

Rayon mədəniyyət turizm şöbəsinin təşkilatçılığı ilə  yay aylarında turistlər üçün xüsusi proqram hazırlanıb. Hər həftənin çərşənbə şənbə günləri rayon mərkəzində xüsusi konsert proqramları təşkil edilir. Öncə dövlət rəmzləri, tariximiz barədə məlumat səsləndirilir. Tədbirlərdə Azərbaycanın tanınmış şairlərinin şeirlərindən parçalar oxunur, yazıçıların əsərlərindən səhnələr göstərilir, axşamlar xüsusi viktorinalar, yarış turneləri  keçirilir.

Bu gün turistlərin ən çox dincəlmək istədikləri yer  ŞahdağQış-Yay Turizm Kompleksidir. O dünyadakı bu tipli komplekslərdən nadirliyi unikallığı ilə fərqlənir. Azərbaycan tarixində ilk dağ-xizək kurortudur.  Bu turizm kompleksi Qusar rayonunda işsizlik probleminin həllində, sahibkarlığın   sənətkarlığın inkişafında, rayonun büdcə gəlirlərinin artmasında, infrastruktur sahələrinin yenidən qurulmasında əvəzsiz rol oynayır. I Avropa IV İslam Həmrəyliyi Oyunları zamanı bu kompleksi seçən turistlər özlərilə ölkələrinə qucaq dolusu sevinc aparmış, çoxları isə yenidən qayıdaraq dəfələrlə bu istirahət guşəsinə səyahət etmişlər. Qusar Rayon Mədəniyyət Turizm Şöbəsinin əməkdaşları kompleksə gələn turistlərə yaxından bələdçilik edirlər. Onların tarixi abidələrə təşkil edilən səfərləri pulsuzdur.

Hazırda Qusara üz tutanlar ətraf rayonlara səfər edənlərdən çoxdur. Bunun bir səbəbi xidmətlərdə münasib qiymətlərdisə, digər səbəbi Şahdağın ətəklərində binə olan Qusarın təbii gözəllikləridir.

 

Akif  ƏLİYEV

 

Azərbaycan.- 2017.- 23 avqust.- S.15.