Qəbələdə keçirilən V Beynəlxalq Mürəbbə Festivalı uğurla başa çatdı

 

Yay aylarında qonaq-qaralı olan Qəbələdə IX Beynəlxalq Musiqi Festivalı və XIII Dünya Skaut Gənclər Forumundan sonra keçirilən V Beynəlxalq Mürəbbə Festivalına respublikamızın əksər rayonları ilə yanaşı, dünyanın bir sıra ölkələrindən qonaqlar gəlmişdir. Onların arasında nazirlik və komitələrin rəhbər şəxsləri, respublikamızda fəaliyyət göstərən diplomatik qurumların nümayəndələri də var idi.

Festivalda iştirakçı komandaların hər birinin öz stendləri vardı. Stendlərdə təmsil olunan ayrı-ayrı bölgə ölkələrin fərqli mürəbbələri sıralanmışdı. Festivalda 25 ölkə komandası, Azərbaycanın 35-ə yaxın bölgəsi sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələr, Ümumdünya Kulinariya Təşkilatının (WACS) prezidenti Tomas Gugler, Ümumdünya İslam Kulinariya Təşkilatının (WICS) prezidenti Gökhan Tufan baş katibi Ali Trobolisin iştirak edirdilər.

Tədbirdə Azərbaycan mədəniyyətini milli kulinariyasını təbliğ etmək məqsədilə fərqli mürəbbə çeşidləri hazırlanaraq rayonun ayrı-ayrı hissələrində yerli xarici qonaqlara nümayiş olunurdu.

Festivalda dünyanın 22 ölkəsindən (Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malayziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr, Çin Türkiyə), həmçinin respublikamızın 44 şəhər rayonundan (Bakı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Göyçay, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ, Qax, Şəki, Oğuz, Zaqatala, Balakən, Kürdəmir, İmişli, Beyləqan, Ağstafa, Qazax, Tovuz, Gədəbəy, Göygöl, Goranboy, Yevlax, Zərdab, Ağdaş, Ucar, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar, Ağdam, Zəngilan, Qubadlı Füzuli) olan şirniyyatçılar iştirak edirdilər.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirdi ki, 2013-cü ildən keçirilən tədbirə 3 ildir ki, beynəlxalq status verilməsi onun keyfiyyətindən, düzgün xoş məramından xəbər verir. Birinci ildə respublika üzrə 8 rayonun təmsil olunduğu festivalda indi 44 rayon 22 xarici ölkənin iştirakı onun statusundan xəbər verir.

S.Abdullayevin Qəbələdə 19 turizm obyektinin fəaliyyət göstərməsini, onların arasında 5 hotelin beşulduzlu olmasını bildirməsi mühüm məqamlardır. Qəbələdə yerləşən mehmanxana tipli obyektlərdə bir gündə 2500-dən çox turisti qəbul etmək imkanı var. Son altı ayda isə Qəbələyə 95,4 min nəfərə yaxın turist gəlmişdir.

2017-ci ilin birinci yarısında Qəbələyə gələn xarici ölkələrin dövlət rəsmilərinin turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Beləliklə beynəlxalq əlaqələrin qurulması istiqamətində əhəmiyyətli addımlar atılıb. Ötən müddət ərzində İran İslam Respublikasının Azərbaycan vilayətinin valisi, Moldova xarici işlər nazirinin müavini, Koreya Respublikasının Qyonqcu şəhərinin meri, Harvard Universitetinin müəllim tələbə heyətinin üzvləri, Rusiya Federasiyası Ədliyyə Nazirliyinin bir qrup əməkdaşı Kolumbiya Respublikasının xarici işlər naziri başqa rəsmi qonaqlar bu rayona səfər etmişlər.

Qonaqlara Qəbələnin tarixi, mədəni həyatı, burada həyata keçiriləcək beynəlxalq tədbirlər, idman yarışları dövlət başçılarının zirvə toplantıları, eləcə bütün istiqamətlərdə əldə edilən uğurlar barədə məlumatlar verilmiş, onlar rayonun aqrar sektoru, yeni yaradılmış emal müəssisələri, tarixi, infrastrukturu ilə tanış olmuşlar.

Rayonda 2017-ci ilin birinci yarımili ərzində bir neçə beynəlxalq respublika səviyyəli yarışlar keçirilmişdir. Bunlardan ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Tour d'Azerbaijan-2017” Beynəlxalq velosiped turniri, “Şahinhərbi idman oyununun zona mərhələsi, güllə atıcılığı üzrə kişilər qadınlar arasında zona yarışı, yeniyetmələr arasında cüdo taekvondo idman növləri üzrə Qəbələ açıq turniri, güllə atıcılığı üzrə 45 ölkədən 700-dək idmançının iştirak etdiyi dünya kuboku yarışları s. daha yaddaqalan olmuşdur.

Festivalda diqqətçəkən üstün cəhətlərdən biri tədbirdə işğal altında olan Qubadlı, Ağdam, Zəngilan, Füzuli rayonlarının komandalarının iştirak etmələri idi. Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin baş fond mühafizəçisi Xatun Ağayeva bildirdi ki, komanda bu tədbirdə 10 növ mürəbbə ilə təmsil olunur. Fərqli meyvə mürəbbələri arasında onlar gavalı mürəbbəsinə görə birinci yerə sahib çıxacaqlarına inanırlar.

Sumqayıt Şəhər Regional Mədəniyyət Turizm İdarəsinin Qubadlı rayonu üzrə nümayəndəsi Əmrah Hüseynov da söhbətə qoşulur: - Belə bir beynəlxalq tədbirin keçirilməsi hesab edirik ki, təqdirəlayiq haldır. İşğal altında olan rayonların da belə bir tədbirə dəvət almasını alqışlayır təşkilatçılara təşəkkürümüzü bildiririk. Eyni zamanda arzu edirəm ki, biz növbəti illərdə məhz 25 il uzaq düşdüyümüz öz doğma Qubadlımızda yetişən meyvələrin mürəbbələri ilə bu tədbirin iştirakçısına çevrilək.

Füzuli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Xudaverdiyeva deyir ki, festivala 37 adla məhsulla qoşulublar. Ənənəvi mürəbbələrdən əlavə onlar qeyri-ənənəvireyhan çiçəyiquş üzümümürəbbəsi təqdim ediblər. Əsasən reyhan çiçəyimürəbbəsinin birinci yeri tutacağına inanırlar.

Şəki Regional Mədəniyyət Turizm İdarəsinin rəisi Mirvari Zeynalovanın təəssüratı da maraqlıdır. Bu tədbir sayca beşincidir. Hər dəfə Şəki burada təmsil olunub komanda yarışlarında adətən üstün yerlərə sahib olub. Hazırda idarəmiz bütün şimal-qərb bölgəsinin - Balakən, Zaqatala, Qax, Şəki Oğuz rayonunun nümayəndələri ilə tədbirə qatılıb. Bu dəfə festivala 72 adda məhsulla çıxmışıq. Şəki halvası, sənətkarların əl işləri (şəbəkə, təkəlduz) digərlərini göstərmək olar. Belə tədbirlər regionların bir-biri ilə əlaqələnməsinə müsbət təsir göstərir. Eyni zamanda xaricdən gələn insanlar Azərbaycanı daha yaxından tanımaq imkanı qazanırlar. Belə festivalların tez-tez baş tutması yalnız inkişafa təsir edə bilər.

Şəki Şəhər Regional Mədəniyyət Turizm İdarəsinin Zaqatala rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Zümrüd Ağakişiyeva deyir: - Bu gün müxtəlif meyvə mürəbbələri ilə bura gəlmişik. Zaqatalada mürəbbə bişirmək ənənəsi geniş yayılıb. Nənələrdən, analardan qalan bu ənənə bu gün davam etdirilir. Hazırkı festivalda 20-dən çox mürəbbə ilə iştirak edirik. Ənənəvi olaraq gül, qoz, tut, zoğal mürəbbəsi daha çox bişirilir. Qeyri-ənənəvi olaraq nanə, yonca gülü, pomidor mürəbbəsini iştirakçı qonaqlara alıcılara veririk. Belə tədbirlər ölkədə həm turizmin inkişafına, həm Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verir. Bu sahədə xidməti olan hər kəsə çox sağ ol deyirik.

Jalə Qədirova isə öz komandası ilə İsmayıllı rayonunu təmsil edir. Deyir ki, İsmayıllı bu qəbildən olan tədbirlərdə həmişə iştirak edib hər dəfə fərqlənib. Bu dəfə festivalda 65 çeşid mürəbbə sərgiləyirlər. Qeyri-ənənəvi mürəbbələrdən şam ağacı qozasının, akasiya, cökə, yemişan çiçəyinin mürəbbəsi var.

Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin Qəbələnin bədii kollektivlərinin çıxışları təşkil edilib.

Münsiflər heyətinin rəyinə əsasən 3 nominasiya üzrə qalib müəyyən edilib. Qaliblərə kubok, medal qiymətli hədiyyələr verilib.

Uğurla başa çatan festivalda Azərbaycanın azərbaycanlıların kulinariya mədəniyyəti bir daha dünyaya tanıdılıb.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2017.- 29 avqust.- S.5.