Dörd min illik bir tarix Füzulidə məhv edilib

 

Azıx mağarası da erməni vandallarının qurbanı olub

 

Tarixin elə səhifələri var ki, onlar yazıya alınmasalar da, maddi mədəniyyət abidələrində öz əksini tapır. Belə müqəddəs abidələr məskəni olan Azərbaycanın da tarixinin oxunulmamış səhifələri, yaxud daşlaşmış mədəni məbədləri az deyil. Zaman, ictimai-iqtisadi formasiyalar quruluşlar dəyişildikcə, dinlər bir-birini əvəzlədikcə həmin abidələrə baxış da dəyişib: sonrakı dövrlərdəqəzəb”ə tuş gələrək bir çoxu yer üzündən silinib.

Təkcə Azərbaycanın deyil, dünyanın ən qədim tarixə malik diyarlarından biri olan Füzuli rayonunun ərazisindəki Azıx mağarası da ilk insan məskəni kimi bəşəri sivilizasiyanı heyran qoymaqdadır. Bu uludan-ulu məkan minilliklər boyu müxtəlif məşəqqətlərin şahidi olub. Ötən əsrin əvvəlində olduğu kimi, sonunda da Qarabağ torpaqlarında əsrlərin yaşıdı şahidi olan maddi mədəniyyət abidələrimiz şovinizmin daşnak siyasətinin qurbanlarına çevrildi. İlk vaxtlarmədənişəkildə (keçmiş SSRİ-ninbeynəlmiləlçilikbayrağı altında) həyata keçirilən həmin siyasət, ötən əsrin səksəninci illərindən sonra ermənilər tərəfindən açıq-aşkar, təcavüzkar formada özünü göstərdi. Məqsəd Azərbaycan ərazilərini işğal edərək etnik təmizləmə siyasəti aparmaq, buradakı əcdadlarımızın yadigarları tariximizin alt qatlarına məxsus maddi mədəniyyət abidələrimizi məhv etmək, minilliklərin, əsrlərin izlərini silmək, saxtalaşdırmaq idi.

Böyük Ermənistanuğrunda aparılan çirkin, şovinist siyasət Azərbaycanın, sözün əsl mənasında, dilbər guşəsi olan Dağlıq Qarabağda onun ətraf ərazilərində öz izini qoydu. İşğala məruz qalan qədim yaşayış məskənlərimizdən biri ərazilərinin xeyli hissəsi Ermənistan silahlı birləşmələrinin nəzarəti altında qalan, vaxtilə dünyanın etnoqraflarını heyrətdə qoymuş Azıx mağarasının yerləşdiyi Füzuli rayonudur.

Qarabağ dağ silsiləsinin cənub ətəklərindən Araz çayına qədər maili düzənlik sahələri əhatə edən, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları qonşu İran İslam Respublikası ilə həmsərhəd olan Füzulinin tarixi qədimdir.

Əsası 1827-ci ildə qoyulmuş rayonun ilk adı Qarabulaq olub. 1930-cu ildə sovet hakimiyyəti bir sıra digər yaşayış məntəqələrimizin adını dəyişdirdiyi kimi, Qarabulağa daəl gəzdirdi”. Rayonu inkişaf etdirmək əvəzinə, adını dəyişdirib Qaryagin qoydular. Bu qondarma adı rayon 1959-cu ilə qədər daşımağa məcbur oldu. Əslində, Qaryaginin şəxsən kimliyi burada yaşayan sadə insanlara məlum deyildi. Böyük söz ustadı, Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adının dəyişdirilərək Füzuli adlandırılması təkcə füzulisevərlərin deyil, xalqımızın ürəyincə idi. Axı, qərib ellərdə məzarı qalan böyük ustadın daha çox haqqı çatırdı ki, Qarabağ ellərindən biri onun adını daşısın. Beləliklə, 1959-cu ildə Füzuli rayonu yaradıldı.

Rayonun ərazisində müxtəlif dövrlərdə Qaraköpək təpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində digər yerlərdə aparılan tədqiqatlar bir daha təsdiqlədi ki, Azərbaycan torpaqları qədim tarixini öz qoynunda, sinəsində, alt qatlarında qoruyub saxlayır dərin köklərə malikdir. 1968-ci ilin yayında arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən on beş kilometr məsafədəki Azıx mağarasından tapılması ilk vaxtlar, az qala, möcüzə sayılırdı. Çünki Azərbaycan arxeologiya elminin nailiyyətlərindən biri olan bu abidə Qarabağın Füzuli bölgəsində Paleolit dövrünün mövcudluğunu aşkarlamış oldu. Burada uzunluğu 600 metrə çatan 8 dəhliz mövcud olub. Arxeoloqların gəldiyi qənaətə görə, Azıx Qafqazda indiyə kimi aşkar edilmiş mağaralardan ən böyüyü qoca”sıdır.

Dünya üçün maraqlı görünən Azıx mağarası füzulililər üçün isə uzun müddət guya vahiməli, əjdahaların digər sehrli canlıların yaşadığı yer olub. Ona görə bu sirri açanlardan savayı, kimsə ora girməyə cəsarət etməyib. Beləliklə, Azıx uzun müddət qapalı şəkildə qalıb. Buradakı tapıntı üzərində aparılan tədqiqatlar təsdiqləmişdir ki, o, ən azı, 350-400 min illik bir dövrü əhatə edir.

Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra tarixi-mədəni abidələr var idi Füzulidə. Əhmədalılar ya Arğalı, Babı türbəsi, Aşağı Veysəllidəki qülləvari Mirəli türbələri, Qarğabazar kəndindəki Hacıqiyasəddin məscidi, Karvansara, şəhərin özündəki Hacı Ələkbər məscidi, Merdinli kəndi yaxınlığında daşdan yonulmuş at, qoç fiqurları tariximizin dərin qatlarından soraq verən, mədəniyyətimizin inkişafını, ulu etnikə malik olduğumuzu təsdiqləyən tutarlı faktlardır. Təəssüf ki, erməni vandalizminin qurbanlarına çevrilmiş tarixin bu daş salnaməsinin sonrakı taleyi bizə məlum deyil. Digər işğal olunmuş rayonlarımızın ərazisindəki kimi, burada da daşnaklar tarixi-memarlıq abidələrinə divan tutmuş, müqəddəs ziyarətgahları yerlə yeksan etmişlər.

Füzulinin işğal olunmuş bir çox yaşayış məntəqələri ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı birbaşa döyüş meydanlarına, səngərlərə getməsi nəticəsində düşmən tapdağından azad edilmişdir.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn AğdamınQarabağfutbol klubunun heyətini qəbul edərkən bildirdi ki, bu tarixi qələbə, həm ona görə önəmlidir ki, hamımız üçün doğma əziz olanQarabağkomandası qazanıb: “Qarabağkomandası Qarabağın adını daşıyır. Qarabağkomandası işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə sizin qələbənizin çox böyük əhəmiyyəti, mənası var. Bu, sadəcə olaraq idman qələbəsi deyil, bu, dövlətimizin, Azərbaycan gəncliyinin, vətənpərvər insanların qələbəsidir. Biz döyüş meydanlarında da, idman meydançalarında da qələbələr qazanırıq. Necə ki, keçən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri şücaət göstərərək torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdilər. O torpaqlarda indi həyat qaynayır. Vətəndaşlar işğaldan azad edilmiş torpaqlara qayıdıblar, indi orada yaşayırlar, qururlar, yaradırlar. O torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır”.

Dövlət başçısı onu da xüsusi vurğuladı ki, futbolda qazanılan tarixi qələbənin siyasi əhəmiyyəti daha çoxdur. Yəni bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır: “Yenə görürlər ki, baxmayaraq Ağdam şəhəri işğal altındadır, ancaq onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, yenə göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Onu göstərir ki, biz öz torpağımızda yaşayırıq hamımız arzu ilə yaşayırıq ki, torpaqlarımız işğaldan azad olunsun. Hər bir qələbə, hər bir uğurumuz, istənilən sahədə uğurumuz o günü yaxınlaşdırır.

Keçən ilin aprel döyüşləri onu göstərdi ki, Azərbaycan istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Bu gün hərbi potensialımız imkan verir ki, biz döyüş bölgəsində bütün vəziyyətə nəzarət edək öz iradəmizi diktə edək. İdmanda da belədir idman sevincini bizə idmançılar bəxş edir...”

Azərbaycan Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, düşmən əsarətində olan torpaqlarımız işğaldan azad ediləcəyi gün uzaqda deyil. Digər rayonlarımızın da əraziləri işğaldan azad ediləcək orada yeni həyat başlayacaq. Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində salınmış 13 qəsəbə 20 kənd füzulililərin doğma torpaqla ünsiyyət yerinə çevrilib. Həmin qəsəbələrdən 12-si işğaldan azad edilən ərazidə yeni salınıb məcburi köçkün ailələri burada müvəqqəti məskunlaşıb. Hazırda burada 50 min nəfərdən artıq məcburi köçkün ailəsi yaşayır.

Bildiyimiz kimi, Füzuli rayonu da tamamilə işğala məruz qalmış rayonlarımızdan idi. Lakin ulu öndər Heydər Əliyevin bir çağırışı ilə 1994-cü ildə Füzuli rayonunun müəyyən hissəsi, eləcə də ötən ilin yazında Lələtəpə yüksəkliyi, Cəbrayılın Cocuq Mərcanlı kəndi... işğaldan azad olunubsa, demək, separatizmin qurbanlarına çevrilmiş digər ərazilərimizi də erməni təcavüzkarlığından - əsir və girovluqdan xilas edəcəyik! Bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyir! Bunu Azərbaycanın dövlət başçısının göstərdiyi qətiyyətli mövqe, gündən-günə güclənərək NATO standartları səviyyəsində formalaşan, ötən ilin aprel ayının əvvəllərində zəfər yolu keçərək düşmənin bağrını yaran Milli Ordumuzun hərtərəfli potensialı və xalqımızın mübariz ruhu deyir!

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2017.- 31 avqust.- S.4.