A.   Z. Nemətovun 2-ci dərəcəli “Vətənə xidmətə görə”

ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərpaşa Zəfər oğlu Nemətov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 avqust 2017-ci il

 

Azərbaycan.- 2017.- 12 avqust.- S.1.