Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

“Əməkdar müəllim”

 

Qəhrəmanova Çimnaz Müslüm qızı

 

“Əməkdar həkim”

 

Yusif-zadə Kənan Rafael oğlu - tibb xidməti polkovnik-leytenantı

Fərəcova Sona Ədalət qızı     - tibb xidməti polkovnik-leytenantı

 

“Əməkdar dövlət qulluqçusu

 

Namazova Raisə Vəli qızı

 

Əməkdar jurnalist

 

Cahangirov Rövşən Qiyas oğlu - kapitan

 

Əməkdar tibb işçisi

 

Əlirzayeva Heyranə Tofiq qızı - baş gizir

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 avqust 2017-ci il

 

Azərbaycan.- 2017.-16 avqust.- S.2.