Göygöldə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, bu ərazi istər rayon sakinlərinin, istərsə də Göygölün qonaqlarının istirahət üçün üz tutduqları ən sevimli məkanlardan biridir.

***

Prezident İlham Əliyev Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olmuş əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının,  Aşağı Zurnabad qəsəbəsi ərazisində 3 MVt-luq “Çiçəkli” Su Elektrik Stansıyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsində, Respublika Süni Mayalanma Mərkəzinin açılışında iştirak etmiş, Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-labaratoriya binasında və zona baytarlıq labaratoriyasında yaradılan şəraitlə tanış olmuşdur

 

Azərbaycan.- 2017.- 20 avqust.- S.1.