Şəmkir-Samux-Goranboy magistral
suvarma kanalının
8,55 kilometrlik hissəsi istifadəyə
verilib
Avqustun 19-da Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Şəmkir-Samux-Goranboy magistral
suvarma kanalının
ikinci növbəsinin
birinci mərhələsi
üzrə qurğular
da daxil olmaqla 8,55 kilometrlik hissəsinin istifadəyə
verilməsi mərasimində
iştirak edib.
Hazırda dünyada ərzaq təhlükəsizliyinin təmin
edilməsində su ehtiyatları önəmli
rol oynayır. Ölkəmizdə də bu sahədə
mövcud problemləri
həll etmək və qarşıda duran strateji məqsədə çatmaq
üçün elmi əsaslara söykənən
təhlil aparılaraq
mühüm tədbirlər
həyata keçirilir.
Strateji əhəmiyyətinə və
kapital qoyuluşuna görə ən böyük layihələrdən
biri - Taxtakörpü
və Şəmkirçay
su anbarlarının tikintisi başa çatdırılıb.
AZƏRTAC xəbər
verir ki, bu layihələrin icrası ilə ölkəmizdə minlərlə
hektar torpaq sahəsinin suvarılmasına
şərait yaranıb. Şəmkirçay
su anbarının, ondan su götürən
60,5 kilometr uzunluğunda
magistral kanalların istifadəyə verilməsi
ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılıb, 17 min hektar yeni suvarılan
torpaqlar istifadəyə
verilib, həmçinin
“Şəmkir Aqropark”ın
543 hektar yeni suvarılan sahələri
suvarma suyu ilə təmin edilib. Hazırda 690 milyon kubmetr
su yığılan bu anbardan Şəmkir
şəhərinə içməli
su verilir, Gəncə şəhərinə
və Samux rayonunun Nəbiağalı
qəsəbəsinə isə
içməli su xətləri çəkilir.
“Meliorasiya və Su Təsərrüfatı”
Açıq Səhmdar
Cəmiyyətinin sədri
Əhməd Əhmədzadə
Prezident İlham Əliyevə görülən
işlər barədə
məlumat verdi.
Bildirildi ki, “Şəmkir çayı üzərində dəryaçanın tikintisi” kompleks layihəsinə daxil edilmiş və ötən əsrin 80-ci illərində tikilmiş Şəmkir maşın kanalının davamı olaraq 2015-ci ildən uzunluğu 27 kilometrdən çox olan kanalın ikinci növbəsinin tikintisinə başlanılıb. Bu layihənin icrası sayəsində suvarma su mənbəyi işğal zonasında qalan Goranboy rayonunun 26 min hektardan çox torpaq sahəsini suvarma suyu ilə təmin etmək mümkün olacaq. Ötən il kanalın 8 kilometrdən çox hissəsinin tikintisi tamamlanıb və Goranboy, həmçinin Samux rayonlarında 8 min hektar sahəyə suvarma suyu çatdırılıb. Kanalın kəsişmə qurğusunun və onun qalan 19 kilometrlik hissəsinin tikintisinin tamamlanması ilə Goranboy rayonunun daha 18 min 584 hektar torpaq sahələrinə suvarma suyu çatdırılmaqla bu sahələrdə kənd təsərrüfatı məhsulları istehsalının inkişafına nail olunacaq. Hazırda kanalın 4,5 kilometrlik hissəsinin tikintisi üzrə tamamlama işləri davam etdirilir. Eyni zamanda, Şəmkir maşın kanalından Goranboy və Samux rayonlarında yeni yaradılmış aqroparka məxsus 4700 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün hazırda boru kəmərinin və hovuzun tikintisi işləri aparılır.
Qeyd edildi ki, 1980-ci illərdə inşa olunmuş Şəmkir maşın kanalının birinci növbəsinin layihə üzrə tikinti işləri tamamlanmadığından və təbii amillərin təsirindən beton üzlüyü aşınmış və bəzi yerlərdə çökmələr baş vermişdi. Kür çayı üzərindəki Şəmkir su anbarından kanala əlavə su verilməsi və bu sulardan səmərəli istifadə edilməsi məqsədilə kanalın bu hissəsinin təmir-bərpasına ehtiyac var. Ümumiyyətlə, layihənin tam başa çatdırılması ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 27 min hektarı yeni suvarılan torpaqlar olmaqla 94 min hektar sahənin suvarma suyu ilə təmin edilməsi mümkün olacaq.
Prezident İlham Əliyev kanalın istismara verilməsini bildirən düyməni basdı.
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2017.- 20 avqust.- S.5.