Şəmkirdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev avqustun 20-də Şəmkir rayonuna
səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Şəmkir Rayon İcra Hakimiyyətinin
başçısı Alimpaşa Məmmədov
Prezident İlham
Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda aparılan abadlıq-quruculuq işləri
barədə məlumat verdi. Bildirildi ki, son illər Şəmkirdə bir
sıra mühüm sosial-infrastruktur
layihələri icra edilib,
rayonda genişmiqyaslı quruculuq
işləri aparılıb, yeni istirahət
məkanları yaradılıb, yaşıllıqlar
salınıb.
Azərbaycan.-
2017.- 22 avqust.- S.4.