Rosen Plevneliev: “Gələcəyimizin
daha yaxşı qurulması üçün gənclərin bir araya gəlmələri
çox önəmlidir”
Ümumiyyətlə, Qlobal Bakı Forumu özünü uğurla doğruldub. İndiyə qədər Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə beş Qlobal Forum keçirilib. Dünyanın müxtəlif ölkələrindən siyasi liderlər, mədəniyyət adamları, ictimai xadimlər bu forumlarda planetimizin gələcəyi üçün vacib olan məsələləri müzakirə edir, önəmli qərarlar qəbul edirlər. İndi isə Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilir. İlk dəfə keçirilən bu forum çox önəmli tədbirdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qlobal Gənc Liderlər Forumunda iştirak edən Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev deyib.
Sabiq Prezident qeyd edib ki, Qlobal
Gənc Liderlər Forumu gələcək
həyatımız baxımından mühüm
tədbirdir. Bu Forum
dünyanın müxtəlif yerlərindən gəncləri bir məkanda toplayır. Gələcəyimizin
daha yaxşı qurulması, planetimizin gələcək həyatına
kömək üçün bundan yaxşı yol yoxdur. Gənclər həm fəaldırlar, həm
də onların öz mövqeyi
var. Ümumi fikrə
gəlmək üçün debatları
gənclərsiz təsəvvür etmək mümkün
deyil. Bu baxımdan
dünyanın müxtəlif ölkələrindən gənclərin
Bakıya gələrək bu Forumda iştirakı çox
önəmlidir. Onlar həm fikir mübadiləsi aparacaq,
həm də gələcək fəaliyyət istiqamətlərini
müəyyənləşdirəcəklər. Qlobal Gənc Liderlər Forumunda
iştirak edən dünyanın nüfuzlu insanları, sabiq
dövlət və hökumət başçıları çox müdrik
insanlardır. Gənclərin və bu təcrübəli
şəxslərin birgə müzakirə aparmaları çox əhəmiyyətlidir.
Azərbaycan.-
2017.-22 avqust.- S.9.